Vaqe Markaryan: “Biz azərbaycanlıların çəkdiyi yeni yolun ilk sərnişinlərindən olduq və yolun keyfiyyətinə heyran qaldıq.
Ermənilər yeni Xankəndi-Gorus yolundan istifadə etməyə başlayıblar. İfadetv.com-un məlumatına görə, erməni mediası olan Hraparak qəzetinin Azərbayacanın Qarabağ zonasına ezam olunmuş jurnalisti Vaqe Makaryan Laçın şəhəri ətrafından keçən yolun necə də gözəl və keyfiyyətli olmasına heyranlığnı gizlətmir.
Vaqe Markaryan: “Biz azərbaycanlıların çəkdiyi yeni yolun ilk sərnişinlərindən olduq və yolun keyfiyyətinə heyran qaldıq.
Markaryan yazır: " Azərbaycanlılar dağları yarıblar, tunellər və körpüləri cəmi bir neçə ay ərzində salıblar. Bütün dünya standartlarına cavab verən, bütün lazımi keyfiyyətlərlə, yan səkillərlə, işıqəksetdirici nişanlarla parlaq bir yol çəkiblər. Lakin erməni tərəfin yol sahəsinin keyfiyyətindən danışarkən bu sahənin Azərbaycan hökumətinin tikdiyi yolla heç bir halda müqayisə edilə bilməz."
Doğrudur, V.Markaryan bilsəydi ki, yol kənarlarında basdırılmış lövhələrdəki ermənicə adların yazılmasını da Azərbaycan tərəfi təşkil etmişdir, o halda bizim nə qədər düşmən tərəfə yüksək həsasslıq və hörmət göstərdiyimizi dərk edərdi.
Həqiqətən də Tia.az-ın bir neçə gün əvvəl verdiyi məlumata görə isə erməni jurnalistlər istifadəyə verilmiş yeni yoldan kadrlar paylaşıb. Yolda ermənicə və altında anlaşıla bilməyən bir dildə yazı var. Hansısa kənd, ya rayon ox işarəsi ilə göstərilir deyəsən.
Azərbaycan ərazisindəki yol nişanı niyə ermənicə olmalıdır?! Bunu kim yazıb, basdırıb?
Ermənistan tərəf bu yolla bağlı xəbərdə Stepanakert-Gorus yolu, Xin Şen, Mets Şen, Axavno-Qoris, Aqari çayı kimi adlardan istifadə edir. Anlatmaq lazımdır ki, Azərbaycan toponimlərini rəsmi qaydaya uyğun işlətməsəniz.
Üstəlik, yolun açılışını da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və İdarə Heyətinin sədri Saleh Məmmədov etməli, lent kəsməliydi. Maraqlıdır, bu yolda erməni dilində sözlərin yazılmasına niyə Saleh Məmmədov nəzarət etməyib? Hər halda yolu çəkən də bizik, xərcini çəkən də bizik, büdcəmizdən pul gedib, bütün nişanları, xətləri, lövhələri bizim yol işçiləri çəkiblər, o halda kim onlara təlimat verib ki, erməni dilində yazılmalıdır?"
Görəsən, AAYDA -də işləyən ermənişünas kim olub ki, ermənilərə xoş olsun deyə yeni çəkilən yol kənarlarında Azərbaycanın deyil, məhz erməni toponimlərinə uyğun olan adları seçib dəmir lövhələrə yazıblar?. Məsələn, Stepanakert-Erevan. Bu artıq bizimüçün sözün bitdiyi yerdir. Sadəcə çox təəssüflənirik və haqlı olaraq sual edirik- niyə AAYDA Azərbaycanda da hec olmasa magistral yollarımızı belə dünya standartlarına cavab verən formada tikib təhvil vermir?
İFADETV.COM
