Adının müəllif kimi qeyd edilməsini istəməyən Şəki şəhər ziyalısı şəhərdə antisanitar vəziyyətdə fəaliyyət göstərən şirniyyat sexi barədə maraqlı məqəlaəni redaksiyamıza göndərmiş və ictimailəşməsini xahiş etmişdir. Məqalədə yazılanları araşdırdıqdan sonra faktların doğruluğuna əmin olduğumuz üçün onu olduğu kimi ictimaiyyətə təqdim edirik:
"Tarixən Şəki şəhəri şirniyyatları ilə məhşur olub. Lakin bəzi işbazlar texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərini kobud şəkildə pozmaqla dilbər güzələrdən biri olan Şəkimizin adını batırmaqdadırlar.
Belə ki, Qida Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsində 29 may 2024-cü il tarixdə dərc edilmiş xəbərdə Şəki şəhəri, M.Hacıyev küçəsi 9 ünvanlnda yerləşən qanunsuz şirniyyat sexində müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, istehsalda istifadə olunan xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Bundan sonra edaksiyamıza Şəki şəhər sakinləri tərəfindən həmin sexlə bağlı şoxsaylı şikayətlər daxil olub. Apardığımız araşdırmalar zamanı Şəki şəhər sakini Həmidov İlqar Elxan oğlu tərəfindən artıq 10 ildən artıq bir müddətdə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz şirniyyat sexləri (cəmi 3 ədəd) inşa edilərək orada tam antisanitar şəraitdəmənşəyi bəlli olmayan şirniyyatlar istehsal etdiyi, həmin sexlərdə əmək müqaviləsiz 20-30 nəfər işçinin çalışıldığı məlum olub. Qeyd etdiyimiz kimi, sexin yerləşdiyi ərazi yaşayış məntəqələri torpaqlarına aiddir və necə olur ki, yaşayış məntəqələri torpağında qeyri-yaşayış sahəsinə aid olan obyekt yəni şirniyyat sexi inşa edilir və artıq 10 ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Bəs Şəki şəhər İcra Hakimiyyəti nəyə görə bu 10 il ərzində məsələ ilə bağlı araşdırma aparmayıb və yaşayış məntəqəsi torpaqlarında inaş edilmiş qeyri yaşayış obyektinin fəaliyyətinin dayandırılması istiqamətində heç bir addım atmayıb? Sual olunur Şəki şəhər icra Hakimiyyəti tərəfindən bu 10 il ərzində hansı maraq naminə məsələyə baxılmayaraq gözardı edilib?
Bundan əlavə əldə etdiyimiz məlumata görə həmin sexə Azəriqaz İB tərəfindən 4 fərqli istiqamətlərdən qaz xətti çəkilmiş və 4 ədəd qaz sayğacı qoyulmuşdur. Sual olunur necə olur ki, sadəcə bir fərdi yaşayış evi qeydiyyata alınana ünvana Azəriqaz İB tərəfindən 4 ədəd qaz sayğacı necə qoyulur? Həmin sayğaclar yaşayış sahəsi üçün nəzərdə tutulub yoxsa qeyri-yaşayış sahəsi üçün? Hamıya məlumdur ki, yaşayış sahəsi üçün verilən təbii qazın qiyməti ilə qeyri yaşayış sahəsinə verilən təbbi qazin qiymətində kifayət qədər fərq vardır. Əgər Azəriqaz İB tərəfindən qeyri-yaşayış sahəsi obyekti olan şirniyyat sexinə yaşayış sahəsi qiymətinə təbii qaz verilirsə onda görün dövlətimizin büdcəsi nə qədər talanmış olur? Nəyin müqabilində Azəriqaz İB-nin Şəki Qaz İdarəsindin müdiri fərdi yaşayış evi kimi qeydiyyata alınan ünvana 4 ədəd sayğac quraşdırır və həmin sayöaclar yaşayış sahəsi üçün nəzərdə tutulmuş qiymətə təbii qazla təchiz edilir?
Eyni ilə necə olur ki, fərdi yaşayış evinə Azərişıq ASC tərəfindən 3 fazlı işıq verilir? Həmin 3 fazlı işığın texniki şərti varmı? Yaşayış məntəqəsi torpağında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz inşa edilən obyektə hansı əsasla Azərışıq ASC tərəfindən elektrik xətti çəkilmişdir?
AQTA-nın rəsmi məlumatında qeyd edilmişdir ki, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Tərəfimizdən də araşdırma aparılmaqla həmin sexdə həqiqətən də 20-30 nəfər işçinin işlədiyi (hətta gecə və gündüz növbəsi olmaqla) müəyyən edilmişdir. Sual olunur həmin işçilərin əmək müqavilələri mövcuddur mu? Nəyə görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqata Regional Şöbəsinin əməkdaşları həmin qanunsuz fəaliyyət göstərən sexdə işçilərin əmək müqaviləsiz işlədilməsinə nəzarət etmirlər? Yoxsa bu barədə məlumatar var göz yumurlar?
Qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsiz işçilərin işlədilməsi nəticəsində Dövlət Vergi Xidməti tərəfindən hər işçi üçün 2000 manat maliyyə sanksiyası tətbiq edir? Nəyə görə Dövlət Vergi Xidmətinin 11 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları sexlə vergi qanunvericiliynə əməl edilib edilməməsinə, əmək müqaviləsiz şəxslərin işlədilib işlədilməməsinə nəzarət etmirlər? Bunda Dövlət Vergi Xidmətinin 11 saylı Yevlax Ərazi İdarəsinin marağı nədir?
Rayonun güc strukturları, polis, prokurorluq, dtx hara baxır?
P.S. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda yerləşən şirniyyat sexində yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlandığı bildirlir. Belə ki, müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, istehsalda istifadə olunan xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə məhsullardan və mətbəxdə istifadə olunan ləvazimatlardan yaxma nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, şirniyyat sexinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
İFADETV.COM
