Az əvvəl məlum oldu ki, İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib. Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Hicran Əyyubova KİMDİR? O, bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə Gəncə Dövlət Universitetində başa vurub. O, daha sonra ADA Universitetində ikinci magistratura təhsili alıb. 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib. HƏM DƏ NECƏ?
"Dia-az" bildirir ki, barəsində qalaq-qalaq ittihamların yer aldığı məlumatlar yayılsa da, nədənsə hörmətli Emin Əmrullayev cənabları bir nazir kimi nəinki səslənən faktları araşdırmadı, əksinə Hicran Əyyubovaya tam sahiblənərək onu özünə daha da yaxın olan bir təhsil ünvanına rəhbər təyin etdi.
"Dia-az" olaraq elə Əyyubova haqda bir neçə gün əvvəl səslənən ittihamı xatırladırıq. Aydın olurdu ki, Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlu mətbuat üçün video müraciət paylaşıb. Onun müraciəti Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova ilə bağlıdır. Belə ki, Akif İbrahimov video müraciətində iddia edir ki, kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə isə 900 manat pul verib. İndi isə direktor Hicran Əyyubova bunu boynuna almır. Akif İbrahimov müraciətində onu da bildirir ki, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova əlavə olaraq, Hicran Əyyubovaya çatacaq qızıl üzük, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verib. İndi direktor bunları danır, Şəhriyar Quliyevin diplomunu almasına kömək etmir. Vəziyyəti belə görən Xatirə Uğuzova DİN-nin 102 çağrı mərkəzinə müraciət edib. Olunan şikayətdən ehtiyatlanan Hicran Əyyubova tələbənin anasına zəng çalaraq, Şəhriyar Quliyevə diplom veriləcəyini bildirib, qarşılığında şikayətini geri götürməsini xahiş edib.
Bütün bunlar hamısı deyil və yetərincə bu kimi faktlar var. İndi isə bəlli olur ki, Əmrullayev Əyyubova ilə bağlı yeni təyinat qərarı veriur. Bu fakt isə hörmətli Elm və Təhsil nazirimizin əslində RÜŞVƏTXORLARA STAVKA etməsinin bariz nümunəsidir.
Nə deyə bilərik ki? Nazir odur... Amma nəzərə alınmalıdır ki, bütün bu iddia və faktları araşdırmalı olan, bu iddiala və ittihamlara hüquqi qiymət verməli olan qurumlar da var... Ki, nəhayətdə onlar bir gün tərpənə bilərlər...