Teref yazır ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəllimləri tərəfindən dəfələrlə ölkədə fəaliyyət göstərən saytlara,həmçinin dövlət orqanlarına, Azərbaycan Respublikasının prezidenti, Zati-aliləri İlham Əliyevə,Birinci Vitse prezident Mehriban xanım Əliyevaya,elm və təhsil naziri Emin Əmrullayevə məktublar ünvanlanıb.
Lakin bu günün özündə də onlar kollecin direktoru Hicran Əyyubovanın qanunsuz əməllərindən,irəli gələn mütləqi-hakimliyindən müraciət edilməkdədir.
Teref- in redaksiyasına göndərdikləri şikayət məktubunda onlar yazırlar: "Hələ ki,pozulmuş haqq və hüququmuzun bərpasına nail ola bilməmişik.Amma əminik,gün olacaq pozulmuş hüququmuzu bərpa edəcəyik,qəbul edilmiş məhkəmə qərarının təmin edilməsinə nail olacağıq. Bu gün uzaqda deyil və bu mənada nikbinliyimizi pozmadan,hissə qapılmadan,təxribata uymadan mübarizəmizi davam etdirəcəyik.
Qeyd edək ki,əvvəlki müraciətlərimizdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllimlərin qanunsuz olaraq işdən çıxarılmasını,onların yerinə bir gün, bir saat dərs tədris etməyən şəxslərin qanunsuz şəkildə işə götürülməsini,bu zaman işdən çıxardılanların əmək haqlarının ödənilmədiyini bildirmişdik.
Hazırkı mərhələdə isə bildiririk ki,direktor Hicran Əyyubovaya fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sonuncu xəbərdarlıq olmaqla şiddətli töhmət verilib. Eləcə də,direktor Hicran Əyyubova Dövlət Əmək Müfəttişliyi tərəfindən 30.12.2024-cü il tarixli MN1612925 saylı protokolla inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdir. Bununla,Dövlət Əmək Müfəttişliyi tərəfindən direktora müəllimlərin (İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı-red biz) əmək haqlarının ödənilməsi barədə müvafiq məktub ünvanlanmışdır.
Direktor Hicran Əyyubova bu müraciətlərə,ona ünvanlanan məktublara məhəl qoymayaraq,daha bir kobud qanun pozuntusuna yol verib.Yəni Dövlət Əmək Müfəttişliyi tərəfindən bizim əmək haqlarının ödənilməsi barədə məktub ünvanlanmasından 4 ay keçməsinə baxmayaraq,direktor hələ də 2024-cü il sentyabr və noyabr aylarına dair əmək haqqlarımızı ödəməkdən boyun qaçırır.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova vaxt udmaq,digər problemlərini həll etmək siyasəti yürüdərək Dövlət Əmək Müfəttişliyinə saxta aktlar və əmrlər təqdim edib.Guya biz həmin dövrdə işə gəlməmişik və bu absurd səbəblərdən dolayı əmək haqqımızı ödəmədiyinə dair sənəd təqdim etmişdir.Direktor burada da səhvə yol vermiş, bir idarəçi kimi özünü gülünc (çətin) vəziyyətə qoymuşdur.(Bu barədə çıxarılmış məhkəmə qərarına dair növbəti yazıda ətraflı məlumat verəcəyik)
Belə ki,akt tərtib edilib,əmr verilərkən 29 sentyabr 2024-cü il tarixinin qeyri iş gününə təsadüf etdiyi nəzərə alınmamış,tədris hissə müdiri Nəsibova Türanə tərəfindən təqdimat,direktor tərəfindən əmr verilmişdir. Bununla direktor hesab etmişdir ki,Dövlət Əmək Müfəttişliyi əmrdə qeyd olunan müddətlərdə müəllimlərin (yəni bizim) işdə olmadığını nəzərə alacaq,bu səbəbdən də onların əmək haqqlarının ödənilmədiyinə bəraət qazandırılacaqdır.Lakin,direktor və onun ətrafı saxta sənəd rəsmiləşdirilməsinə yol verərəkən 29 sentyabr 2024-cü il tarxinin bazar gününə təsadüf etdiyinin fərqinə varmamışlar,özlərini ifşa etmişlər.İndi təsəvvür edilər,Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə kim rəhbərlik edir.Tovuz orta ixtisas təhsili müəissəsində nələrin baş verdiyini,hörmətli nazir Emin Əmrullayev bu kiçik epizoddan təxmin edər.Bu hələ bizim təsvir etdiyimiz bir nümunədir.
Ona görə də inanmaq istəyirik ki, Elm və Təhsil Nazirliyi,Maliyyə Nazirliyi,Dövlət Əmək Müfəttişliyi və digər qurumlar bu təhsil müəissəsində baş verənlərə seyirçi qalmayacaqlar,Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova barədə növbəti lazımı tədbiri görəcəklər.İzləyək!"
İsayeva Aygün Müslüm qızı (AA4312138)
Vəliyeva Aynurə Mirzəli qızı (AZE17630565)
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
