“20 yanvar cəlladlarından olan Primakovun xatirəsini əziz tutan Slavyan Universitetindən bir filoloqu yeni parlamentə spiker təyin etməklə, sizcə topluma hansı mesaj verilir? Əgər məqsəd bir ziyalı görüntüsü yaratmaqdırsa, bu tarix və ənənə Bakı Dövlət Universitetində daha sanballı deyilmi?” Bu sualları politoloq Natiq Miri öz sosial şəbəkə hesabından Yeni Azərbaycan Partiyasının deputatı Sahibə Qafarovanın Milli Məclisə sədri seçilməsi ilə bağlı ünvanlayıb. Əslində, Natiq Mirinin suallarında həqiqət var. Çünki xatırlayırsınızsa, Milli Məclisin yeni sədri Sahibə Qafarova deputat həmkarları- Səməd Seyidov və Sevinc Fətəliyeva ilə birgə ötən il noyabrın 1-də 20 Yanvar qırğınının əsas iştirakçılarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı Bakı Slavyan Universitetində keçirilən təmtaraqlı mərasimdə iştirak etmişdi.
"0 Yanvar cəlladı, rus donuzu Primakov
Bu isə cəmiyyətdə ciddi etirazla qarşılanmışdı. Bu etirazlara rəğmən, bu gün S. Qafarovanın Milli Məclisə spiker seçilməsi isə cəmiyyətə hansı mesajlar verildiyini aydın edir. Yəni artıq parlamentə Rusiya nəzarət edəcək. Parlamentə Rusiyanın nəzarət edəcəyi təqdirdə isə orada Azərbaycan xalqının maraqlarını ifadə edən qanunların qəbul edilməsi absurddur. Bu baxımdan, Sahibə Qafarovanın parlamentin spikeri seçilməsi də xalqımızın maraqlarına ziddir.
Hurriyyet.org