ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları texnologiya nəhəngi “Apple” şirkətinə sentyabrın sonuna qədər təxminən 2 milyard dollara başa gələ bilər.
Bu barədə ixtisaslaşmış “Apple Insider” portalı məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin yazında idxal tariflərinin tətbiqindən bəri şirkət artıq 800 milyon dollar itirib, sentyabrda cari maliyyə rübünün sonuna kimi “Apple” daha 1,1 milyard dollar zərər görəcək.
Ağ Evə qayıtdıqdan sonra Tramp dəfələrlə “Apple”ın ABŞ-də istehsalını lokallaşdırması lazım olduğu fikrini bildirib.