İyulun 31-nə keçən gecə Rusiya aviasiyasının Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 26 nəfərə çatıb.
Bu barədə “RBC-Ukraina” Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
"Xilasedicilər gecə və səhər saatlarında Svyatoşinsk rayonunda yaşayış binasının dağıntıları altından daha 10 nəfərin, o cümlədən 2 yaşlı körpənin meyitini çıxarıblar", - qurumdan bildirilib.
Həmçinin avqustun 1-i səhər saatlarına olan məlumata görə, atəş nəticəsində 16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib.
"Ərazidən 2 min tondan çox dağıntı çıxarılıb. Fəsadların aradan qaldırılmasına 180 xilasedici və 60 texnika cəlb olunub. İşlər davam edir", - xilasedicilər bildiriblər.
***
İyulun 31-nə keçən gecə Rusiyanın hücumu nəticəsində Ukraynanın paytaxtı Kiyevdə ölənlərin sayı 16 nəfərə çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında məlumat verib.
Bundan əvvəl 15 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
T.Tkaçenko qeyd edib ki, hücum zamanı 159 nəfər yaralanıb.
"Biz məlumatların yoxlanılmasına və zərərçəkənlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə davam edirik", - o qeyd edib.