Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşümüzdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin regional əhəmiyyətini qeyd etdik.
İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri, enerji əməkdaşlığının inkişafını və potensial layihələri nəzərdən keçirdik", - M. Cabbarov qeyd edib.
[center][/center]