Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablalıyev saxlanılıb.
Bu barədə KaTAG agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi məlumatı təsdiqləsə də, təfərrüatları açıqlamayıb.
Qeyd olunur ki, həm böyük məbləğdə rüşvət, həm də qanunsuz himayəçiliklə bağlı versiyalar yayılır.