Problemlər,onları yaradanların məntiqi ilə həll oluna bilməz .( Eynştein )
ARTİ nəhayət susqunluğunu pozub kimya müəllimlərinin apellyasiya şikayətlərini şablon qaydada cavablandırmağa başlayıb. Təəssüf ki, hamıya eyni qaydada şablon cavabların verilməsi apellyasiya şikayətlərinə heç baxılmadan cavablandırılmanın əyani sübutudur. Bu şəkildə
cavablandırılmanın planlı və məqsədli şəkildə olacağı əvvəlcədən hiss edilirdi. Suallar ictimaiyyətə açıqlanmadı ki, əsaslandırılmış apellyasiya şikayətləri olmasın. Üstəlik məsələnin ciddiliyi cəmiyyətdən yayındırıldı, sonra belə fikir formalaşdırdılar ki , müəllimlərin iddiaları xırda detallardan ibarət olduğundan imtahan nəticələrinə təsir etməyib. Bütün bu gedişləri, sözsüz ki, biz də başa düşürdük.
Kimya müəllimlərinin müraciət etmədiyi medya qrumları , döymədiyi qapılar ,üz tutmadığı TV kanalları qalmadı, ancaq heç bir faydası olmadı. Sadəcə olaraq Emin Əmrullayev bütün bu olanlara "Kimsə yüksəkdən qışqırır deyə biz qorxacaq deyilik" deyə gülərək reaksiya verdi. Yəni biz istədiyimizi edirik, kimsə bizə mane ola bilməz-mesajını bütün ictimaiyyətə ötürdü. .
Qanunsuzluq, saymazlıq, hüquqların tapdalanması, müəllimlərin şəxsiyyətinin alçaldılması, təhsilin artıq heç bir dəyərinin olmaması kimi halları bilərək və istəyərik etdiklərini açıq şəkildə elan etdilər. Amma kimsə Emin Əmrullayev, Eşqi Bağırov, Elnur Əliyevə "DAYAN!" demir.
Unutmayın ki ,illərin yetişdirdiyi və yüksək pedaqoji təcürbəyə sahib, potensiallı kimyacılari etdiyiniz səhv və ədalətsizlik ucbatından bir gündə yox etdiniz. Halbuki Nazirlik gündə yaradıcı təfəkkürdə, layihələrdən, kimyanın, elmin, savadın guya inkişafından danışır? Harda pulsilmə əməliyyatı varsa, ancaq oranı ön plana çəkir, madiyyat yiyələnir, sonra heç bir iş görmədən şikəst bir hal yaradırlar.
Nazirliyin heç bir işi vəhdət təşkil etmir. Bu səbəbdən yaranmış problemləri həll etmək iqtidarına da malik deyillər.
Unutmayın ki, kimsə sizin dediklərinizə də, etdiklərinizə də inanmır. Bütün xalqda yalnız ikrah hissi yaradırsınız. Artıq təhsilə düşmən kimi damğa almış və etdiklərinizi cavabını alacağınız günü hər kəs səbirsizliklə gözləyir.
Tehsilmedia.az