Son günlər vətəndaşların müxtəlif yollarla aldadılması hallarına rast gəlinir.
Xüsusi ilə "tiktok" platformasında bu hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek" profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və "İnstagram" (Bu linkədə)platformalarında paylaşılan elanlarda vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan səhifə adminləri bu yolla növbəti qurbanlarını tora salırlar.
[center][/center]
Bu mövzu ilə bağlı saytımıza şikayət edən vətəndaş Azər Orucov bildirib ki,sözügedən şəxslərin qurduğu oyunun növbəti qurbanı olub.O,051 593 85 14 "WhatsApp" nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin təqdim etdiyi kart hesabına 750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y adlı şəxsə məxsusdur) ödəniş edib.
[center][/center]
Ödəniş qəbzləri
Şikayətçinin sözlərinə görə, ödənişi etdikdən bir müddət sonra qarşı tərəf onun nömrələrini "qara siyahı"ya salıb və zənglərinə cavab verməyib.Aldadıldığını başa düşən vətəndaş DİN-in 102 zəng xidmətinə şikayətini bildirib.
Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.
[center][/center]
"Sifarişi götürən şəxs telefon danışığı zamanı bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da eyni olduğu üçün onlara inandım. İşlətdikləri "whatsapp" hesabının profil şəklində də "Ada fabrik" sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə 750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxlsər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə vətəndaş bildirib.
Sözügedən şəxslərlə bağlı qarşı tərəflə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədilər.
Mövzunu diqqətdə saxlayacağıq.
[center][/center]
CityPost.az
