İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-cü ilin yanvar – iyul ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.
[center][/center]
Xidmətdən XALQ-a bildirilib ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də ölkədə fəaliyyət göstərən supermarketlər şəbəkəsi “Bravo”nun sahibi “Azərbaycan Supermarket” MMC-dir.
Şəbəkədə 7 və 16 iyul tarixlərində qida məhsulları müştərilərə üzərində göstərilmiş qiymətdən baha satılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndi, İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi pozulması ilə bağlı ay ərzində iki protokol tərtib edilib.
[center][/center]
Qeyd edək ki, ilin əvvəlindən xidmət “Bravo”ya qarşı 8 protokol tərtib edib.