Koronavirus epidemiyasının yayılması ilə əlaqədar ölkədə xüsusi karantin rejimi elan olunub. Əyləncə və ticarət mərkəzilərinə və digər kütləvi yerlərə giriş yasaq edilib. Səhiyyə orqanları xüsusi rejimdə işləyir. Televiziyalar sosial çarxlar hazırlayıb yayınlayır. Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Qalır vətəndaş məsuliyyəti. Topluma təsir etmək üçün başqa vasitələr də var. Hər şey sanksiyalaşdırımış normalarla edilə bilməz. İctimai rəyə təsir edən nüfuzlu insanların, QHT rəhbərlərinin, medianın üzərinə böyük məsuliyyət düşür. Artıq 10 gündən çoxdur ki, bir sıra media orqanları onlayn rejimdə işləyir, cəmiyyətin informasiya təminatını maksimum yerinə yetirməyə çalışır. Hər gün Nazirlər Kabineti yanında Operativ Qərargahın xəbər və açıqlamaları, bildirişləri, koronavirusdan qorunmağın yolları ilə bağlı həkim ekspertlərin açıqlama və müsahibələri yayılır. Bütün görülən işlərlə yanaşı xüsusi karantin rejimi dövründə üzərinə əsas yük düşən strurukturlardan biri də Azərbaycan polisinin fəaliyyiyyətidir. Polisin gücləndirilmiş iş rejimində öz sağlamlıqlarını risqə ataraq xidməti vəzifələrini yerinə yetirmələri yaşadığımız belə bir ağır dönəmdə əhalinin təhlükəsizliyinə və panikaya düşməməsinə təminat verir. Elə polisin ayıq-sayıqlığının nəticəsində ümumi vəziyyəti qənaətbəxş hesab eləmək olar. Bəs belə bir ağır dönəmdə səhiyyə işçilərilə yanaşı öz xidməti vəzifəsini həyata keçirən polis işçilərinin özlərinin sağlamlıqları nə dərəcədə qorunur, bu istiqamətdə hansı tədbirlər görülür, cinayətkarlığa qarşı mübarizə və xüsusi karantin rejimini pozanlara qarşı hansı tədbirlərin görülməsilə bağlı əməkdaşımızın verdiyi sualları DİN-in mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı İlham Babayevin cavablarını təqdim edirik:
“Bəli, dünya ölkələrində korona pandemiyası yayıldığı andan Azərbaycan öz tədbirlərini görməyə başlayıb. Məhz görülən önləyici tədbirlər nəticəsində Azərbaycanda pandemiya halının genişlənməsinin qarşısı alındı. Bildiyiniz kimi, bu problemin həlli üçün bütün dövlət qurumları, eləcə də Azərbaycan polisi səfərbər olunub. Daxili İşlər Nazirliyi nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgahın verdiyi göstəriş və qərarlara uyğun olaraq polis orqanları operativ hərəkətlərini davam etdirir. Təbii ki, görülən tədbirlər zamanı istər cinayətkarlığa qarşı mübarizə istiqamətində, istərsə də xüsusi karantin rejimini pozanlara qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər planı həyata keçirilir. Məsələn, Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 6 nəfər inzibati qaydada həbs, 3800 nəfər inzibati cərimə olunmuş, 1 nəfərə isə xəbərdarlıq edilmişdir.
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanmışdır. Həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilmiş, 4 nəfər isə inzibati cərimə olunmuşdur.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1881 nəfərə cərimə tətbiq edilmiş, 5 şəxs inzibati qaydada həbs olunmuşdur.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3800 nəfər cərimə olunmuş, 1 nəfərə xəbərdarlıq edilmişdir.
Eyni zamanda Bakı şəhərində və eləcə də respublikamızın digər yerlərində baş vermiş cinayət halları dərhal nəzarətə götürülmüşdür.
Təbii ki, belə bir gücləndirilmiş iş rejimində işləyən Azərbaycan polsinin sağlamlığı da bizim üçün önəmlidir. Ona görə də vaxtaşırı olaraq onlara lazımi təlimatlar verir, ilk növbədə sağlamlıqlarınının qorumaları tövsiyə edilir. “
İfadə İsgəndərqızı
Ifadetv.com