Ordumuzun bu gün Naxçıvan istiqamətindən erməni kəndlərini atəşə tutması barədə yayılan xəbərlərə aydınlıq gətirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ordumuzun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır.
Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.