Xətai rayonu, NZS qəsəbəsi, İ.Məmmədov küçəsi 26 da yaşayan, SOCAR işçisi olmuş Şahin Samil oğlu Ağəliyevin tərəfindən İfadetv.com saytına daxil olmuş məlumat maraqlı olduğu üçün təqdim edirik:
BABƏK PROSPEKTİNDƏ ZƏBT OLUNMUŞ TORPAQ SAHƏSI NİYƏ ƏVVƏLKİ VƏZİYYƏTİNƏ QAYTARILMIR?
Bir neçə aydır Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən, Babək prospektindəki "Arzu" şadlıq sarayı ilə SOCAR yanacaqdoldurma məntəqəsinin arasında yerləşən, Bakı Neft Emalı Zavodunun ərazınə düşən 0,4 ha torpaq sahəsi üstündə mübahisə səngimək bilmir,əksinə gün-gündən daha da qızışır. Mən, Xətai rayonun NZS qəsəbəsi,İ.Məmmədov küçəsi 26 da yaşayan vətəndaş Şahin Ağəliyev mübahisələndirilən ərazidə 400 kv.m torpaq sahəsinə 20 il nəzarət edib, ağac əkib,bağ salmışam. SOCAR Neft Kəmərləri İdarəsinin rəisi olmuş Zöhrab Quliyevə neft sahəsində çalışan bir işçi kimi müracıət edərək sözügedən torpaq sahəsində ev tikmək istədiyimi bildirmişdim. Lakin rəis torpaq sahəsini mənə verməkdən imtina edərək ona yataqxanada yer verəcəyinə söz versə də, ona da əməl etməyib. Məlumat üçün bildirmək istərdim ki, bu həmin Zöhrab Quliyevdir ki, bir neçə il öncə sənaye zonalarında qanunsuz tikililərlə bağlı yaradılan xüsusi komissiyanın apardığı araşdırmalardan sonra tutduğu vəzifədən azad edilmişdi. Xüsusi komissiyanın araşdırması zamanı Zöhrab Quliyevə qarşı toplanmış məlumatların aidiyyəti orqanlara göndərilməsindən sonra uşaqlıq dostu olan SOCAR şefi belə onu tutduğu vəzifədə saxlaya bilməmişdir. Amma tutduğu vəzifədən çıxmasına baxmayaraq mənim ( Şahin Ağəliyevin) 20 il nəzarət etdiyim, ağac əkdiyim torpaq sahəsini və ona bitişik torpaq sahəni heç bir sənəd olmadan (ümumilikdə 40 sot ) başqasına sataraq aradan çıxır.
Mən, məcbur olub aidiyyatı qurumlara 14 iyulda müraciətlər ünvanlamışdım. Respublika Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciətə dərhal reaksiya verilir və ərazidə aparılan tikinti işləri dayandırılır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə olunmuş müracıətə isə 24 iyul 2019-cu ildə cavab verilir ki, komitənin Bakı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən yerində araşdırılarkən, sözügedən ünvanda yerləşən torpaq sahəsinin qanunsuz olaraq hasarlandığı faktı öz təsdiqini tapmışdır. Aparılmış qeyri-qanuni işlərlə bağlı qanunamüvafiq tədbirlərin görülməsi, tikilmiş hasarın sökülərək, ərazinin əvvəlki vəziyyətinə qaytarılması aidiyyəti mərkəzi (Bakı şəhər İcra hakimiyyətinə) və yerli icra hakimiyyəti orqanlarına həvalə edilməsi qərara alınmışdır.
Bu gün, 19 avqustda, səhər saatlarında SOCAR-ın rəhbərliyi tərəfindən Nahid müəllimin başçılığı ilə mübahisələndirilən əraziyə göndərilmiş əməkdaşları zəbt edilmiş torpaq sahəsinə mənim şəxsi iştirakımla yerində baxış keçirdikdən sonra torpaq sahəsinin dövlətə, yəni neft şirkətinə aid olduğunu və neft rezervuarlarının 50 metr məsafəsində yerləşdiyi üçün ( bax goggle.map.az) birbaşa mühafizə zonasına daxil olduğu qət edilmiş və müvafiq rəy hazırlanaraq məruzə edilməsi üçün imzalanmışdır. Odur ki, Nahid müəlli mənə bildirdi ki, əgər dövlət torpağı nə vaxtsa satışa çıxarılarsa bu üstünlük hüququna görə ilk növbədə sənə, SOCAR işçisi olduğuna görə təklif olunmalıdır. Hələlik isə ərazi mühafizə zonası daxilində olduğundan ərazidə hər hansı bir tikinti işinin aparılmasının qanunla qadağan olunduğunu bildirmişlər.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ərazinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı yerli İcra Hakimiyyəti orqanlarına müraciət edir, SOCAR ərazidə neft rezervuarlarının olduğundan hər hansı bir tikilnti işinin aparılmasına qanunun yol vermədiyini bildirir. Bəs Bakı şəhər İcra Hakimiyyəti niyə tədbir görmür? Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Elgün Həbibullayev Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Xəta rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyevə ünvanladığı 30 iyul 2019-cu il tarixli məktubda sözügedən ərazidə arşdırma apararaq mənə (vətəndaş Şahin Ağıliyevə) məlumat verməyi bildirmişdir. Lakin üstündən bu qədər müddət keçməsinə baxmayaraq nə Xətai rayon İcra Hakimiyyəti, nə də mərkəzi icra hakimiyyəti olaraq Bakı şəhər İcra Hakimiyyəti sözügedən ərazini əvvəlki vəziyyətinə gətirməmişlər. Səbəb nədir?
Səbəbi burada görməmək mümkün deyil. Məlum olduğu kimi ərazıyə sahib çıxmaq istəyənlər külli miqdarda pul xərcləyiblər. Torpağı almağa SOCAR Neft Kəmərləri İdarəsinin müdiri olmuş Zöhrab Quliyevə verilmiş məbləğ dəqiq olmasa da bir neçə milyon manat civarındadır. Daha sonra işbazlar ərazidən keçən yüksək gərginliklikli elektrik dirəklərinin götürülməsi üçün özlərinin dediyinə görə "Azərenerji" ASC-yə 500 000 manat veriblər ki, bu ayrı bir məqalənin mövzusudur və bu məsələnin də ayrıca araşdırılmasını aidiyyəti orqanlar qarşısında qaldırmşıq.
Torpaq sahəsi Xətai rayon ərazisinə düşsə də burada Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da rolu olduğu bildirilir. Bəzi məlumatlara görə ərazini bir generala məhz Arif Qasımov məsləhət bilib və alqı-satqını keçmiş tanışı, həmyerlisi Zöhrab Quliyevin vasitəsilə reallaşdırıblar. Hazırda ərazinin sənədləşdirilməsi üzərində saxta sənədləşmə işləri görülmək üzrədir. Burada Xətai rayon Əhmədli qəsəbə Bələdiyyəsinin də adı hallanır. Hansı ki, Əhmədli qəsəbə bələdiyyəsi sədri olmuş Xudayar Əliyev Neft Emalı Zavodunun ərazisininin çox hissəsini 2010-cu ilə kimi satdığına görə ona cinayət işi qaldırılmışdır.İndi həmin bələdiyyə SOCAR a məxsus 0.4 ha torpaq sahəsini hərraca çıxara bilərmi? Təbii ki, yox. İcra Hakimiyyətinə verilən haqqı da buraya əlavə etsək əraziyə külli miqdarda pul tökülmüş olduğunu görərik. Bu qədər xərc çəkılən yeri kim əvvəlki vəziyyətinə qaytarar? Heç kim. Odur ki növbədə Bakı şəhər İcra Hakimiyyəti durur ki, o da öz haqqını alsın və tikintiyə razılıq versin.
Tərəfimdən Azərbaycan Respublikası Daxili İşləır Nazirliyinə ünvanladığım müraciətə isə sözügedən qurum operativ şəkildə cavab verərək bildirib ki, DiN-nə ünvanladığınız müraciət baxılması üçün Xətai RPİ-ninn 37-ci PŞ-nə göndərilmişdir. Məluamt üçün bildirirk ki, müraciətiniz ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 34-cü PŞ-nə araşdırılacaq”. Doğrudan da 34-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı İlqar işi araşdırmış, tərəflərdən və şahidlərdən izahat alsa da külli-miqdarda pulları bu qanunsuz işlərə xərcləyən Yusif adlı şəxs isə polisə izahat verməkdən imtina etmişdir. Təhqiqtçı bu gün bildirmişdir ki, təhqiqatı yekunlaşdırıb Və hüquqi qiymət verilməsi üçün elə bu gün Xətai Rayon Prokuroruna təqdim edəcəkdir. Çünki bu iş birbaşa Daxili İşlər naziri cənab V.Eyvazovun nəzarətindədir. Qoy, qanunvericilik necə tələb edirsə, o cür də qiymətini alsın. Eləcə də müraciət etdiyim digər orqanlardan, hələlik yalnız Bakı şəhər Prokurorluğundan rəsmi məktub almışam. Məktubda məslənin araşdırılması Xətai rayon Prokuroru cənab Y.İldırımzadəyə həvalə olunmuşdur. Amma müraciət etdiyim digər dövlət qurumlarından nə Baş prokurorluqdan, nə Energetika Nazirliyindən, nə Korrupsiyyaya qarşı Mübarizə Baş İdarəsindən, nə Dövlət Təhlükəsizlik Xidmətindən, nə "Azərenerji" ASC-dən, nə də İnsan Hüquqları üzrə müvəkkil, Ombudsman aparatından bir aydan çox keçməsinə baxmayaraq hələlik cavablar verilməmişdir.
Mən əvvəlcə vətəndaş və SOCAR işçisi olaraq adıçəkilən qurumlara bir daha müracıət edərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirəm. Və Azərbaycan Qanunlarıilə hesablaşmayan, adi bazar qanunlarıilə əldə etdikləri “çirkli pulları” yumaq üçün özlərinə iri bir avtomobil satış mərkəzi açmaq istəyən qarşı tərəfin dəstə üzvlərinin hər hansı qanunsuz hərəkətlərindən qorunmaq üçün Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan mənim və ailəmin şəxsi təhlükəsizliyinin qorunmasını bir daha xahiş edirəm.
Şahin Ağəliyev