Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.
IFADETV.com xəbər verir ki, R.Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb:
"Son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm".
O, istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini də əlavə edib.
Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.
lakin İfadetv.com hesab edir ki, R.Manaflının istefa vermə motivi bir neçə gün əvvəl yazdığımız yazı olmamış deyil . Xatırladaq ki, bir neçə gün əvvəl SAXTA TENDERLƏ MÜXALİFƏTƏ PUL QAZANDIRAN "BARON" balıqlı məqalədə qeyd edilmişdir:
Rafiq Manaflının təsisçisi olduğu şirkətin “Meliorasiya və Su Təsərrüfatı ASC”-nin keçirdiyi tenderlərin bir-neçəsinin qalibi olduğunu bildirilmişdi.
“Bu gün Milli Şuranın qapalı iclasında təhqirlər edən Rafiq Manaflı Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri imiş. 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-nin direktorudur. Bu şirkət 2010-2017 illər arası “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən 1 milyondan çox tenderin qalibi olub. 2017-2020 məlumatlar bazada yoxdur. Bircə bunu tapdım ki, keçən ay da eyni dövlət idarəsindən 103857.7 AZN vəsaitlik tender udub. Bu adamın Milli Şuranın Koordinasiya Mərkəzində nə işi azıb?”
Mayın 14-də Milli Şuranın iclasında heç bir səbəb göstərmədən R.Manaflının istefa verməsinin səbəblərini də onun "Baron" ləqəbli Əhməd Əhmədzadə ilə olan dostluq münasibətlərinin davam etdirilməsi olmuşdur. Axı Milli Şura R.Manaflıya tender qazandırası deyil ki. Bax bu da istefanın real səbəbi.
İfadetv.com