Oğuz rayonunda uzun müddət meşəbəyi vəzifəsində işləmiş və "HAQQ" vermədiyi üçün vəzifəsindən azad edilmiş Xalid Seyidov bir daha portalımız vasitəsilə dövlət başçısına müraciət edərək Oğuz meşələrinə qənim kəsilmiş ETSN məmurlarının işinə nəzarətin artırılması xahiş edilmişdir. Müraciəti olduğu kimi təqdim edirik:
Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva! Siz tez tez Azərbaycanın müxtəlif aərazilərində olarkən ağacəkmə kampaniyasında şəxsən iştirak edirsiniz. Ancaq ETSN Oğuz-Qəbələ Meşə Təsəsrrüfatı İdarəsinə yenicə müdir vəzifəsinə təyin edilən Alim adlı yeni müdiri də 15 mart 2020-ci ildə dəsətsilə birlikdə ifşa edilərək həbsə atılmış sələfi İlqar Qəribovun yolunu davam edərək işlədiyi 20 gün ərzində 400 yeni ağacın kəsilməsinə bilərəkdən şərait yaratmışdır. Elə komissiya da bunu aşkarladı. Müdir isə deyir k,. bu 400 ağac kiçik diametrlidir, ondan ötrü kim mənə nə deyəcək? Əvvələn təzə müdir anlamaq istəmir ki,, bu ağaclar sabahın böyük ağacları ola bilərdi. Əgər 20 gündə meşələrimizdə 400 ağac kəsilirsə. Onda 2 ildə nə qədər ağac məhv ediləcək? Mən bu barədə10 gün əvvəl yuxarı instansiyalara şikayət etdikdə isə cənab müdir mənə yaxın adamların hamısını yanına çağıraraq onlara bildirmişdir ki, Xalid kimdir ki, siz onunla çay içirsiniz?Və hətta savadsızlığının dərəcəsindən ifrata vararaq ETSN 6 saylı Regional İdarəsinin komissiyasına məktub yazaraq bildirmişdir ki, “Siz son vaxtlar Xalidlə birlikdə maşında görünürsünüz. Bu da bizdə bəzi şübhələr yaradır.” İndi bizdə təbii sual yaranır – Belə bir savadsız, əqli zəif birisi necə olub ki, Qəbələ-Oğuz zonasının təbii sərvətləri etibar edilib? Güman edirəm ki, Adil adlı yeni müdirin missiyası və məsuliyyət hissi bizə bəlli olduğu üçün meşələrimizin xilası naminə bu şəxsin qanunazidd hərəkətlərinin nəzarətdə saxlanmasını xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
Xalid Seyidov
