Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb. Türkiyə KİV-lərinin məlumatıəna görə, erməni icmasından bildirilib ki, ölən ermənilərin sayı 11 nəfərə çatıb. Ölən ermənilərin adı da açıqlanıb. Bununla yanaşı, partlayışda 250 erməninin yaralandığı da bildirilir.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib. Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 137 nəfər ölüb, 4 mindən çox insan yaralanıb. Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb.
Beyrutda baş verən partlayışa görə Azərbaycan höküməti bu ölkəyə 1 miylon dollar yardım göstərib.
