Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.
Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin bu əmri ictimaiyyət üçün olduqca maraqlı və gözlənilməz qərar olsa da bizimüçün bu gözlənilən idi. Və hətta geçikmiş qərar idi.
Ədliyyə Nazirliyi isə generalın işdən çıxarılmasını belə şərh edib:
“Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.
Rəsmi açıqlamadan fərqli olaraq bildirmək istəyirik ki, N.Mustafayev Ramiz Mehdiyevin həmkəndlisi və inanılmış kadrı idi.
R.Mehdiyevin Ədliyyə sistemində olan digər kadrı və qohumu ƏN-nin Penitensiar Xidmətin Tibb Baş İdarə rəisi general Rəfael Mehdiyevdir. Bu şəxsin törətdiyi çoxsaylı qanunpozuntularından dəflərlə yazsaq da, R. Mehdiyev bizimlə telefon söhbəti zamanı özünü çox arxayın hiss etdiyini və kimsədən çəkinmədiyini dolayısıilə başa salmışdır. Hətta bir az da irəli gedərək, "Şikayətçinin adını de, SUSDURAQ" kimi amiranə ifadə işlətmişdi. Biz o zaman hesab edirdik ki, qohumu R.Mehdiyevin tax-tacdan düşməsinə rəğmən bu adam hələ də zənn edir ki, əvvəlki bağ-bostan yerindədir. Bəlkə də Rəfael Mehdiyevin öz ampulasında qalmasının başqa səbəbləri var. Biz onu bilmirik. Amma bildiyimiz budur ki, yaxın günlərdə ƏN-nin BTİ-nin rəisi cənab R.Mehdiyev də həmkəndlisi N.Mustafayev kimi işdən qovulacaqdır. Bizi izləyin.
İfadetv.com