Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Fəzail Ağamalının Ramiz Mehdiyev haqqında dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.
Bu gün deputat Fəzail Ağamalı AMEA-nın prezidenti, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev haqqında ağır ittihamlarla çıxış edib. İttihamlardan belə görünür ki, Ramiz Mehdiyev Azərbaycan idarəetmə rıçaqlarını ələ keçirərək həm daxildə, həm də xaricdə təxribatçı siyasət yürüdüb.
Bütün bu iddialarla bağlı nə demək oıar və Fəzail Ağamalının bu iddiları məhz bugün səsləndirməsi hansı siyasi zərurətdən orya çıxdı?
Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ADP sədri Sərdar Cəlaloğluna müraciət edib.
Ramiz Mehdiyev ömründə bir dəfə də olsun Qərb ölkələrinə səfər etmədiyinə diqqət çəkən ADP sədri PİA.az-a açıqlamasında əlavə edib ki, onun bütün səfərləri Rusiya olub və medallarlını da Rusiyadan alıb. Ardıcıl olaraq hər dəfə Rusiyadan müstəqil Azərbaycanın bölünməsi və məhdudlaşdırılması ilə bağlı təlimatlar alıb gəlib Azərbaycanda həyata keçirir:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, demək olar ki, ölkəni Ramiz Mehdiyev idarə edirdi. Yəni Heydər Əliyev dəfələrlə deyib ki, mən ölkədə olmayanda arxayınam ki, Ramiz Mehdiyev ölkədədir.
Azərbaycanın Rusiyanın asıllıığında qalması, ölkədə totalitar cəmiyyətin yaradılması, insan hüquq və azadlıqlarının geniş şəkildə pozulmasının memarı da, icraçısı da Ramiz Mehdiyevdir. Həm də Ramiz Mehdiyevin özü açıq-aşkar deyib ki, biz ölkədə total nəzarəti həyata keçirməliyik. Total nəzarət də totalitarizmin əsas əlamətlərindən biridir.
Ramiz Mehdiyev 20-25 il Azərbaycanda qeyri-rəsmi ikinci, bəzən də birinci şəxs olub. Ölkədə fəaliyyət göstərən korrupsioner kadrları o təyin edib. Ramiz Mehdiyev ömründə bir dəfə də olsun Qərb ölkələrinə səfər etməyib. Onun bütün səfərləri Rusiya olub və medallarlını da Rusiyadan alıb. Ardıcıl olaraq hər dəfə Rusiyadan müstəqil Azərbaycanın bölünməsi və məhdudlaşdırılması ilə bağlı təlimatlar alıb gəlib və bu təlimatları Azərbaycanda həyata keçirib.
Mən Fəzail bəyin fikirləri ilə tamamilə razıyam. Əslində baxanda bu günkü və 30 ildə Azərbaycan xalqının başına gələn oyunlar, həmçinin iqtisadiyyatımızın dağılması, ölkədə korrupsiyanın dövlət siyasəti səviyyəsinə qaldırılması, cinayətkar elitanın yaradılmasının hamısının səbəbi Ramiz Mehdiyevdir. Onun məqalələri var ki, həmin məqalələrdə Azərbaycanda yeni elitanın formalaşdıracaqlarını yazıb. Bu günkü elita, yəni atanın gedib oğulun gəlməsi, oğlunun gedib nəvənin gəlməsi Ramiz Mehdiyevin ağlının məhsuludur.
Azərbaycanda bütün proqressiv dəyişikliklərin qabağına həmişə Ramiz Mehdiyevi görmüşük. Ramiz Mehdiyev korrupsiya üsulu ilə ölkənin idarəedilməsinin əsaslarını yaradıb. Həm də o korrupsiyaya qoşulmaq istəməyən insanlarlı da korrupsiyaya qoşumağa müvəffəq olub. Hətta vaxtı ilə xalq hərəkatında olmuş adamlara saxta mandatlar verib onları da özləri kimi korrupsiyanın qurbanlarına çeviriblər.
Faktiki olaraq Azərbaycanda 4 dəfə parlament seçkiləri keçirilib. Amma bir dəfə də olsun parlament seçkiləri Azərbaycan Konstitutsiyasına uyğun keçirilməyib. Gülər Əhmədovanın dediyinə görə parlamentdə mandatlar satılır və milyonlarla mqnat pul qazanılıb. Ramiz Mehdiyevin Azərbaycan tarixi və Azərbaycan xalqı qarşısında oynadığı rol ən mənfi roldur. Mehdiyev Azərbaycanda Rusiya qüvvələrinin ideoloji rəhbəridir. Ramiz Mehdiyev Azərbaycanın Türkiyə və Avropa ilə yaxınlaşmasında ən böyük əngəldir.
Fəzail Ağamalı o deputatlardandır ki, o sadəcə olaraq sözləri havaya demir. Necə ki, Jirinovski Putinin sözlərini deyir Azərbaycanda da bir neçə adam var ki, onlar da prezidentin demək istədiyi fikirləri deyirlər. Baxmayaraq ki, Fəzail bəy Yeni Azərbaycan partiyasının üzvü deyil o bir çox hallarda Azərbaycan hökumətinin, Azərbaycan prezidentinin fikirlərini öz fikirləri kimi cəmiyyətə çatdırır və bu istiqamətdə də konkret fəaliyyət göstərir.
Buna görə də Ramiz Mehdiyevə edilən bu münasib ən yüksək dairələrin münasibətdir. Bu təkcə Fəzail Ağamalı münasibəti deyil.
Onu da qeyd edim ki, bundan əvvəl Eldar Sabiroğlu da dəfələrlə Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyinə çox ciddi zərbə vurduğunu demişdi. Ölkədə pozucu iş apardığı barədə çoxlu fikirlər söyləyib. Yəni Ramiz Mehdiyev məsləsi bu və ya digər formada dəfələrlə gündəmə gətirilib. Bu təzə məsələ deyil. Bəlkə də Fəzail Ağamalı gecikib”.