GÖRƏSƏN ERMƏNİSTAN MƏHBƏSİNDƏKİ ŞAHBAZ və DİLQƏM R.MEHDİYEVİN MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏSİNİ ARZU EDƏRMİ?- ƏSLA
Ölkədə korrupsiyaya qarşı mübarizə davam edir. Həbslər artıq icra hakimiyyətlərinin başçılarından nazirliklərə, müxtəlif dövlət qurumlarına keçib,hətta güc nazirliklərini belə əhatə edir.
Korrupsiyanın ən çox şaxələndiyi sahələrdən biri də Ədliyyə Nazirliyidir. Xüsusən də cəzaçəkmə müəssisələri.
Sosial şəbəkələrdə yayılan məlumatlar sadəcə “fantan vurur”. Ölkəmizdə koronavirusun geniş yayıldığı indiki vəziyyətdə xəbər verilir ki, cəzaçəkmə müəssisələrində 2, 4, 12, 13 və 14-də insanların əksəriyyətinin bədənində qızdırma, səpki, iyi və dad hissiyyatının zəifləməsi, eləcə də başqa koronavirus simptomları müşahidə olunmaqdadır, konkre yoluxmalar var. Simptomların müşahidə olunduğu məhbusların test olunma istəkləri isə müxtəlif bəhanələrlə geri çevrilir. Hal-hazırda vəziyyəti gərgin olan məhbuslarla heç bir simptom müşahidə olunmayan məhbuslar bir arada saxlanılır. Məhbusların birinin şikayətinə cavab olaraq "öləcəksə, aparıb basdıracağıq", deyiblər.
Gundelik-baku.com xəbər verir ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Rafail Mehdiyev qaldıqca vəziyyə düzələnə oxşamır.
Ramiz Mehdiyevin qohumu olan bu şəxs başçılıq etdiyi sahəni göydən koronavirus tökülməyib daş tökülsə belə yenə də korrupsiya yuvasına döndərib və məqsədində israrlıdır.
Ədliyyə Nazirliyi Penitersiar Xidmətin Müalicə Müəssisəsinin Cərrahiyyə Şöbəsinin fəaliyyəti nəticəsində son zamanlarda həbsxanalarda ölüm halları artıb. Məhkumların iddiasına görə, Cərrahiyyə Şöbəsində cərrahiyyə əməliyyatları rüşvətlə aparılır. Bununla belə, həkimlərin yarıtmazlığı nəticəsində cərrahiyyə əməliyyatına məruz qalmış məhkumların səhhətlərində ağırlaşmalar baş verib. Məktubda bildirilir ki, hətta burada cərrahiyyə əməliyyatına məruz qalmış məhkumların bəziləri dünyalarını dəyişib, bəzilər isə ölümlə üz-üzə qalıblar.
Şikayətçilər iddia edir ki, səhhəti ağırlaşmış məhkumlar yenidən müayinə edilmək əvəzinə, əlavə pul verə bilmədikləri üçün yenidən Cəzaçəkmə Müəssisələrinə qaytarılırlar.
Göründüyü kimi, redaksiyamıza son aylar daxil olmuş bu tip şikayət məktublarının əsasında 10-a yaxın raşdırma məqalələri yazdıq və ictimailəşdirməklə birgə, eyni zamanda Penitensiar Xidmət müəssiələrində baş verən və verməkdə davam edən qanunsuzluqların aradan qaldırılması üçün təxirəsalınmz tədbirlərin görülməsi üçün yuxarı instansiyalara göndərdik. Amma nə xeyri. Lakin bu gün bütün cəzaçəkmə müəssisələrində olan məhbusların ailə üzvlərinin keçirdiyi narahatlıqlardan ən başlıcası əzizlərinin pandemiyanın tüğyan etdiyi indiki mərhələdə aqibətlərinin necə olması daha çox narahat edir. Dünyanın düz vaxtı heç olmasa pulu olan rüşvətini verib özünün birtəhər müalicə etdirirdi. Bəs indiki vəziyyətdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, Ramiz Mehdiyevin qohumu olan tibb xidməti general-mayoru Rafail Mehdiyev görəsən hansı qabqlayıcı tədbirləri görəcəkdir?
Ümumiyyətlə, ƏN-nin Penitensiar Xidmətdə Ramiz Mehdiyevin yerləşdirdiyi yüksək rütbəli kadrlarının özlərini belə arxayın aparmasını əvvəllər heç cürə başa düşə, anlaya bilmirdik. Lakin ölkənin ictimai-siyası səhnəsində PA rəhbəri olmuş Ramiz Mehdiyevin AMEA-da özünə ikinci hakimiyyət düşərgəsi yaratması və gizli tapşırıqlar verməsi bizi də bir media mənsubu olaraq cəzaçəkmə müəsissələrində baş verən və verməkdə davam edən özbaşnalıqların heç də təsadüfdən baş vermədiyi nəticəsin gəlməkdəyik. Deməli, Penitensiar Xidmət daxilində rəfail mehdiyevlərin əsas məqsədləri heç də monolit formada korrupsiya ilə məşğul olmaq deyilmiş. Torbada pişiyin mövcudluğunu hiss etdikcə belə qənaətə gəlirsən ki, indiki məhbusların yaşadıqları zülmlərin arxasında məhbus və onlların ailələrinin iyrənc siyasi oyuna cəlb edilməsi, onlarda dövlətə qarşı amansız nifrətin formalaşmasına nail olunması, sonda dağıdıcı və idarəolunmaz təbii müxalif qüvvənin hazırlanaraq lazım olduğu anda öz çirkin məqsədləri üçün istifadə etmələri dayanır. Deməli rəfael mehdiyevlərin motivi bu imiş. O zman təbbi sual ortalığa çıxır. Bəs ölkənin ağıllı strateqləri göz görə görə aparılan bu təxribatların qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirləri görürlər? hazırda pisyaxşı Ramiz Mehdiyevin DİN-də Baş Prokurorluqdakı əsas kadrları hər gün verilən yeni əmrlar əsasında sıradan çıxarılır. Amma bu yetərlimi? Xeyr. 27 il ölkəyə vəzirlik etmiş bir şəxsin yerləşdirdiyi kadrları təmizləmək üçün azı 2 il vaxt lazımdır. Son hadisələr onu da bir daha təsdiq etdi ki, Mehdiyevin Milli Məclisə təyin etdirdiyi deputatların heç də hamısı sıradan çıxmayıbmış. ƏN-nin Penitensiar Xidmətdəki “ştirlislərin” sayında isə azalma yox, əksinə artma halları davam edir. Bir sözlə, kriminal zonaya nəzarət edən mehdiyevçilərin hazırda nə dərəcədə dövlət üçün təhlükə yaratmaları artıq 6-cı sinif şagirdlərinə belə məlumdur. Bəs biz nə yazırdıq? Başlıqlarımızı bir daha xatırlatmaq yerinə düşür: “Ramiz Mehdiyevin general qohumunun həbs edilmə şansı yüksəkdir”, “Dolya vorovskaya “ oynayan rəis dövləti niyə saymır?”, “ Ceyhun Həsənov işçilərinin məhkumları dövlətə qarşı dağıdıcı müxalif baza hazırlamağından xəbəri varmı?”, “Dövlət siyasəti budurmu?”, “Mirzəyev İlqar kasıb məhkum ailələrini şəxsi donuz fermalarında istismar edir” “ Qaytarın 20000 manat pulumu”, “Şəhid anaları şərt qarşısında. Prezidentə qarşı çıxan cəsarətli məmur kimdir?”,
“Adını de, susduraq!” . Sonuncu başlıqda cənab Rəfael Mehdiyev bizimlə telefon söhbətində ironiya və özündənrazılıqla bildirmişdir ki, “Siz şikayətçinin adını deyin, biz susduraq”. Bu da general cavabı. İndi görün Azərbaycan nə günə qalıb ki, dünənə (1993-cü ilədək nəzərdə tutulur) qədər peşələri qoyun-quzu, dana otarmaqla məşğul olanlar yüksək vəzifələrdə təmsil olunsalar da, təfəkkürləri, elə yenə də çobançılıqdan o tərəfə inkişaf etməyib. Biz bu mənzərələrlə, insanlarımızı it sürüsünə bənzədən, “uşaq pulunu o ölkələrdə verirlər ki, o ölkədə uşaq doğulmur” deyən “kəlam sahibləridir”ki, Milli Məclisdə tez tez səviyyəsizliklərin şahidi oluruq.
Bizim hər şeydən öncə bir vətəndaş olaraq qənaətimiz belədir ki, ƏN-nin Pentensiar Xidmətində nə qədər ki, Ramiz Mehdiyevin məhbuslarımıza min bir zülm verən savadsız kadrlarına güldən ağır söz deməyə cürəti çatmayan rəhbərlərimiz var, bir o qədər tez ölkəmizi xaosa sürükləyib erməni “dəyirmanı”na su tökəcəklər.Bizdən demək.
İfadetv.com