Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.
Bu barədə Oxu.Az-a Mətanət Misirxanova özü məlumat verib.
O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:
“Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.
Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.
P.S. Bu həmin Mətanət Misixanovadır ki, 2016-cı ilədək Ağdam rayonu. Quzanlı qəsəbəsində adi bir uşaq bağçasının müdiri işləmiş və həmin ildən etibarən Təhsil nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi Kənan Quliyev adlı keçmiş MTN işçisinə təqdim etdiyi 50000 dollar müqabilində 03 mart 2017-ci il tarixindən Ağdam Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. 4000 nəfər Ağdam ziyalıları adından 28 oktyabr 2016-cı il tarixində dövlət başçısına və təhsil naziri olmuş Mikayıl Cabbarovva ünvanlanan və KİV-də dərc edilmiş müraciətdə də xahiş edilirdi ki, uşaq yeməklərinə göz dikən birisini biz ziyalılara rəhbər təyin etməyəsiniz. Çox təəssüf ki, o vaxt ziyalılarımızın bu rəsmi müraciəti nəzərə alınmamışdır. Amma Ağdam ziyalılarının müraciətindən də görünür ki, nazirin bir uşaq bağçasının müdirini birbaşa işğal altındakı bir rayonun təhsil idarəsinə rəhbər təyin etməsi qanunvericiliyə və əsasnaməyə birbaşa ziddir. Belə ki, 5 illik pedaqoji stajı olmayan birisini hətta adı məktəb direktoru təyin etmək təhsillə bağlı verilmiş əsasnaməyə uyğun deyildir, qaldı ki, direktorların müdiri təyin olunması. Nəticəyə gəlirik ki, təhsil sistemində baş vermiş özbaşnalıqlar nəticəsində "Dəvəni eşşəyin quyruğuna bağlamışlar". Bunun başqa bir anlamı və açması mümkün də deyildir. Odur ki, Mətanət Misirxanova kimi bir vəzifəli şəxsin Prezidentin karantinlə bağlı ölkədə tətbiq etdiyi qayda-qanuna qanmayaraqdn belə məsuliyyətsiz və laqeyid yanaşamsını təbii hal hesab etmək olar. Elə ona görə də bu gün Ağdam təhsili diz üstə çökdürülüb.
İfadetv.com
