Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən dövlətimizin başçısı, cənab prezident İlham Əliyevə, və 1-ci vitse-prezident xanım Mehriban Əliyevaya bizim saytımız vasitəsilə etdiyi müraciətdə “Mənzil növbəsində ailəmizin süründürməçiliyinə son qoyulmasını və nəhayət 8 nəfərlik ailəsinin dövlət hesabına mənzillə təmin edilməsini xahiş etmişdir. Müraciətdə şəhid ailələrinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və yerli icra hakimiyyətin sərgilədiyi loyal münasibəti, bürokratiyanı və ən əsas da şəhid ailələri üçün dövlət büdcəsi hesabına inşa edilmiş mənzillərin alver predmetinə çevrilməsi son nəticədə indiki yaşadığımız müharibə şəraitində vətəndaşlarımızın döyüş ruhunun sındırılmasına hesablanmış bir təxribat hesab etmək olar. Ümid edirik ki, prezident cənab İ.Əliyev şəhid anası Məfkürə Əbdürəhimovanın müraciətini şəxsi nəzarətinə götürərək tezliklə araşdırmanın aparılmasına şəxsən göstəriş verəckdir. Bu gün bizim vəzifə borcumuzdur ki, hər hansı şəhid ailəsinin etdiyi aktual müraciətini mətbuat vasitəsilə olduğu kimi ünvanına çatdıraq və nəzarətdə saxlayaq. Müraciətdə deyilir:
CƏNAB PREZİDENT SON 9 AYDA BU MƏNİM SİZƏ 4-CÜ MÜRACİƏTİMDİR. SİZİN QURUMLAR MƏNƏ FORMALİZM XATİRİNƏ DƏ OLSA CAVAB VERMİRLƏR. ŞƏHİD ANASINA QARŞI OLAN BU HÖRMƏTSİZLİYİ İLK NÖVBƏDƏ SİZ ALİ BAŞ KOMANDANA OLAN HÖRMƏTSİZLİK KİMİ QƏBUL EDİRƏM. Və ƏVVƏLCƏDƏN DEYİRƏM ƏGƏR MƏNİM VƏ 8 BAŞ AİLƏMİN MƏNZİLLƏ TƏMİN OLUNMAĞIMIZDA DÖVLƏTİMİZİN BİR ÇƏTİNLİYİ VARSA və BUNUNLA İŞİ DÜZƏLİRSƏ MƏN NƏZƏRDƏ TUTULAN EVDƏN İMTİNA EDƏ BİLƏRƏM, KASIB DA OLSAM MƏRD KASIBAM.
Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərin istifadəyə verilməsilə əlaqədar, mən də şəhid ( Əbdürəhimov Faiq Məmmədəli oğlunun) anası kimi 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.
mənim sonuncu müraciətimdən sonra yerli bələdiyyə sədrinin dediyinə görə Sosial Təminat Nazirliyindən Sizə həyət evi tikmək üçün göstəriş gəlib. Əvvəlcə bu il avqustun 14-də gəlib evimizin uçuq-sökük yerlərinin fotolarını çəkib getdilər. 2 gün sonra ƏƏSMN-nin Şəki Rayon İdarəsinin əməkdaşları gəlib yenə hazırda yaşadığımız 28 kv.m sahəsi olan təmirsiz evimizin və əvvəlki uçuq daxmamızın şəklini çəkib getdilər. Bu məmur dəstəsi iş görmək əvəzinə bizim vaxtımızı alır fotosessiya edib gedirlər. Ki, Nazirlikdən tapşırıq var ki, biz faktı yerində araşdırırıq. 26 ildir dövlətdən yalnız gözlədiyim bu evdir Bunu da yerli süründürməçi məmurlar çox görürlər. Mən də dediyərm ki, sizi bura göndərən məmurların milyonluq villaları var. Hansı ki, Azərbaycan Həmkarlar Konfederasiyasınının «Turbaza» adlanan dövlət torpağını zəbt edib tikmiş qəsrlərinin şəkillərini çəkin. Və bu bədbəxtlərdən soruşun ki, dövlətə məxsus torpaqda qanusuz tidirdiyiniz və qanunsuz sənədləşdirdiyiniz milyonluq villaları hansı alın tərilə yaratmısınız?. Mənim oğlum sizin kreslolarda rahat oturmaq və "çirkli pullar" qazanaraq villalar tikməyiniz üçün şəhid olmayıb ki, sizlər məni süründürməçiliyə salasınız.
Əvvəlki məktublarıma pis-yaxşı Şəki icra Hakimiyyəti Aparatının təsərrüfat şöbəsinin məsləhətçisi səviyyəsində mənə rəsmi formal cavab yazılır ki,”Növbəniz çatanda mənzillə təmin olunacaqsınız.” Görün nə qədər bəsit, quru, cansıxıcı, bürokrat və vicdansız bir cavabdır. Bu bürokratlar şəhid mənzillərini alver predmetinə çeviriblər Və görürəm ki. heç bir tədbir görmək niyyətləri də yoxdur. Elə bil mən bunların dədələrindən ev istəyirəm. Son məlumata görə 3 aydır ki, Şəki rayon və mərkəzində mənim kimi şəhid və Qarabağ müharibə əlilləri üçün 20 ədəd mənzil tikintisinə start verilmişdir.Və işlər sürətlə davam etdirilir. Nazirliyin bürokratı Abdullayev isə mənə cavab veriri ki, 2028-ci ilə kimi mənzillə təmin olunacaqsınız.
Hazırda 73 yaşım var. Xəstəyəm. Cənab Prezident və Mehriban xanım. Bir daha Sizlərdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək,digər Bakıda kirayədə yaşayan oğullarımı da bir yerə yığıb yaşamağım üçün bir şəhid ailəsi olaraq bizə veriləsi mənzilləri (bazarın aşağı hissəsində istifadəyə verilmiş 6 mərtəbəli binadakı mənzilləri) rüşvətlə kənar şəxslərə satmış və pulla növbədənkənar şəxsləri yerləşdirmiş mənzillərin boşaldılaraq yenidən mənim kimi real şəhid ailələrinə verilməsinə göstəriş verəsiniz. Əvvəlcədən sağ olun deyirəm.
P.S. Bu gün şəhid anası Məfkurə Əbdürəhimovanın ad günüdür. İlk növbədə Məfkurə xalaya Allahdan can sağlığı və övladlarının xoşbəxtliyini arzulayaq. Allah cənab nazir Sahil Babayevin də qəlbinə bir az insaf salsın ki, tezliklə son 27 ildə şəhid ailəsi kimi heç bir imtiyazdan belə faydalanmayan Əbdürəhimovlar ailəsinə çoxdan layiq olduqları mənzillə təmin edərək bu kasıb ailəni sevindirsin.