Bir mətbuat işçisi olaraq məcbur olub “Şəki ŞRPŞ-nin DYPŞ-nin YPX baş inspektoru Adamov Ramil Vaqif oğlunun son illərdə xidməti vəzifəsini yerinə yetirərkən törətdiyi qanunpozuntusu hallarının dərhal qarşısının alınması” barədə dövlət başçısına müraciət edirik:
Cənab Prezident! Sizin son zamanlar bütün sahələrdə apardığınız islahatların nəticəsində dəyərli xalqımızda ruh yüksəkliyi müşahidə olunmaqdadır. Hazırda cəmiyyətimizə ünvanladığınız əsas mesajlardan biri də budur ki, “ Əgər vətəndaş xalqın və dövlətin mənafeyi naminə ictimai nəzarət prosesində iştirak etməlidirsə, jurnalist bunu etməyə ikiqat borcludur.” Hesab edirik ki, bu çox düzgün dəyərləndirmədir Şəxsən mən özüm və rəhbərlik etdiyim “İfadetv.com” xəbərlər saytın kollektivi də Sizin çağırışınıza səs verərək, müşahidə etdiyimiz qanunsuzluqlara rəvac verən vəzifəli şəxsləri haqlı tənqid etmiş və etməkdə davam edirik. Və çox təəssüflər olsun ki, düzgün tənqiddən nəticə çıxarmaq əvəzinə bizə qarşı şər-böhtan xarakterli şikayətlər yazmaqla nəyəsə nail olmağa çalışanlar var. Belələrindən biri də Şəki ŞRPŞ-nin DYPŞ-nin YPX baş inspektoru Adamov Ramil Vaqif oğludur. Son dövrlərdə bu şəxsin Şəki rayonundan olan sürücülərə qarşı aqressiv davranışlarından saytımıza şikayət edənlərin verdikləri məlumatları təhlil etdikdən sonra bu ilin 11 iyulunda, 4 və 25 oktyabrında, 26 noyabrında dərc etdiyimiz araşdırma yazılarından sonra polis baş leytenantı R.Adamov törətdiyi cinayət xarakterli hərəkətlərindən nəticə çıxarmaq əvəzinə, bizim guya bu şəxsi “şantaj”etməyimizlə bağlı Şəki RPŞ-nə şikayət etmişdir. Bu gün, 8 dekabr bazar günü olsa da, Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı (doğma xalam oğlu) Əbdürəhimov Sadiq Məmmədəli oğlu Şəki Polis Şöbəsinə çağrılaraq Adamovun mənimlə bağlı verdiyi şikayətə əsasən izahatı alınmışdır. İş üzrə zərərçəkmiş vətəndaş S.Əbdürəhimov izahatında bir daha təsdiq etmişdir ki, Adamovun Məmməd Əhmədoğlu barəsində yazdığı şikayət əsassızdır. Mənim yuxarı orqanlara, eləcə də M.Əhmədoğlunun saytına göndərdiyim müraciətdə tələb etmişəm ki, mənə məxsus NİVA 90 BX 213 dövlət nömrə nişanlı avtomobilimi qanunsuz olaraq özbaşına cərimə meydançasına aparmış R.Adamovun qanunazidd hərəkətləri nəticəsində avtomobilimin akumulyatoru sıradan çıxmış, təkərlərim tam boşalaraq yarasız vəziyyətə düşmüdür. Və mən Məmməd müəllimə bu barədə zəng edib bildirmişdim ki, mənə dəymiş maddi ziyan ödənilsin. O da DYP Şəki Şöbəsinin rəisi Şəhmir Uluxanovla telefon əlaqəsi saxlayaraq mənim sözümü rəisə çatdırmışdır.”
Şəki DYPŞ-nin rəisi Şəhmir Uluxanov
Cənab Ş.Uluxanov mənimlə onun arasında şikayətçinin ərizəsinin geri götürülməsi və barışığın olması müzakirəsi, nədənsə bu ilin noyabrın 19-da şikayətçi şəhid qardaşını Şəki şəhərində “Şəki” şadlıq evində toy məclisində sifariş əsasında huşu itəndən sonra belə qaydasız döyüş üzrə Azərbaycan çempionu olmuş Nurəddin Nazim oğlu və onun digər qohumu Rasimlə birlikdə kənara çağrılaraq vəhşicəsinə döyülmüşdür. Və maraqlı burasıdır ki, şəhid ailəsi onu ölümcül döyülməyinə sifariş etmiş şəxslərin tapılması və cəzalandırılması üçün yazdığı 26 noyabr tarixli şikayətindən qorxuya düşmüş DYP polis baş inspektoru R.Adamov noyabrın 28-də 33 gün əvvəl onun rəisilə məsləhət xarakterli telefon danışığımıza əsaslanaraq şikayət vermişdir. Adamov zənn edir ki, bununla S.Əbdürəhimovun haqlı şikayətinin qarşısını ala biləcəkdir. Amma çox səhv edir. Çünki onun son dövrdə göstərdiyi xidməti araşdırıldıqda, insan sadəcə dəhşətə gəlir ki, bu qədər cinayət xarakterli qanunpozuntuları törətmiş YPX işçisinin sistemdə vəzifəsini davam etdirməyə görəsən kimlər himayədarlıq edirlər?.
Məsələn, Fakt 1. xalqxeber.az saytının 16 oktyabr 2017-ci il tarixində dərc etdiyi “Şəkidə polis özbaşnalığı nəticəsində bir gənci xəstəxanalıq etdi” başlıqlı yazıda qeyd edilir: “Mirzəxanlı Nicat Baba oğlunu Şəkinin YPX -nin əməkdaşları heç bir əsasları olmadan saxlayıblar. Sürücü Nicat maşından düşmədiyinə görə, onu zorla maşından düşürüb şöbəyə aparıblar. Şöbədə YPX-nin əməkdaşları Adamov Ramil Vaqif oğlu və Quliyev Azər Qara oğlu nicatı döyərək xəstəxanalıq ediblər. Qeyd edək ki, Nicat Mirzəxanlı Region mediasi qəzetinin Baş redaktoru, Şimal qərb bölgəsi üzrə tanınan Jurnalist Baba Mirzəxanlının oğludur.” Nicat Mirzəxanlının azadlıq.org saytına bildirdiyinə görə 4 nəfər polis onu huşu itənə qədər döymüşlər.”
YPX əməkdaşı Ramil Adamovun 3 nəfər silahdaşıilə qəddarcasına döydüyü tanınmış jurnalist Baba Mirzəxanlının oğlu Nicat
Fakt 2. 07 iyun 2019-cu ildə Adamov Şəki rayonun Baş Göynük kənd sakini fermer Həsənov İdris Fərrux oğluna məxsus VAZ 2106 markalı avtomobil kənddə təqib etmiş və avtomobili özbaşına zəbt edərək Şəki şəhərinə gətirərkən yolda mühərrik valı sıradan çıxmışdır. Avtomobil sahibinin şikayəti nəticəsində Baş Dövlət Yol Polis İdarəsinin polkovnik-leytenantı cənab Ceyhun Əliyev rayona gələrək araşdırma aparmış və nəticədə avtomobilə vurulan zərər yol polislərinə ödədilmişdir.( mühərrik yenidən yığılmışdır.)
Fakt 3. 10 iyul 2019-cu il tarixində Şəki şəhər sakini, taksi sürücüsü Akif Məsimovun idarə etdiyi VAZ 21011 markalı avtomobil Şəki YPX baş inspektoru R.Adamov tərəfindən saxlanılmış, və sürücünün DYPŞöbəsi rəisinin yanına zorla aparılmasına cəhd edilmişdir. Bu zorakılığa etiraz olaraq qaraciyər xəstəsi olan A.Məsimov özünü öldürmək üçün bıçaqlamışdır. Ağır yaralını Şəki RMX-na çatdırmış və saat 5-də əməliyyat edilərək həyatını xilas etmişlər. Şəki rayon Prokurorluğunda baş vermiş cinayətlə bağlı araşdırma aparılmışdır.
Ramil Adamovun zorakılığına etiraz olaraq özünü bıçaqlayan sürücü Akif Məsimov
Fakt 4. 03 oktyabr 2019-cu il tarixində Şəki rayonun Aşağı Göynük kənd sakini , şəhid qardaşı Sadiq Əbdürəhimov DYP Şəki Şöbəsinin kompüter mütəxəssisi Aqşinin dədəsinə məxsus VAZ 2106 markalı, 10 DJ 106 nömrə nişanlı şəxsi avtomobillə YPX inspektoru R.Adamov tərəfindən “Göynük petrol” yanacaqdoldurma stansiyasının yanına dəvət edilmiş və onun 10 manat cəriməsi olduğu üçün sürücülük vəsiqəsinin ləğv olunması və avtomobilinin həbs olunaraq cərimə meydançasına aparılmalı olması barədə xəbərdarlıq edilmiş və Ziyəddin Kamal oğlunun yanında bütün bu işlərin baş verməməsi üçün ( cərimənin sistemdən silinməsi üçün) 200 manat pul tələb etmişlər. Sürücü razılaşmamış və yaxınlıqda olan aparata cəriməni ödəyib qəbzi təqdim etsə də R.Adamov vətəndaşa məxsus 90 BX 213 nömrəli avtomobilinə əyləşərək heç bir akt bağlamadan gəldiy
general R.Zeynalovun Ramil Adamovu qanusuz hərəkətinə görə cəzalandırmasını təsdiq edən sənəd.
mülki avtomobilin müşayətilə Şəki istiqamətində avtomobili qanusuz olaraq aparmışlar. Baş vermiş hadisə ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılmışdır. 11 oktyabrda R.Adamov şikayətçinin əmisi oğlu Mehdinin mobil telefonuna gizli nömrədən zəng edərək Sadiqin şikayət ərizəsini geri götürülməsi istənilmiş, əks təqdirdə bunun axırının pis olacağı xatırlanmışdır. 25 oktyabrda S.Əbdürəhimov Daxili İşlər naziri cənab V.Eyvazova bu telefon zənginə görə yazılı müraciət edərək onun və ailəsinin təhlükəsizliyin təmin edilməsi xahiş edilmişdir. Noyabrın 19-da S.Əbdürəhimov qaydasız döyüş üzrə Azərbaycan çempionu olmuş Nurəddin Nazim oğlu tərəfindən heç bir səbəb olmadan ölümcül döyülmüşdür. Cinayətin sifariş əsasında törədilməsi şübhəsizdir. İstanbul NS klinikasında S.Əbdürəhimovun dalağının ciddi əzildiyi, sol arxa qabırğasında və bütün bədənində əziklərin olması müşahidə olunmuş və müalicə yazılmışdır. Şəhid qardaşı onu ölümcül döydürən şəxsin tapılmasını Qax rayon Prokurorluğunda araşdırlmasını tələb edir. Çünki, şəhid qardaşının döyülməsi sifarişini yalnız dədəsi erməni olan birisi verdirə bilər. lakin bu hadisədə sifarişçinin kimliyini təyin etmək məntiqi məsələdir.
Şəhid ailəsi S.Əbdürəhimovu Azərbaycan çempionuna ölümcül döyməyə sifariş vermiş erməni dığası Şəki polisi tərəfindən axtarışdadır.
Fakt 5. Şəki rayonun Köndələn kənd sakini,sürücü Ziyəddin Kamal oğlu da onun da vaxtı keçmiş cəriməsinə görə 150 manat YPX əməkdaşlarına məcbur pul ödədiyini bildirmişdir. Eləcə də S.Əbdürəhimovun yanına gəlmiş digər İnçə kəndindən olan sürücü də az vaxt ərzində Şəki DYP inspektorlarına vaxtı keçmiş 40 manatlıq cərimənin silinməsi üçün 250 manat pul ödədiyini bildirmişdir. Bu faktlardan belə nəticəyə gəlirik ki, DYP Şəki Şöbəsində bilərəkdən srücülərə cərimələrinin olması barədə qəsdən xəbərdarlıq məktubları göndərilmir və 3 aylıq müddət başa çatan kimi dərhal şöbənin kompüter mütəxəssisi Aqşin R.Adamovla birlikdə özlərinə məxsus 10 DJ 106 dövlət nömrə nişanlı şəxsi avtomobillə düşürlər kəndlərin canına və srücüləri şantaj etməklə onların cərimələrinin silinməsi müqabilində pul tələb edirlər. ( R.Adamovun bu barədə səs yazısı təqdim olunur)
Cənab Prezident! Cənab Daxili işlər naziri! Xahiş edirik ki, himayədarının kimliyindən asılı olmayaraq öz qanunsuz hərəkətlərilə polis adını nüfüzdan salan Şəki ŞRPŞ-nin DYPŞ-nin YPX baş inspektoru Adamov Ramil Vaqif oğlunun barəsində qanunamüvafiq tədbirlər görülməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildirirk.
https://xalqxeber.az/region/14872-shekide-polis-ozbashinaligi-neticesinde-bir-genci-xestexanaliq-etdi-foto.html
https://avtosfer.az/news/79538
http://ifadetv.com/76-sekde-taks-surucusu-ozunu-bcaqlad.html
http://ifadetv.com/717-ramiz-zeynalov-sehid-qardasina-qarsi-aqressiv-davranan-dyp-emekdasi-ramil-adamovu-mudafie-etmeye-ne-mecbur-edir.html
Hörmətlə,
İfadetv.com saytının baş redaktorun müavini Məmməd ƏHMƏDOĞLU