Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlar bu ölkəyə baha başa gəlib. Əvvəlcə ərazi və canlı qüvvə itkilərini gizlətmək istəyən Ermənistan artıq bir neçə gündür etiraf etmək məcburiyyətində qalıb. Daha doğrusu, erməni xalqı, məhv edilən hərbçi valideynləri Ermənistan rəhbərliyini dalana dirəyib.
Nəhayət erməni xalqı anlayıb ki, Ermənistan rəhbərliyi xalqı öz terror və faşizm siyasətinə qurban verib. Övladları zorla döyüşə göndərilən və bu günə qədər öldü və ya qaldısından xəbər olmayan valideynlər Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etirazlara başlayıb.
Ifadetv.com Trend-ə istinadla xəbər verir ki, artıq ermənilər sosial şəbəkələrdə döyüşə göndərilən ermənilərin şəkillərini paylaşmaqla elan verir, onların sağ və ya ölü olması barədə xəbərlər gözləyirlər.