"ƏGƏR MƏNİM 10 GÜLLƏM OLSAYDI, 9-NU SATQINLARA, 1-ni İSƏ DÜŞMƏNƏ ATARDIM" - Adolf Hitler
“Rusiyanın agenti neçə ildir oturub orada, Azərbaycanı arxadan vurur”
“Artıq biz şüur səviyyəsində Türkiyəylə birləşmişik”
“Rusiya istənilən vaxt Azərbaycana, Türkiyəyə gözdağı vermək üçün ermənilərdən istifadə edir”
“Azərbaycan milləti yalnız Şimali Azərbaycan dövlətində yaşayan azərbaycanlılardan ibarət deyil. Türkiyədə yaşayan on milyona yaxın azərbaycan türkü var, İranda otuz-qırx milyon Azərbaycan türkü var və elə də Azərbaycanın özündə yaşayan Azərbaycan türkləri Qarabağın bir dənə daşını-çınqılını da ermənilərə verməyə razı olmazlar”
İyulun 12-də Tovuzda baş verən hadisələr fonunda ölkədə siyasi fəallıq artdı və Azərbaycanın Qarabağ siyasətini, onun necə olması gərəkdiyini Xarici İşlər Nazirliyi deyil, meydana toplaşan xalq göstərdi. Nəticədə isə ilərdir aparılan uğursuz Qarabağ siyasətinin müəlliflərindən biri olan Elmar Məmmədyarov vəzifədən uzaqlaşdırıldı və onun yerinə təhsil naziri Ceyhun Bayramov təyin olundu.
Hansı ki, bu təyinatın özü də ölkədə bir çox suallar doğurdu. Ən əsas sual da budur ki, ölkədə layiqli diplomat yoxdur ki, dövlətin xarici siyasət kimi əhəmiyyətli sahəsi təhsil nazirinə həvalə olundu? Bu və digər məsələlərlə əlaqədar Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/ceyhun-bayramov-rusiyanin-dobrosu-ile-bu-vezifeye-teyin-olunub-serdar-celaloglu/?preview_id=255215&preview_nonce=e6c7d2e0ea&post_format=standard&_thumbnail_id=255216&preview=true)
– Sərdar bəy, son vaxtlar belə bir fikir gəzirdi ki, biz Qarabağ məsələsini hərbi yolla həll etsək xarici dövlətlər bizə qarşı çıxa, müəyyən təzyiqlər ola bilər. Amma Tovuz hadisələri göstərdi ki, Rusiya istisna olmaqla heç bir dövlət Azərbaycana qarşı çıxmadı…
– Rusiya sadəcə olaraq bilir ki, bizimkilər məcbur olub o döyüşlərə başlayıblar, yoxsa, xoşluğa qalsa bizimkilər heç ermənilərin hücumuna cavab verməz. Rusiya görsə ki, Azərbaycan öz torpaqlarını azad etmək istəyir, nə deyəcək? Beynəlxalq hüquq var, MDB-nin əsasnaməsi var, ATƏT-in əsasnaməsi var, nəhayət Azərbaycanın strateji müttəfiqi var – Türkiyə. Dünyanın bir çox ölkələri Rusiyanın ağzından şillə ilə vurub, otuzdurub yerində. Azərbaycanda da eynilə Türkiyə otuzduracaq yerində. Türk birliyinin üzvüyük, səkkiz türk dövlətinin daxil olduğu ittifaq yaratmışıq, Macarıstanla bir yerdə. İslam konfransı təşkilatının üzvüyük. İslam ölkələri arxamızdadır, sən bacarıqlı bir siyasət apar. Məsələn, Pakistan deyir ki, Azərbaycan bizə müraciət eləməsə belə, biz bu müharibəyə girəcəyik. Yəni bizim rəhbərlərimiz başa düşməlidir ki, yeni qlobal dünya siyasətinin əsas motivləri nədir. Bilsələr, başqa addım atarlar, yoxsa, sən Rusiyaya yalvar, Rusiyanın quyruğunda get. İslam ölkələrinin maraqları var, Türkiyənin maraqları var. Nə Özbəkistanda, nə Qazaxıstanda, nə Türkmənistanda, nə Türkiyədə, nə Macarıstanda, nə də İslam ölkələrində islam maraqlarını elə-belə tapdayıb-keçmək mümkün deyil. Kifayət qədər güclü dövlətlər var, artıq həmin dövr deyil ki, sən İslam dünyasını barmağına dolayasan, öz agentlərini gətirib yerləşdirəsən. Bu gün, baxın, Cənubi Azərbaycanda azərbaycanlılar necə qalxıb ayağa. Dağlıq Qarabağ bizim vətənizmizdir, ancaq İlham Əliyevin yurisdikasiyasındadır? Qarabağ azərbaycan xalqınındır, Azərbaycan xalqının da qırx milyonu İrandadır. O azərbaycanlıların razılığı olmadan Qarabağı kim verə bilər?! Bizim razılığımız, bizim iradəmiz olmadan Təbrizin taleyini kim dəyişdirə bilər ki?! Torpaq bu xalqa məxsusdur, xalqın da doxsan faizi İranın ərazisindədir. Qarabağı vermək istəmirlər, verməzlər də. Biz də vermərik. Azərbaycan hökuməti bu məsələni sırf iqtidar məsələsi səviyyəsinə endirmək istəyir. Bu, tam yanlışdır. Bu, bir millət məsələsidir. Azərbaycan milləti yalnız Şimali Azərbaycan dövlətində yaşayan azərbaycanlılardan ibarət deyil. Türkiyədə yaşayan on milyona yaxın azərbaycan türkü var, İranda otuz-qırx milyon Azərbaycan türkü var və elə də Azərbaycanın özündə yaşayan Azərbaycan türkləri Qarabağın bir dənə daşını-çınqılını da ermənilərə verməyə razı olmazlar.
– İyulun 14-dən 15-nə keçən gecə insanların “Qarabağı azad et!” tələbiylə meydanlara axışdığını, necə möhtəşəm mitinq keçirdiklərini gördük. Nə düşünürsünüz, əgər yeni xarici işlər nazirinin siyasəti də Elmar Məmmədyarovun siyasətinin açıq şəkildə nümayişi və davamı olacaqsa, insanların buna təpkisi necə olacaq, bu təpkini dövlət nəzərə alacaqmı?
– Mən də bu tədbirdə olmuşam, insanlardakı əhval-ruhiyyəni bilirəm. Azərbaycan xalqı on-on beş il əvvəlki xalq deyil, biləsiniz. Yəni Türkiyənin xüsusən yüksəlişi, Türkiyənin regional gücə çevrilməsi, getdikcə super gücə çevrilməsi və Türkiyənin bir çox məqamlarda ABŞ-ın, Rusiyanın dünya səviyyəsində iradəsinə zidd iradə qoyub, qələbə çalması bütün dünya türklərində, o cümlədən Azərbaycanda çox böyük ruh yüksəkliyi yaradıb. Artıq xəbər saytlarına, social şəbəkələrə girin, görün Türkiyədə bir hadisə olanda bütün azərbaycanlı uşaqlar necə ona qoşulurlar, o cümlədən bizdə nəsə olanda türklər qoşulurlar. Artıq biz şüur səviyyəsində Türkiyəylə birləşmişik. Yəni şüurumuz konfederativ şüurdur. Bir qalıb formal olaraq müqavilə bağlansın, orduyla xarici siyasət birləşsin.
– Sizcə, artıq konfederativ dövlət ideyasının reallaşması üçün münbit şərait yaranmayıbmı?
– Mən neçə illərdir deyirəm ki, Azərbaycanla Türkiyə konfederasiyada birləşsin. Xarici işlər naziri vahid bir adam olmalıdır, müdafiə nazirliyi bir adam olmalıdır. Qalan nazirliklər olduğu kimi qalsın. Prezident qalsın, vətəndaşlıq qalsın, sərhədlər qalsın. Bu iki institutu birləşdirəndə biz tam arxayın olarıq ki, Azərbaycan düşmən əlində deyil və Rusiyanın maraqlarına uyğun siyasət getmir. Çünki Çavuşoğlu olacaq bizim xarici işlər nazirimiz, Hulusi Akar olacaq müdafiə nazirimiz, Nəcməddin Sadıqov yox. Rusiyanın agenti neçə ildir oturub orada, Azərbaycanı arxadan vurur, bütün xəyanətlərin hamısı onun başının məhsuludur. Son dəfə generalın öldürülməsi məsələsi də həmçinin. Bunu hamı bilir Azərbaycanda, bilməyən yoxdur. Qanmaz insanlar düşünər ki, burada xəyanət olmadı. Sənin iki generalın ölüb. Yəni bu dərəcədə açıq-aşkar Azərbaycanda keçən dəfə də otuz nəfər zabit öldü, mənim qardaşım oğlu da aprel hadisələrindəş əhid oldu. Sonra da xəyanət deyə Azərbaycanın ən qəhraman oğullarını işgəncələrlə öldürdülər, sonradan bəraət verdilər ki, günahı yox imiş. Amma o adamlar artıq öldürülmüşdü. Çünki ermənilərə qarşı vuruşmuşdular amansızlıqla. Hamısı da çox qəhramanlıqla döyüşmüşdülər.
– Bəs necə düşünürsünüz, konfederasiyanın tam formalaşması üçün hansı mərhələlərdən keçilməlidir?
– Artıq Rusiya Azərbaycanı əvvəlki kimi öz təsir dairəsində saxlaya bilməyəcək. Bizim iradəmizdən asılı olmayaraq, klanlar arası münaqişə Rusiyanın buradakı təsir dairəsini kifayət qədər zəiflədir. Dünən (yürüşdən 1 gün sonra – red.) İlham Əliyev dedi ki, Tovuz hadisələri “beşinci kolon”un əlinin işidirsə, bunlar tam şəkildə təmizlənməlidir. Ola bilsin ki, Rusiya agenturasının şəbəkəsi tam təmizlənsin.
Yəni hökumətin özündə də müəyyən mənada keyfiyyət dəyişilməsi baş verir. Azərbaycan iqtidarı Azərbaycan xalqının iradəsinə zidd addım ata bilməz. O günki tədbirdə azı yüz-iki yüz min adam gəlmişdi ora və saat 6-dan başlayan proses o biri gün səhər saat 9-a qədər davam elədi. Bu, onu göstərir ki, artıq Azərbaycan xalqı bizim düşündüyümüz kimi öz taleyinə laqeyd deyil, aclıqla-susuzluqla susdurulan bir xalq deyil.
O adamlar çılpaq da olsa gəlib öz vətənini qoruyacaq və iqtidar xalqın iradəsinə zidd bir addım atacağı təqdirdə həmin kütlə, o milyonlarla hayqıran insan bu dəfə hökumətin üstünə gedəcək. Ona görə situasiya bizim xeyrimizə dəyişməkdədir.
– Sərdar bəy, bu arada ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya qazını Türkiyə vasitəsilə Avropaya nəql edən “Türk Axını” layihəsi ilə bağlı çıxış edərək bildirdi ki, bu “pis layihədir” və öz mütəfiqllərini bundan çəkilməyə çağırdı. Ola bilərmi, Paşinyanla ABŞ birgə Rusiyanı Tovuz hadisələrinə cəlb edərək, rus-türk münasibətlərindəki gərginliyi dərinləşdirməyə çalışsın?
– Bilirsiniz, mən həkiməm, bir xəstəyə düzgün diaqnoz qoymasanız, heç vaxt onu düzgün müalicə edə bilməzsiniz. Biz “bu problem nədən yaranıb” sualına düzgün cavab verməsək, onun həlli yollarını və yaxud bunun arxasında kim durur, onu müəyyən edə bilmərik. Son bir aydır Ermənistan rəhbərliyi Azərbaycana hücum edəcəyi ilə bağlı bəyanatlar verir, gizlətmir. Müdafiə naziri bəyanat verirdi. Hətta gəlib sərhəddə bəyanat verirlər ki, vuracağıq. O cümlədən, bir həftə bundan qabaq demişdi ki, biz Azərbaycanın Bakıdakı zavodlarını, fabriklərini, neft kəmərini, qaz kəmərini vuracağıq. Deməli, siz düşündüyünüz kimi deyil. Bu, bir ayda nə oldu ki, mütəmadi olaraq ermənilər hədə tonunda danışdılar?! Bu, bir ayda “beşinci kolon”un buradakı nümayəndəsi sıxışdırılırdı, üstəlik, bu bir ay ərzində intensiv şəkildə Suriyada və Liviyada, Ağ Dənizdə və Qara dənizdə Rusiyanın maraqlarına zidd çox ciddi nailiyyətlər əldə edilib. Yəni paralellik aparılsa görərik ki, ermənilərin bu radikal çıxışları ilə Türkiyənin nailiyyətləri və Azərbaycanda gedən proseslər üst-üstə düşür. Deməli, bu münaqişənin bir səbəbi var, Rusiya Türkiyənin onun maraqlarına vurduğu zərbəyə ekvivalent olaraq zərbə vurmaq istəyirdi, alınmadı. Azərbaycanda “beşinci kolon”u müdafiə etmək, Azərbaycan hökumətinə gözdağı vermək ki, mənim adamlarıma dəymə. Burada da tərsinə oldu, İlham Əliyev dedi ki, bunların hamısını təmizləmək lazımdır. Yəni bunun səbəbi budur. Bunun Pompeo ilə əlaqəsi yoxdur. Ermənistan birbaşa Rusiyanın nəzarəti altındadır. Ermənistan sərhədlərində rus qoşunları durur, Ermənistanla Rusiya arasında 50 illik hərbi ittifaq var. Müharibə şəraitində erməni qoşunlarına rus generalları rəhbərlik edir. Ermənistanın bütün hərbi- texniki bazası pulsuz olaraq Rusiya tərəfindən verilir. Burada Amerikanın ermənilərə hər hansı bir söz deməsi, tapşırıq, istiqamət vermək imkanı yoxdur. Bu oyunun müəllifi Rusiyadır. Burada ermənilər sadəcə olaraq rusların əlində bir oyuncaqdır. Bir qurbanlıq keçidir. İstənilən vaxt Azərbaycana, Türkiyəyə gözdağı vermək üçün ermənilərdən istifadə edilir. Bu qanmzalar da müvəqqəti olaraq bizim torpaqlarımızda oturublar, elə bilirlər ki, bu torpaqlar bunlarındır. Bunlar da bununla təsəlli tapırlar. Ancaq qanmırlar ki, o torpağı ruslar bizdən alıbsa, heç vaxt onlara da verməz. Yəni bu baxımdan məsələnin arxasında yeganə qüvvə Rusiyadır, Rusiya özünü artistliyə qoyur ki, biz atəşkəs elan edilməsini istəyirik, biz vasitəçilik etmək istəyirik… Yəni bu münaqişəni yaradan da, inkişaf etdirən də, saxlayan da Rusiyadır. Onu başqa cür yozmağın heç bir mənası yoxdur.
– Bu günlərdə Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) bəyanat verdi ki, CNN, “The New York Times”, “Associated Press”, “Fox News” və başqa mətbu orqanlar Azərbaycanın Metsamor Atom stansiyasını vurmaq bəyanatına reaksiya vermədilər. Ümumiyyətlə, bu reallaşa bilərmi?
– Yox, nə onlar Mingəçeviri vura bilərlər, nə də biz Metsamoru vurmarıq. Bu, bir psixoloji müharibədir. Soyuq müharibədir. O ki qaldı Ermənistanın lobbilərinə, onlar elə bilməsinlər ki, onların Amerikadakı mövqeyi bizim vətənimizin əldən getməyindən güclü bir mövqedir. Sadəcə siyasi hakimiyyət elədir ki, siyasətçilərin meydana gəlməsində Rusiyanın çox böyük rolu var. Elçibəy iqtidarının yıxılmasında Rusiyanın çox böyük rolu oldu, sonra həmin roluna görə də Qarabağ məsələsiylə bağlı iqtidarın boynuna müəyyən öhdəliklər qoyuldu. Düzdür, İlham Əliyev zaman-zaman çalışır ki, bu öhdəlikləri pozsun, cızıqdan çıxsın, Rusiyanın burda maraqlarını qorumasına başqa şəkildə təsir eləsin, görünür, hələ tam şəkildə müvvəffəqiyyət əldə edə bilmir.
Amma bu proseslər o istiqamətdə gedir ki, Dağlıq Qarabağı biz tezliklə qaytaracağıq, qaytarmağın alternativi yoxdur. Çünki Qarabağ münaqişəsi qaldıqca dünyada sülh və əminamanlıq təhdid olunur, ermənilər daha çox müstəqilliyini itirir, ermənilər daha çox Rusiyanın əlində alətə çevrilir və Rusiya bu cür münaqişələr ilə bütün dünyanı təhdid edir. Əslinə baxsan, Rusiyanın əlindən münaqişə imkanları alınarsa, Rusiyanın dünyada deməyə sözü qalmaz. Bu gün rus xalqının doxsan faizi Putindən narazıdır. Putin bu narazılığı gizlətmək, özündən diqqəti yayındırmaq üçün Ukraynada müharibə edir, istəyir Belorusiyaya girsin. Azərbaycana özü girə bilmir, istəyir Ermənistanla biz mübarizə aparaq. Bunun hamısını edən rusdur.
Bizimxeber.az