Azərbaycanın tanınmış və qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Şirkətin İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 529.1-1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
“Diadem” ASC ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 10 iyun tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.
Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.
Tribunainfo.az