Şuşa istiqamətində gedən döyüşlər, Ermənistan silahlı qüvvələrinin strateji cəhətdən vacib nöqtələrdə yerləşən bütün bölmələrini və texnikalarını bu şəhərə çəkməsi Azərbaycan ordusuna böyük üstünlük verir.
Axar.az xəbər verir ki, bu fikri sözləri ukraynalı hərbi ekspert Yuri Podolyaka deyib.
“Erməni silahlı qüvvələrinin ehtiyatlarını Şuşaya köçürdükləri və bununla da başqa yerlərdəki mövqelərinin ifşa edildiyi barədə dəqiq məlumatlar var. Məhz bu səbəbdən Azərbaycan Ordusu erməni separatçılarını sıxışdıraraq, cəbhə xəttinin həm sağ, həm də sol cinahlarında möhkəmlənir”, - ekspert qeyd edib.
P.S. Hərbi ekspertin də qənaətindən belə nəticəyə gəlirik ki, bu malbaş ermənilər hələ də müharibə strategiyasından anlayışı olmayan bir toplum olduqlarını bir dah sübut etdilər. Özlərinin 9000 muzdlu və yerli seçmə qoşunlarını və sabiq müdafiə naziri olmuş Ohanyanı Şuşanı qorumağa göndərməklə ən böyük səhvlərini ediblər. Şəhəri qorumaq üçün şəhərin içində mövqe tutmaqdansa, onun kənarlarından müdafiə mövqelərini möhkəmləndirməli idilər. Ordumuzun dəqiq raket-artilleriya zərbələri nəticəsində bu quldur dəstəsi tezliklə məhv olacaqlr İNŞALLAH.
