Ötən günlərin birində yazıb bildirmişdik ki, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev kabinetindən bayıra çıxmır və rəhbərlik etdiyi rayonun kəndlərində, heç bir yaşayış məntəqəsində görünmür. Düzdür, yerli sakinlər icra başçından onun döyüş gedən kəndlərə getməsini, sakinlərin hansısa problemi ilə maraqlanmasını gözləsələr də, təəssüflər olsun ki, belə bir istək heç bir halda baş tutmur. Çatdırılan məlumatlarda isə iddia olunur ki, atəşə məruz qalan Goranboyun kəndlərindən bixəbər olan Məhərrəm Quliyev, yerli sakinlərə təskinlik verməkdən belə çəkinir. Yəni, o, heç olmazsa atəş altında olan kəndlərə baş çəkmir, kənd sakinləri ilə görüşmür, hansısa sakinin evində çay içmir, mənəvi dəstək olmur, şəkil çəkdirib özünü reklam etdirmir ki, hər kəs görsün ki, rayon rəhbəri sakinlərə həyan olur. Yalnız o, xidməti avtomobili ilə işə gedir, İH-dəki otağına daxil olur, nahar vaxtı restorana üz tutur, az sonra işə qayıdır və axşam saatlarında isə evinə yollanır. Halbu ki, bütün ölkə müharibəyə köklənib, ordumuz rəşadətlə döyüşür, düşmənə layiqli cavab verir, artilleriya atəşinə, raket hücumlarına məruz qalan cəbhə bölgələrinin mərd və dinc sakinləri düşməndən qorxmadan doğma yurd-yuvalarında yaşamağa davam edirlər. Belə ağır günlərdə mənəvi dəstəyə ehtiyacı olan insanlara icra başçısı hansısa formada dəstəyini ifadə etmir. Bu cür tənqidlərimizin qarşılığında İH hansısa açıqlamanı vermək əvəzinə, bir "qadını" önə verməyi üstün tutur və bizi təhqir, təhdid etməyə qərar verir. Bugünlərdə şücaət göstərən bir goranboylu döyüşçünün video paylaşımı, bizi bir daha dəhşətə gətirdi. Bu haqda uzun-uzadı danışmadan həmin video-paylaşımı hər kəsin diqqətinə çatdırırıq. Xahiş edirik ki, bu video paylaşımı diqqətlə izləyin və öz münasibətinizi bildirin.
gundemxeber