Bəli bu qadınlar kənddə fəaliyyət göstərən həkim məntəqəsinin fəaliyyətindən narazıdırlar.Onlar iddia edir ki,hətta bəzən ilkin tibbi yardımlar belə bu məntəqədə göstərilmir.Məcburiyyət qarşısında qalaraq xəstələr ya 10 kilometrlik məsafədə yerləşən Aşağı Göynük kənd sahə xəstəxanasına,ya da Şəki rayon Mərkəzi Xəstəxanasına getməlidirlər.
Son bir-neçə ildə tikilərək kənd əhalisinin istifadəsinə verilən Baş Göynük kənd həkim məntəqəsi inzibati bina olaraq və avadanlıqlarına görə yaxşı vəziyyətdədir.Məntəqə ilə yaxından tanış olduğumuzda burada müyyən tibbi xidmətlərin göstərilə biləcəyini əyani olaraq gördük.Ancaq son 5-6 aya qədər doğuşların həyata keçirildiyi kənd həkim məntəqəsində artıq bu xidmət göstərilmir.Sadəcə burada hamilə qadınlar qeydiyyata alınır.Məntəqənin doğum şöbəsinin qadın əməkdaşı da bunu təsdiqlədi.
Kənd sakinləri bildirirlər ki,dəfələrlə aidiyyatı qrumlara doğum xidmətinin bərpası üçün müraciət ediblər.Qanunvericilik buna imkan verirmi?Kəndlərdə doğuş xidməti göstərilə bilərmi? Elə biz də bu sualının cavabını tapmaq üçün yollandıq Şəki rayon Mərkəzi Xəstəxanasına.
Kənd sakinlərinin narazılığına səbəb olan bu məsələni araşdırdıq.Həkimin də söylədiyi kimi kəndlərdə bu xidmət nəzərdə tutulmur.Tibb müəssisəsindən bildirildi ki,kənd həkim məntəqələrində reanimasiya şöbələrinin olmaması doğuş zamanı risklərə yol aça bilər.Əgər yeni doğuş etmiş ananın vəziyyəti pisləşərsə təcili xəstə reanimasiya şöbəsinə yerləşdirilməlidir.Xəstəxanadan onu da bildirdilər ki,Şəkidə perinetal mərkəz fəaliyytə göstərir ki,bu mərkəzdən də tək Şəki rayonu deyil,digər ətraf rayonlar da yararlana bilər.
İlkin Piranov SPACE TV
P.S. Bu gün saytımıza Şəki rayonun Baş göynük kənd sakinlərinin verdiyi məlumata əsasən onlar kəndin həkim məntəqəsində göstərilən yarıtmaz tibbi xidmətlə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün 22 yanvarda 50 nəfərin iştirakıilə keçirdikləri etiraz aksiyasını işıqlandırmaq üçün SPACE TV-nin qaynar xəttinə zəng edərək bölgə müxbirlərini bu aksiyanı işıqlandırmaq üçün dəvət etmişlər. Lakin təəssüfləndiklərini bildirilər ki, Space tv onların qaldırdıqları problemlərdən yalnız doğuş şöbəsilə bağlı qısa məlumat vermişdir. Ona görə də ifadetv.com saytına müraciət edərək ixtisasca biologiya müəllimi olan baş həkim Ülkər İsmayılovanın qanusuz hərəkətlərindən, işə çox az az gedib gəlməsindən, sakinlərlə kobud rəftar etməsindən, təcili tibbi yardım üçün ehtiyat dərmanların Həkim məntəqəsini qəsdən təchiz etməməsindən bəhs edərək kənd Həkim Məntəqəsinə ixtisaslı baş həkimi və digər həkimlərlə təmin olunmasını Səhiyyə nazirindən xahiş edirlər. Qeyd edirlər ki, dövlətin bir neçə il əvvəl milyonlarla vəsait hesabına tikib istifadəyə verdiyi doğum evi şöbəsi nədənsə bağlanıb. O zaman kasıb sakinlər məcbur olub xəstələrini Mərkəzi Xəstəxanaya aparmaq məcburiyyətində qalırlar. Bu da onlara çox baha başa gəlir. O zaman dövlət bu xəstəxananı niyə bu layihə əsasında tikib əhalinin istifadəsinə verirdi? Baş həkim həftədə bir ya iki gün 3 saat olmaqla məntəqəyə baş çəkib qayıdır Şəkidə yaşadığı evə. Məntəqədə bir bint və ya təcili lazım olan bir dərman belə tapmaq olmur. Xahiş edirik səhiyyə naziri komissiya təşkil edib kəndimizdəki bu problemi yerində həll etsin.
P.S. İfadetv.com saytının apardığı araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycanın digər rayonlarında fəaliyyət göstərən kənd Həkim Məntəqələrinin heç birində doğum evi şöbəsi Şəki Mərkəzi Xəstəxanasının rəhbərliyinin verdiyi qərar əsasında fəaliyyətini dayandırmayıb, əksinə hamısına lazımi şəraitlər yaradılıb ki, sadə kənd camaatı yolizə düşüb əziyyət çəkməsinlər. Deməli, nəticəyə gəlirik ki, Şəki RMX-nın kəndlərdə dövlətin vəsaitilə inşa edilmiş müasir tipli doğum evi şöbələrinin ləğv edilməsində məqsədi məsləni mərkəzləşdirilmiş formada idarə etməkdir.
müraciətdə adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırdır.