Zəhərlənən Rusiya müxalifətinin lideri Aleksey Navalnı hakimiyyəti ifşa etməkdə davam edir.
Navalni ona qarşı sui-qəsd edən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının biri ilə danışa bilib. Belə ki, Navalni onu zəhərləyən qrupun üzvlərindən birinə zəng vurub. Özünü Nikolay Patruşevin köməkçisi kimi təqdim edib və "Navalnı əməliyyatı" barədə onu sorğu-suala tutub. Konstantin Kudryavtsev adlı həmin şəxs də bildirklərini danışıb. Bu araşdırmada Navalnı ilə birgə məşhur media orqanları - "Bellingcat", "The İnsider", "CNN", "El Pais" və Şpigel"in əməkdaşları da iştirak edib.
Siyasi müşahidəçilər hesab edir ki, Navalni bununla Rusiya Prezidenti üzərində mənəvi qələbə qazanıb. Həmişə rəqibləri ilə qaydasız oynayıb qalib gələn Vladimir Putin hakimiyyəti ağır zərbə alıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin ağır cinayətdə iştirakı və qeyri peşəkarlığı öz əməkdaşının vasitəsi ilə ifşa olunub.
Rusiyada yaşanan son hadisələr proseslərin hakimiyyətinin nəzarətindən çıxması kimi də dəyərləndirilir. Korrupsiyalaşmış rejimin xüsusi xidmət orqanlarının cinayətdə iştirakının media orqanları tərəfindən detallı şəkildə ifşa edilməsi də hakimiyyət üçün həyəcan siqnalı hesab edilir. Müşahidəçilərin fikrincə, son hadisə Rusiya kəşfiyyatının nüfuzuna sarsıdıcı zərbədir...