Son vaxtlar KİV –də "KQB agenti" iddiasıilə verilən yazılara müxtəlif siyasilər, məmurlar, ziyalılar tərəfindən şərhlər verilir, hərə öz siyasi kursuna uyğun olaraq fikirlər səsləndirirlər. Biz, Ifadetv.com İnformasiya Agentliyinin araşdırıcı qrupu olaraq bu müzakirəyə birdəfəlik nöqtə qoymaq istərdik. Beləliklə, kimdir "KQB" agenti ?
Sualın cavabını tapmaq üçün əvvəlcə Sovetlər dönəminin 50-60-cı illərində verilən statistikaya azacıq nəzər yetirmək yaxşı olardı. Verilən məlumata görə az qala Sovetlər əhalisinin üçdə ikisi KQB-yə cəsusluq etmək məcburiyyətində idi. Çox uzağa getməyək, XX əsrin 70-80-ci illərində Sovet vətəndaşları Brejnev dövründə əvvəlki illərər nisbətdə az “verbovka” edilməyə başladılar. Artıq bu dövrdə də Mərkəzi Komitədə də anladılar ki, sadə insanları bu işə cəlb etməyin o qədər də faydası yoxdur. O vaxtkı KQB-nin də az qala ölkənin bütün vətəndaşlarını zorla agent etməsinə elə bir zəruriyyət də qalmamışdı. Ona görə KQB adlanan qurum ölkənin daha savadlı zümrəsini nəzarət və təsir altına almağa qərar verdilər. Bunlardan ən vacibləri isə 1-ci qrup olaraq SSRİ adlanan ərazini müvəqqəti tərk etmək istəyən diplomatik nümayəndələri, idmançıları, artistləri, yazıçı və şairləri, siyasətçiləri, iş adamlarını bir sözlə, xarici ölkələrdəki gözəl həyatı görüb vətənə qayıtmaq istəməyənləri ( belələri get gedə çoxalırdı və SSRİ-nin nüfuzuna böyük zərbə sayılırdı) ilk növbədə şantaj etmək üçün KQB agentləri səfərqabağı onlarla “profilaktiki söhbət”lər aparır, onların adlarını KQB agenti kimi siyahılarına məcbur yazıb özlərini də xəbərdar edirdilər ki, nə badə xaricdə olduğu müddətdə yanlış fikrlərə düşəsən. Məxfi sənədlər imzalandıqdan sonra bu zümrə rahatlıqla xarici ölkələrə buraxılırdı. Ondan sonra kimin hünəri vardı vətənə qayıtmaq fikrindən vaz keçər, və yaxud xarici ölkəyə işləməyə qərar verə bilərdi. Dərhal KQB –nin xarici əlaqələr şöbəsi həmin ölkəyə məlumat göndərirdi ki, bizdən sizin ölkəyə səfər edən vətəndaşımız bizim agentdir və məxfi tapşırığı yerinə yetirir. Sonrası hamıya bəllidir ki, heç bir xarici ölkə Sovet agentini ölkəsində saxlamazdı. Biz sadəcə KQB adlanan qorxunc təşkilatın vaxtilə SSRİ ərazisində yaşamış kiçik və çox mühüm, eləcə də çox adi bir variantını əziz oxucularımızın diqqətinə ona görə çatdırmaq istəyirik ki, əvvəla hər yazılana inanmasınlar.Ki, hansısa Azərbaycan ilk növbədə xarici ölkəyə səfər etmiş hansısa Azərbaycan vətəndaşı "KQB agenti olmasın. Bunun əksini bu gün müxtəlif KİV-lərdə isbatlamağa cəhd edənlər hesab edirik ki, bilməyərəkdən çox yanılırlar. Çünki qazdan ayıq Sovet KQB-sinin süzgəcindən keçməyən belə bir adam tapmaq mümkün olan bir şey deyil. Ona görə də kimin KQB agenti olmasının müəyyənləşməsi üçün nə o qədər əziyyət çəkməyə, nə də arxivlərin açılmasına ehtiyac duyulmur. Elə özümüz də saf-çürük edəndə bilərik ki, kim vaxtilə KQB agenti olmağa məcbur olub, kim yox. Ona görə də tanıdığımız və 70-80-ci illərdə xaricə səfərlər etmiş istər məşhur, istərsə də adi və müxtəlif peşə sahiblərinin KQB doğanağından keçməyən ( məcburi agent siyahısına düşməyən) birisni tapmaq mümkün olan bir şey deyil. Biz buna adımız kimi əminik. Digər tərəfdən hazırda yaşayan və haqq dünyasına qovuşan bu insanlara qarşı hər hansı “KQB” agenti olub kimi damğalar vurmaq heç düzgün deyil. Bu zamanın tələbi idi. Razı olmayanlar öz karyerası ilə birdəfəlik xüdafizləşirdi və quyunun dibində həyatının sonunu gözləyirdi. Budur, indi özünü “ağıllı” hesab edənlər düşüb ortalığa kimisə müdafiə edir, kiminsə təmiz və vicdanlı ziyalı olmasını öz əsassız mülahizələri əsasında isbatlamağa çalışır və s. oyunlar. Heç də əziyyət çəkməyinlər cənablar və xanımlar. “Görünən dağa bələdçi lazım deyil.” Heç arxivlərin də açılmasına ehtiyac duyulmur. Sadəcə diqqət mərkəzində olan vətəndaşın xarici səfərdə olması kfayət edir ki, bu şəxsin məcburən “KQB” agenti olması üçün bəs edir. Amma bu o demək deyildir ki, bu kateqoriyalı insanlara pis gözlə baxmaq lazımdır. Bu sadəcə zamanın tələbi idi ki, insanlarımız bu boyunduruğa girməli idi. Hesab edirik ki, nə belə adamların adlarını hallandırmaq, nə də onları günahlandırmaq düzgün iş deyildir. Əsas odur ki, erməni və ya düşmənə havadarlıq edənlərin agenti olmayasan.
İfadetv.com saytının araşdıma qrupu