Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.
İfadetv.com xəbər verir ki, hazırda bir sıra benzini idxal edən ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.
Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:
-Rusiyada 1,0 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,14 manat;
-Gürcüstanda 1,12 manat təşkil edir.
-Ermənistan 1 manat.
1 litr üçün dizel yanacağının qiyməti;
-Türkiyədə 1,44 manat;
-Rusiyada 1,12 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,21 manat;
-Ermənistanda 1,19 manat;
-Gürcüstanda 1,15 manat səviyyəsindədir;
-Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
-Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağı olsa da keyfiyyəti çox aşağıdır. Belə ki, müqayisə üçün xatırladaq ki, özümüzə məxsus TAYOTA RAV 4 markalı avtomobilin 60 litr tutumu olan yanacaq çənini A 92 bezinilə tam doldurub Bakıdan Trabzon istiqamətinə üz tutduğumuz zaman Azərbaycan bezini ilə 400 km, Gürcüstanda çəni doldurub hərəkət etdikdə 530 km, Türkiyədə isə həmin benzinlə 600 km qət etmək olur. Bu o anlama gəlir ki, qeyri-neft ölkəsi olan Gürcüstanda, Türkiyədə və Ermənistanda benzinin qiyməti cüzi baha olsa da, məhsulun faydalı iş əmsalı daha yüksəkdir. Yəni, Gürcüstandakı yanacaqdoldurma məntəqəsindən vurulan 100L benzinlə 1000 km getmək mümkünsə, Azərbaycanın 100 l benzinilə avtomobili cəmi 830 km sürmək mümkündür. Deməli, bizdə benzin bahadır, hörmətli cənablar!
Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.