“ƏSRİN MİLYARDLIQ TALANI” – 1-ci hissə
İk gün əvvəl mətbuatda "Aqrarkredit" BOKT-un 4 il bundan əvvəl yaratdığı 9 şirkət ləğv olunur” rəsmi məlumatı yayımlandı. Məlumata görə, bu şirkətlər "Bakı Ayaqqabı", "Azərtütün", "Mingəçevir İzolit", "Şəki Heyvandarlıq", "Şəki Kərpic İstehsalı", "Şəki İpək İstehsalı", "Şəki Ət və Süd Məhsulları", "Azərşüşətara" MMC-lər və “Azərpambıq” ASC-dir. Kreditorlar tələblərini 2 ay ərzində "Aqrarkredit"in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.
Görəsən nə baş verdi ki, "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) tezbazar bu müəssisələri 2021-ci ilin ilk iş günündə ləğv olunması barədə qərar qəbul etdi?
Bu istiqamətdə apardığımız son 5 ilin araşdırmalarından çox maraqlı nəticələr əldə etmişik. Gəldiyimiz nəticələri xronoloji ardıcıllıqla təqdim etmək istəyirik:
Əvvəlcə yada salaq ki, Azərbaycan Sənaye Korporasiyası (ASK) ASC 2017-ci ilin noyabrında, Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərini idarə etməkdən ötrü yaradılıb (https://president.az/articles/25744). Sağa-sola payladığı kreditlərin geri qayıtmaması 2015-ci ildə ABB ASC-nin çöküşü ilə nəticələnmişdi. “Problemli aktivlər” kimi tanınan borclar 2015-ci ilin iyulundan 2017-ci ilədək “Aqrarkredit”ə (Bank Olmayan Kredit Təşkilatı) ötürülmüşdü. “Aqrarkredit” QSC isə bu borclar üzrə tələb hüququna görə Mərkəzi Bankdan milyardlarla manat vəsait alıb, ABB-yə ödəyirdi. Nəhayət, 2017-ci ilin sonunda aktivləri idarə etmək məqsədilə prezident sərəncamı ilə ASK ASC yaradıldı.
Bəs bu illərdən dövlətə qalan nə oldu? ABB-dən miras qalmış aktivlərin idarə olunmasından nə qədər vəsait əldə edildi? Aktivlərin siyahısı hanı? Bu haqda cəmiyyətə məlumat verən yoxdur, nə “Aqrarkredit”, nə də hökumət danışır. Ortada yalnız “epizodik” informasiyalar dolaşır. ABB-yə rəhbərlik edən şəxslərin və kredit alan şirkətlərə başçılıq edənlərin məhkəmə proseslərinin gedişində bu şirkətlər və onlara məxsus əmlak barədə ötürülən epizodik informasiyalar…
“Təzadlar” qəzetinin 40 gün əvvəl, 26 noyabrda dərc etdiyi “Beynəlxalq Bankdakı yüz milyonluq saxta kredit tranşını kimlər açıb və hələ də idarə edir?” başlıqlı yazısı vaxitə Azərbaycan Beynəlxalq bankından formal olaraq kredit götürmüş və hal hazırda “Aqrarkredit” BOKT tərəfindən Bakı Apellyasiya Məhkəməsində “1.5 milyon manat kredit borcunun geri qaytarılması” tələbilə sıxma-boğmaya alınan Sarkayev Abdulla Əli oğlu tərəfindən faktlara əsasən verdiyi açıqlamlara diqqət çəkir. Dövlət başçısına ünvanan 23 noyabr 2020-ci il tarixli bu müraciətdən dərhal sonra Azərbaycan Respublikası Prezident İlham Əliyevin 04 dekabr 2020-ci il tarixli “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Fərmanın 2-ci hissəsinə əsasən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilməsi, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırsı,nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi qeyd edilmişdir.
3-cü hissəyə əsasən 3.2. bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.
Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılsı,
11-ci hissədə isə qeyd edilir ki, bu Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid edilsin.”
FƏRMANIN VERİLMƏSİ HANSI ZƏRURİYYƏTDƏN YARANDI və yaxud “Aqrarkredit” QSC-ə nələr baş verir?
Kreditor kimi məhkəmələrə cəlb edilən Abdulla Sarkayevin dövlət başçısına müraciətdə “Aqrarakredit” QSC və onu himayə edən yüksək səviyyəli dövlət məmurlarının dövlət mənafeyinin əleyhinə, öz şəxsi mənafelərinin təmin olunması üçün hansı sifarişlərinin icra olunmasından qısa da olsa bəhs edilir. Müraciətdə yazılır:
Əvvəlcə xatırladım ki, 2005-2015-ci ilə qədər isə “General Construction” MMC-yə rəhbərlik edən sabiq deputat Dünyamin Xəlilov 2005-ci ilin əvvəlindən Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyilə xarici ölkələrdə bir neçə layihənin həyata keçirilməsi barədə qərarna əsasən xaricdə şirkətlər yaradılmış və layihələrin fəaliyyətinə başlanılmışdır. Birləşmiş Ərəb Əmirliklərində, “United Textile” və “United Steel”, müvafiq olaraq iplik və poladəritmə fabrikləri , daha sonra Türkiyə Respublikasında “Bələk Golf” və Albaniya Respublikasında “Anika Enterprises” müvafiq olaraq golf klubu, yaşayış kompleksi və Neftayırma zavodu. 2015-ci ildədək nəzərdə tutulan bu layihələrin əksəriyyəti reallaşmışdır.Lakin çox təəssüflər olsun ki, belə bir möhtəşəm real layihələrin həyata keçirilməsini istəməyən və bundan qorxuya düşən yüksək ranqlı bəzi maliyyə məmurları ABB-da “maliyyə maxenasiyaları” barədə yuxarı orqan rəhbərlərinə yalan məlumatlar verərək sonda ABB rəhbərinin və D.Xəlilovun istintaqa cəlb edilməsinə nail olmuşlar. Və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 181900236 saylı cinayət işi üzrə icraata başlanılmış və mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla etibar edilmiş özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən mənimsəyib israf edərək Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə xeyli və külli miqdarda ziyan vurmuş, eləcə də vəzifəli şəxsləri sair şəxsi niyyətləri ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etməyə təhrik etməklə CM-nin 179.3.1, 179.3.2 və 32.4, 313-cü maddələri ilə ittiham edilərək həbs edilmişdir.
Diqqətinizə bu məsələ ilə bağlı xüsusi olaraq bir reallığı çatdırmaq istərdim: İstər istintaq, istərsə də məhkəmə prosesləri zamanı CM-nin əsas 179.3.1, 179.3.2 maddələri üzrə təqsirli bilinən Dünyamin Xəlilovdan tələb olunan maliyyə vəsaitləri ( yəni biz 60 nəfər kreditorun adına Beynəlxalq Bankdan alınmış və biznes layihələrə məsrəf olunmuş) barədə vermiş izahatlara və təqdim edilmiş rəsmi sənədlərə, istintaqla edilmiş əməkdaşlığa baxmayaraq qeyd edilən məbləğlər istintaq zamanı qəsdən guya C.Hacıyev və D.Xəlilov tərəfindən mənimsənilmiş olaraq göstərilmişdir. Əlahəzrət faktlar isə bu gün də yerindədir:
- Veksel və Cargill əməliyyatları hesabına xarici mənbələrdən əldə edilmiş pul vəsaitləri açılmış akkreditivlər hesabına Dubaya-Fujeyraya “United Textiles və United Steel layihələrinə, Albaniyada Anika Enterprises, Türkiyədə Bələk Golf və Moskvada yerləşən İnstroyteks layihələrinə xərclənmişdir. Adları çəkilən layihələr pulları vaxtında qaytarmadıqları üçün Azərbaycanın rezidenti olan hüquqi şəxslərin adından açılmış akkreditivlərdən xarici şirkətlərin və bankların xeyrinə ödənişlər edilmiş və ABB ASC-ə borcu yaranmışdır.
- Azərbaycanda və xaricdə həyata keçirilən layihələr ilə əlaqədar əldə olunan bütün məlumatların, sənədlərin, faktların təqdim edilməsinə baxmayaraq ibtidai və məhkəmə istintaqı axıra qədər aparılmayıb.
- 2010-cu ildə Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırma idarəsi tərəfindən aparılan istintaq zamanı xüsusi qrup yaradılmış və qrupun üzvləri bütün yerli və xarici layihələrə baxış keçirmiş, araşdırılmalar aparıldıqdan sonra mənimsəmə hallarına dair faktların olmadığı nəticəsinə gəlmişdir. O zaman 2005-2010-cu ilə qədər icra olunan layihələr niyə dayandırılmadı?
- Dünyamin Xəlilovun təqdim etdiyi sübutlara əsaslanaraq bir daha bildirmək istəyirəm ki, əgər istintaq orqanları və məhkəmə işə sifariş olmadan-ədalətli olaraq dövlət maraqlarından yanaşsaydı ABB ASC-ə yaranmış borclarını tam ödəmək üçün qeyd edilən təkcə bu 4 ölkədə həyata keçirilmiş iri layihələr üçün əldə edilmiş obyektləri bu günkü bazar qiymətindən aşağı satmaq kifayət edər ki, dövlətə dəymiş milyardla ölçülən ziyan tam ödənilsin. Əgər buna imkan verilərsə bu gün də gec deyil.
- Veksel və Cargill əməliyyatları hesabına xarici mənbələrdən əldə edilmiş pul vəsaitləri açılmış akkreditivlər hesabına Dubaya-Fujeyraya “United Textiles və United Steel layihələrinə, Albaniyada Anika Enterprises, Türkiyədə Bələk Golf və Moskvada yerləşən İnstroyteks layihələrinə xərclənmişdir. Adları çəkilən layihələr pulları vaxtında qaytarmadıqları üçün Azərbaycanın rezidenti olan hüquqi şəxslərin adından açılmış akkreditivlərdən xarici şirkətlərin və bankların xeyrinə ödənişlər edilmiş və ABB ASC-ə borcu yaranmışdır. Rusiyada, Türkiyədə, Albaniyada və BƏƏ-də hər birinin bu günki bazar dəyəri 100-500 milyon dollar olan daşınmaz əmlakların satılaraq ABB-nin kredit borcunu ödəməməyə nə maneçilik törədir?
- Ortaya çıxan təbii suallar: ABB-dən müxtəlif MMC-lər adına götürülmüş kreditlər hesabına Azərbaycanda və xaricdə həyata keçirilən layihələr ilə əlaqədar əldə edilmiş mülklərlə bağlı olan bütün məlumatların, sənədlərin, faktların təqdim edilməsinə baxmayaraq ibtidai və məhkəmə istintaqı zamanı ABB-yə dəymiş ziyanın ödənilməsinin qarşısı süni olaraq niyə alınmışdır?
Bu suala qismən cavab vermək olar: Məsələn, bu gün iş yoldaşım olmuş “Alfa Layn” MMC-nin rəhbəri olmuş Svetlana Əsədullayeva şirkətinin adına 2010-ci ildə ABB-dən götürdüyü 59 milyon manat kreditin sayəsində Türkiyə Respublikasında əldə edilmiş və bu gün bazar qiyməti 250-300 milyon manat olan “Bələk qolf” klubunun əmlakının ələ keçirilməsi üçün “Aqraqrkredit” QSC-nin əməkdaşının adına təzyiqlə baş etibarnamə alınmış, digər tərəfdən 2017-ci ildə kredit borcunun ödəniməsi tələbilə “Aqrarkredit” QSC tərəfindən“AlfaLayn”MMC-nin rəhbəri 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verilərək faizlə birlikdə 62 milyon manatın ödənilməsi tələb edilmişdir. Bu gün isə ödəmə qərar icraata yönəldilib. Amma nə baş verdi? S.Əsədullayevadan etibarnamə alanlar Türkiyəyə gedib dəyəri 300 milyon manat olan “Bələk qolf” klubunun əmlakını satmaq istədikdə onlara bu ölkədədki “partnyor”lar razılıq verməmişlər. Bildirmişlər ki, o vaxt bu əmlakın satılmasına razılıq verilə bilər ki, alqı-satqı zamanı əldə olunan pullar Beynəlxalq Bankın hesabına yönəlsin və bu işə görə günahsız həbs edilmişlər azadlığa çıxsınlar. Bakıdan gedənlər buna razılaşmamışlar. Xatırladaq ki, bu gün də sözügedən 4 xarici ölkədə fəaliyyət göstərən iri dəyərli əmlaklar ABB-nin balansındadır. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlqar Əhmədov bunula bağlı 2017-ci ildə məhkəmə prossi zamanı ABB-nı təmsil edən nümayəndəsi Akif adlı şəxsə sual verəndəki, bu 4 ölkədəki layihələr əsasında əldə edilmiş əmlaklar ( Neftayırma zavodu, “Bələk qqolf” klubu, trikotaj fabrikləri Yaşayış binaları. Mehmnxana və torpaq sahələri) indi də bankınızın balansındadırmı? Nümayəndə gözlənilməz suala cavab vermək istəməmişdir.
- Bütün yuxarıda qeyd etdiklərim onu sübut edir ki, C.Hacıyev və Dünyamin Xəlilov sifariş əsasında ağır cinayətlərdə ittiham edilərək cəzalandırılmışdır. Biz “kreditor”ların da üstünə məhkəmə vasitəsilə təzyiq edirlər ki, “aldığınız” milyonları “Aqrarkredit” QSC və ya ASK-ya qaytarın! Əslində isə iş üzrə dövlətə vurulmuş maddi ziyanın ödənilməsi üçün dövlət orqanları şərait yaradarsa məsələ elə bu gündə asanlıqla həllini tapmış olardı. Lakin iri maliyyə oliqarxlarının şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan qüvvələr istəmirlər ki, C.Hacıyev və D.Xəlilov verdiyi izahat və təqdim etdiyi sübutlar nəzərə alınsın. Nəzərə alınarsa, biz bədbəxtlərin hamımızın günahsızlığı sübuta yetirilmiş olardı. “ ( Abdulla Sarkayev 22.11.2020)
- Bəli, müraciətin ciddiliyi nəzərə alınaraq yuxarı dairələrdə müzakirəyə çıxaılmış və “Aqrqrkredit”QSC ilə Azərbaycan Sənaye Korporasiyası arasında bu günə qədər təhvil verilən cəmi 13 obyektin taleyi və iş prinsipləri yenidən gündəmə gəlmişdir. Dövlət başçısının imzaladığı 12 hissədən ibarət olan 4 dekabr Fərmanında bu məslələrə hərtərəfli aydınlıq gətirilməsi, dövlət komissiyasının yaradılması və ABB-dən “Aqrqrkredit”QSC-yə ötürülən bütün dövlət əmlaklarının bazar qiyməti hsablanaraq hamısının ASK-ya təhvil verilməsi və bu istiqamətdə aparılacaq maliyyə məslələri Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə həvalə edilmişdir.
"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş əmlakları idarə etmək üçün 2017-ci ildə yaratdığı 9 şirkət ləğv olunduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bunlar "Bakı Ayaqqabı", "Azərtütün", "Mingəçevir İzolit", "Şəki Heyvandarlıq", "Şəki Kərpic İstehsalı", "Şəki İpək İstehsalı", "Şəki Ət və Süd Məhsulları", "Azərşüşətara" MMC-lər və “Azərpambıq” ASC-dir. Kreditorlar tələblərini 2 ay ərzində "Aqrarkredit"in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.
Görəsən nə baş verdi ki, "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) tezbazar bu müəssisələri 2021-ci ilin ilk iş günündə ləğv olunması barədə qərar qəbul etdi?
- Əslində adları sadalanan 9 müəssisə “Aqrarkredit” QSC tərəfindən ASK-nın balansına ötürülmüş ən “dişə dəyən-yağlı” gəlirli firmalardan hesab olunurdu. Yalnız “şəki İpək İstehsalı” bu gün ASK-nın balansında “Azəripək” ASC kimi fəaliyyət göstərən cəmiyyətdən başqa qalan 8 müəssisə Azərbaycanda ən gəlirli biznes obyekti kimi fəaliyyət göstərmişdir. Bəs nə üçün belə bir gəlirli sahələr müflis olduqları üçün ləğv olundu? Xatırladaq ki, bizim bu müəssisələrin hər biri barədə kifayət qədər məlumatlarımız vardır ki, sözün düzü biz də “Aqrarkredit” QSC-nin bu gözlənilməz qərarından şoka düşmüşük. Lakin yaxın zamanlarda bu ləğvetmənin motivləri barədə oxucuları tam təfsilatıilə məlumatlandıracağıq.
- Hələlik xatırladaq ki, “Aqrarkredit” QSC-nin ABB-dən aldığı və borcların əvəzində əldə etdiyi əmlak 2017-ci ilin dekabrında, prezident fərmanı ilə (https://president.az/articles/26158) ASK-nın mülkiyyətinə ötürülüb. “Aqrarkredit”ə verilən tapşırığa görə, fərman imzalandıqdan sonra ABB-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə olunacaq, Azərbaycan ərazisində yerləşən və “Aqrarkredit”in balansına veriləcək əmlaklar da ASK ASC-nin mülkiyyətinə keçməli idi. Fərmanın əlavəsində hüquqi şəxslərin ASK-nın mülkiyyətinə verilən əmlaklarından da bəhs edilirdi. Lakin söhbətin hansı əmlaklardan getdiyi açıqlanmadı. ASK-nın nəzarətinə keçən şirkətlərin adı nə fərmanda, nə də ki başqa rəsmi dövlət informasiya resursunda göstərildi.
ASK özünün korporativ internet səhifəsində mülkiyyətindəki 51 şirkətdən cəmi 13-ü barədə məlumat verir (http://ask.gov.az/internal). Yerdə qalan şirkətlərin fəaliyyəti, yaxud idarəçiliyi haqda məlumat yoxdur.
3,8 milyard manat kreditin arxasındakı 673 milyon manat
Siyahıdan göründüyü kimi, burda “dişə dəyən yağlı” müəssisələr Gəncədəki alüminium zavodu, Şəki ipək kombinatı, “CTS-Aqro” pambıqçılıq kompleksi, “İnter Tobakko” tütünçülük şirkəti, “İnter Glass” şüşə zavodu, Mingəçivirdəki “İzolit” zavodu və Sumqayıtdakı “İntertextile” fabrikidir. Mənzil-tikinti kooperativləri (“Abidə” https://goo.gl/6Rmg3N, “Ümid”, “Ocaq”, “Oğuz” və s.) və inşaat şirkətləri (“General Construction”, “Aygün İnşaat” https://goo.gl/XD4JF6, “Qrin Hill” https://goo.gl/896gfe, “Mekon” https://goo.gl/nNDiH3, “Alfa Layn” https://goo.gl/d5qQUy, “Alfa Construction” MMC-lər) ABB-nin keçmiş rəhbərliyi tərəfindən yaradılıb. Onlara ayrılan kreditlər (milyonlarla manat) Azərbaycandan müxtəlif yollarla çıxarılış, ya da israf edilibmiş kimi sənədləşdilimişdir. Amma nə baş vermişdir?
Onu da xatırlatmaq yerinə düşərdi ki, 6 avqust 2020-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankından miras qalmış 3 milyard 854.3 milyon manat məbləğindəki problemli aktivlərin 2017-ci ilin dekabrında ASK-nın mülkiyyətində nə səbəbə əmlak bazar qiymətinin cəmi 673 milyon manat göstərilməsilə” bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Azərbaycan Sənaye korporasiyasının Müşahidə Şurasının sədri cənab Natiq Əmirova,surəti – Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə və “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri cənab Məmməd Musayevə göndərdiyimiz 14 sualdan ibarət rəsmi sorğumuza hələ də cavab verilməmişdir. Biz isə öz kanallarımızla bu sualların cavablarının əksəriyyətini əldə etmişik. - Bizi izləyn ki, 2015-2020-ci illər ərzində hansı variantlar tətbiq edilməklə mənimsənilməsi haqqında hazırladığımız “ƏSRİN MİLYARDLIQ TALANI” başlıqlı silsilə araşdırmalarımızla tanış olasınız.
- İFADETV.COM- un araşdırma qrupu