Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdurahmanov Anar Altay oğlu tərəfindən prezident cənab İlham Əliyevə və digər direktiv orqanlra, eləcə də, bir nüsxəsinin İfadetv.com portalına
“ Yasamal RPİ-nin müstəntiqi Firdövsi Nəsirovun 17.09.2019-cu il tarixli, HK/1-1558 nömrəli təhqiqat materialı üzrə verdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 may 2020-ci il tarixli əsassız və qanunsuz qərarınından və müstəntiqin qanunazidd hərəkətlərindən verdikləri şikayətdə qeyd edilənlər adamı düşündürməyə bilməz. Belə ki, sözügedən şikayətər üzrə 4 dostun 1 il əvvəl məşhur bir məhkum dələduzdan verdikləri şikayət 11 ay Yaamal RPİ-nin İstintaq Şöbəsində Bakı şəhər Prokurorluğunun nəzarəti altında cinayət işinin başlanması üçün ciddi araşdırıldıqdan sonra müstəntiq F.Nəsirov 3 cild üzrə toplanmış sübutları və Bakı şəhər Prokurorlarının yazılı təqdimatlarını zibil qutusuna ataraq arxa tarixlə "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərara qəbul etmişdir. İlk baxışda adama elə gəlir ki, yəqin müstəntiqin başına at təpib ki, hazırda barəsində 6 il 7 ay müddətinə azadlıqdan məhrumetmə hökmü elan olunan ictimai təhlükəli dələduzun həbsdən çıxmasına "yaşıl işıq yandırasan". Amma göründüyü kimi, bu qərarın verilməsində də "PUL ÇOX ŞEYİ HƏLL EDİR" fəlsəfəsi mühüm rol oynamışdır. Dövlət başçısına ünvanlanmış şikayətin ictimai və dövlət əhəmiyyətini nəzərə alaraq olduğu kimi oxuculara təqdim edirik:
" Çoxhörmətli cənab Prezident!
Son vaxtlar ölkəmizdə bütün dövlət strukturlarında həyata keçidiyiniz islahatlar xalqımız tərəfindən yüksək dəyərləndilimdir. Hamımız ümid ediridik ki, artıq hər bir azərbaycanlı qurduğumuz hüquqi dövlətdə hüquqlarımız pozulmadan yaşa bilərik. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, son bir ildə üzləşdiyimiz hadisələr və pozulmuş hüquqlarımızın bərpası üçün gecə-gündüz çalışsq da sonda 11 ay Yasamal RPİ-də biz 4 gəncin şikayəti üzrə aparılan istintaq işində müstəntiq,polis mayoru Firdövsi Nəsirovun qarşı tərəf olmuş dələduz məhkum Elvin Elyevin yaxınlarıilə 18 avqust 2020-ci ildə gizli sövdələşmələri nəticəsində maddi maraqları təmin edildikdən sonra arxa tarixlə 25 may 2020-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilmsi” barədə əsassız və qanunsuz qərarı biz gəncləri məyus etmişdir.
Əvvələ xatırladaq ki, biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış, “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlu bizə vədlər verməklə 32000 manat pulumuzu ələ keçirmişdir. Məsələ barəsində 12 sentyabr 2019-da verdiyimiz şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq Şöbəsində aparılan 3 aylıq İstintaq araşdırması zamanı təqdim etdiyimiz çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov Daxili İşlər naziri cənab V.Eyvazov məşhur dələduz E.Əliyevdən DİN-nə, Binəqədi və Yasama RPİ-nə edilən çoxsaylı şikayətləri nəzərərə alaraq ictimai təhlükəli, şərti məhkum dələduz barəsində verdiyi şəxsi göstəriş əsasında 27 dekabr 2019- cu il tarixində E. Əliyev barəsində AR CM-nin 178.2.2 və 178.2.4 maddəsi üzrə yenidən başlanmış 190090379 N-li cinayət işi icraata götürülmüş və həmin gün DİN-nə faksla bu sənəd göndərilmişdir. Lakin Yasaml rayon Prokurorluğu bu qərarı ləğv edərək, cinayət işinin başlanması üçün işin daha detallı araşdırılmasını tövsiyə etmişdir.
10 yanvar 2020-ci ildə Bakı şəhər Prokurorluğunda cənab Mehman Qocayev bizi prokuror Elçin Sultanovun və Pərviz Muradovun iştirakıilə qəbul etmiş, işlə tanış olub bu qənaətə gəlinmişdir ki, iş materiallarında olan hökmün surətndən məlum olur ki, şərti məhkum olunmuş qarşı tərəf olan E.Əliyev əvvəl cəzalandığı CM-nin 178.3.2 maddəsinə uyğun olaraq bu dəfə də biz 4 vətəndaşa qarşı eyni metod, eyni üsul və qaydadan istifadə etməklə dələduzluq əməli törətmişdir. Sonra M.Qocayev bu iş üzrə cinayət işinin başlanması üçün Yasamal Rayon Prokurorluğuna 4 xüsusatların dəqiqləşdirilməsi üçün yazılı təqdimatın hazırlanıb göndərilməsinə göstəriş vermişdir.
Bakı şəhər prokurorunun müavini cənab M.Qocayevin yazılı təqdimatında qeyd edilən xüsusatlar müstəntiq F.Nəsirov tərəfindən araşdırıldıqdan sonra 06 mart 2020-ci ildə toplanmış materialların öyrənilməsi və cinayət işinin başlanması məsləsinə baxılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilmişdir. Bu barədə Yasamal RPİ-nin İstintaq Şöbəsinin 15 aprel 2020-ci il tarixli cavab məktubu əlavə edilir.
Lakin iş verilmiş göstərişlər əsasında yenidən hazırlanaraq cinayət işinin başlanması üçün Bakı şəhər Prokurorluğuna təqdim edilsə də, indi də dələduz E.Əliyevdən izahat alınması və digər xüsusatların araşdırılması tələb olunaraq iş materialları aprelin 30-da Yasamal Prokurorluğuna geri qaytarılmışdır.
Bununla bağlı Bakı şəhər Prokurorluğunun DİO istintaq, təhqiqatın icrasına nəzarət idarəsinin rəisi cənab Elnur Cəfərovun Yasamal Rayon Prokuroruna ünvanladığı 30 aprel 2020-ci il tarixli Yasamal Prokuroruna göndərdiyi məktubunda bildirilir:
“ İsmayılov Xocalı, Abdurahmanov Anar, Həmidzadə Təhmasib və Müttəlimov Əvəz “Röyal Print” MMC-nin işçisi Əliyev Elvin tərəfindən aldadılaraq pullarının dələduzluq yoluilə ələ keçirilməsi barədə kollektiv şikayəti ərizələrinə əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material Bakı şəhər Prokurorluğunda öyrənilmişdir.
Müəyyən edilmişdir ki, 10.01.2020-də material zrə Bakı şəhər Prokurorluu tərəfindən yazılı göstəriş verilmiş, vətəndaşların şikayətləri nəzərə alınmaqla araşdırma aparılması İstintaq Şöbəsinin digər müstəntiqi F.Nəsirova həvalə edilmiş, yol verdiyi qanunpozuntuları və süründürməçilk halları ilə bağlı baş müstəntiq Abdulla əliyevə və İstintaq Şöbəsinin rəisi Həsrət Aslanov barəsində tərtib edilmiş təqdimat baxılması üçün AR DİN-nə göndərilmiş, bundan başqa barəsində şikayət verilmiş E.Əliyevin qanunsuz hərəkətləri barəsində Ədilyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinə məktub ünvanlanmışdır.
Material yenidən Bakı şəhər Prokurorluğuna tələb edilərək öyrənilərkən müəyyən edilmişdir ki, Bakı Şəhər Prokurorunun müavini M.Qocayev 10.01.2020- cil tarixli yazılı göstərişində qeyd edilənlər müstəntiq tərəfindən tam icra olunmamaışdır.
Belə ki, tərəflərin izahatlarında olan ziddiyətlərlə bağlı E.Əliyevdən izahat alınmamaış, E.Əliyev izahatında qeyd edildiyi kimi, ofis ləvazimatlarını Türkiyədən hansı yollarla, hansı rəsmiləşmələrlə, kimin adına sifariş olunmaqla gətirilməsi xüsusatları araşdırılmamış, iş materiallarına əlavə edilmiş disklərə və kağız formatda olan yazışmalara baxış keçirib protokol tərtib edilməmiş, disklərdə olan səs yazılarının kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-fonoskopik ekspertiza təyin edilməklərəy alınmamış, “Royal Print” MMC ilə “Azeri Dizayn firmasının Elvin Əliyevlə nə kimi bağlılığı olması aydınlaşdırılmamış, şikayətçilər tərəfindən pulların verildiyi sonuncu epizodun harda baş verməsi dəqiqləşdirlməmişdir. Elvin Əliyevin 2017-ci ilin yanvarın 1-dən hazırkı günə kimi Respublika ərazisini tərk edib etməməsi sorğu edilərək yoxlanılmamış, AR Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə yazılmış sorğuların cavabları alınaraq materiala əlavə edilməmişdir.
Odur ki, yuxarıda qeyd olunanların icra olunması və araşdırılmasının Yasamal RPİ-nin İstintaq Şöbəsində davam etdirilməsinin təşkil olunması üçün aidiyyatı üzrə birinci ünvana göndərilir. “ Qoşma 3 cilddə.
Bu arada Bakı şəhər Prokurorluğunun AR Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə yazılmış sorğuların nəticəsi olaraq Nəsimi rayon Prokurorunun 30 yanvar 2020-ci il tarixli təqdimatı əsasınd 7 fevral 2020-ci ildə Nəsimi rayon Məhkəməsində E.Əliyevin 7 sutka saxlanmasına dair qərar qəbul edilmişdir.Bundan sonra axtarışda olan Elvin Əliyev aprelin 7-də saxlanılmış və Nəsimi rayon Məhkəməsi tərəfindən 18 mayda dələduzun 3 illik şərti cəzasını 6 il 8 ay həbslə əvəz edilməsi barədə hökm elan etmişdir. Verilmiş apellyasiya şikayətinə də Bakı Apellyasiya məhkəməsində sədrlik edən hakim Vaqif Mursaqulov tərəfindən baxılmış və 18 iyun 2020-ci ildə hökmun qüvvədə qalması barədə ədalətli qərar qəbul edilmişdir.
Lakin təəssflər olsun ki, müstəntiq F.Nəsirov Bakı şəhər Prokurorluğunun cənab E.Cəfərovun imzaladığı 30 aprel 2020-ci il tarixli məktub və 3 cildlik materialı 15 may 2020-ci ildə qəbul etsə də, göstərilən xüsusatların heç birini araşdırmadan 25 may 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Hətta E.Əliyevin 07 apreldən hazırkı günədək 6 il 7 ay müddətinə eyni motiv, eyni cinayət işi üzrə həbs edilərək Bakı İstintaq Təcridxnasında saxlanılması faktını da qəsdən gizlətmişdir. Müstəntiq F.Nəsirovun arxa tarixlə saxtalaşdırdığı 25 may 2020-ci il tarixli qərarını əslində 18 avqustda imzalamışdır. ( Xəttişünaslıq ekspertizası bunu təsdiq edə bilər)
Bu arada, bizim şikayətimiz əsasında Baş Prokuror cənab Kamran Əliyev 2 ay əvvəl şikayətin araşdırılması üçün 10/100 saylı əmrinin 50.5-ci bəndlərinin tələblərinə əsasən qanuna müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə Bakı Şəhər Prokurorluğuna rəsmi göstəriş vermiş və dərhal da konkret olaraq Bakı şəhər Prokurorluğnun bizə və Yasamal rayon Prokuroruna ünvanlanan 14 iyul 2020-ci il tarixli məktubda qeyd edilir: “Vətəndaş Xocalı İsmayılovun hüquqlarının pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti baxılmsı və qanuni qərar qəbul edilməsi üçün Sizə göndərilir.
AR Baş Prokurorunun 10/100 nömrəli əmrinin 50.5-ci bəndinin tələblərinə əsasən müraciət müəllifinin qəbul edilməsi, göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə 04 avqust 2020-ci tarixədək Bakı şəhər Prokuroruna göndərməyinizi və müraciət müəllifinə məlumat verməyinizi xahiş edirəm.” ( hər iki sənəd əlavə edilir)
Çox təəssüflər olsun ki, bu günə kimi nə Baş Prokurorun 2 ay əvvəl imzaladığı 10/100 nömrəli əmrinin nədənsə havada qalmağı, Bakı şəhər Prokurorluğunun 14 iyul 2020-ci il tarixli məktublarına, nə də biz müraciət müəlliflərinə də xalaxətrin qalmasın cavab da yazmayırlar. Ona görə də mən bu rəsmi məktubu müstəntiqə avqustun 1-də votsapla göndərərk xahiş etdim ki, bizə köməklik etsin, hazırda dələduz həbsdədir. Avqustun 5-dək nəticə olmasa biz şikayət edəcəyik.” Amma müstəntiq F.Nəsirov telefonlarımıza cavab vermədi Və 10 avqustda şikayətlər etdik. Buna görə də müstəntiq 18 avqustda tələskənliklə 25 may tarixli əsassız qarar qəbul edərək bizə göndərdi. Qərar bizə 30 avqustda rəsmən çatmışdır.
Əsassız Qərarla bağlı bildiririk ki, müstəntiq iş materialında toplanmış 3 cildlik sənəddən yalnız biz 4 nəfərin yazdığımız izahatlar əsasında belə qanunsuz qərar qəbul etmiş, digər sənəd, səs yazıları, fotosənədlər və s. sübutların heç birini qəsdən nəzərə almamışdır.O son 8 ayda Elvin Əliyevdən izahat da almayıb. Dələduzun izahatını özündən uyduraraq yazmışdır. E.Əliyevlə biz 4 nəfərin üzləşməsini keçirməmiş, akt tərtib etməmişdir. Belə olan halda isə onun 25 may qərarı qanunvericiliyə görə tam qanunsuz sayılmalıdır.
Müstəntiqin belə əsassız qərar verməsinin motivi bundan ibarətdir ki, hazırda Bakı istintaq Təcridxanasında barəsində 6 il 7 aylıq hökmlə yenidən həbs edilərək saxlanılan E.Əliyevin Bakı Apellyasiya məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmündən verdiyi 18 avqust tarixli kassasiya şikayətini Ali məhkəmədə rüşvət hesabına təmin etdirsin. Belə ki, istər Nəsmi rayon Məhkəməsinnin 18 mayda, istərsə də Bakı Apellyasiya Məhkəməsində 18 iyun tarixli verdikləri hökmün qüvvədə saxlanmasına Yasamal RPİ-də yeni açılacaq cinayət işi maneçilik törədirdi. Və bunun aradan qaldırılması üçün dələduz tərəf müstəntiqlə gizli sövdələşməsi nəticəsində 25 may tarixli əsassız qərar əldə etmişlər.
Müstəntiq yalnız bir əsas məsələni arqument kimi qeyd edərək onun əsaslandıraraq belə qanusuz qərar verir: Guya biz 4 nəfər E.Əliyevlə birgə biznes quraraq qazac əldə etmişik. Guya bizim pulumuzun aldadılaraq ələ keçirilməsi baş verməmişdir. Və s. əsassız uydurmalar. Əslində bu qərarın 4-cü səhifəsində Təhmasib Həmidzadə verdiyi izahatında çox gözəl əsaslandırır və sübut edir ki, E.Əliyev iş görmək adı altında guya Türkiyədən (İstanbuldan) iriməbləğlı sifarişlər üçün biz 4 nəfərdən ayrı-ayrılıqda aldığı pulların bir qismini guya işin görülməsinin nəticəsində qazanc kimi bir birimizə yenidən göndərməklə, bizdə elə təsəvvür yaratmışdır ki, guya həqiqətən qazanclı iş prosesi davam edir. Əslində isə o birimizdən aldığı pulun yarsını özünə götürdükdən sonra pulun qalanını digər yoldaşımıza göndərməklə belə bir oyun mexanizmi quraraq oyununbazlıq etmiş, şübhələr yarandığı halda isə guya sifarişlərin ləngidiyi bəhanəsilə pullarını mənimsədiyi adamlardan aralanırdı və s. T.Həmidzadə 25 may 2020 tarixli qərarın 4-cü səhifəsində yazılan izahataında qeyd edir:
“...19.08.2020-ci ildə Faiq adlı yaxın dostundan 3000 manat pul borc alaraq təxminən saat 15 radələrində “Nizami” metrostansiyası yaxınlığında Elvinə vermişdir. Sonuncu isə həmin puldan 2100 manatı metronun qarşısındakı “Milli Ön” elektron ödəmə aparatından Xocalının kart hesabına göndərmişdir. Yəni. Elvin ondan işə yatırmaq adı ilə götürdüyü həmin pulun qeyd etdiyi hissəsini elə onun yanında Xocalının iş üçün verdiyi pulun qazancı kimi ödənilməsinə yönəltmişdir. O. Buna öz iradını bildirdikdə, Elvin demişdir ki, nə olsun ki, onun işinin nəticəsi bir həftədən sonra gözlənilir. Və sabah da Xocalının iş üçün yatırdığı puldan onun işinə yönəldəcəkdir.” Bax bu izahatdan da aydın görünür ki, E.Əliyev biz 4 nəfərdən Türkiyədə, İstanbuldan sifariş adı altında qəbul etdiyi iri məbləğli pulların bir hissəsini bir birimizə az qismini verərək iş görüntüsü yaradaqraq pullarımızı mənimsəmişdir. Çünki E.Əliyev 2018-ci iln martın 3-də bizi kimi 3 nəfəri də bu metodla aldadaraq 300000 ABŞ dolarını ələ keçirdiyinə görə bir gün sonra 4 martda məhkəmə qərarı əsasında barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmiş, 11 dekabr 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin CM-nin 178.3.2 maddəsi üzrə təqsirli bilinərək hökm elan edilmiş və verdiyi (özünün etiraf etdiyi kimi) rüşvət hesabına 3 il şərti cəza ilə azadlığa çıxmışdir. Yəni bu məhkum edilən adamın xaricə səfəri mümkün olmadığını müstəntiq də yaxşı bilsə də, o dələduzun vəkili qismində çıxış edərək ictimai təhlükəli dələduzun xeyrinə əsassız qərar qəbul etmişdir.
Beləliklə, müstəntiqin CPM-nin 39.1.2,85, 207.5.2, və 212-ci maddələrinə formal və qanusuz əsaslanaraq 25 may 2020-ci il tarixli əsassız qərar qəbul etmişdir. Halbuki,Baş Prokurorun, Bakı şəhər prokuroru müavinin və idarə rəisinin yazılı əmr və təqdimatlarına əhəmiyyət verməmiş. Işi tam, hərtərəfli, obyektiv və operativ araşdırmamış, əsas dəlilləri qəsdən itirmişdir.
Çoxhörmətli Prezident İlham Əliyev!
Maddi maraqlarının təmin edilməsi naminə Baş Prrokurorun əmrinə və Bakı şəhər Prokurorunun müavinin, idarə rəisinin yazılı təqdimatlarına əhəmiyyət vermədən cəmiyyət üçün böyük ictimai təhlükə törədən məhkum dələduz Elvin Əliyevin yenidən rüşvət hesabına azadlığa çıxmasına qəbul etdiyi qanunsuz 25 may 2020-ci il tarixli qanunsuz qərarı əsasında şərait yaradan, Daxili İşlər Nazirliyinin nüfuzuna xələl gətirən Yasamal RPİ-nin İŞ-nin müstəntiqi barəsində tədbir görülməsi üçün nazir cənab Vilayət Eyvzova göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Baş Prokuror cənab Kamran Əliyev!
Bizim dələduzluğa məruz qalmağımızla bağlı Yasamal RPİ-də istintaq edilən cinayət işi üzrə Baş Prokurorun 10/100 nömrəli, 30 iyun 2020-ci il tarixli, əmrini və Bakı şəhər Prokurorunun idarə rəisi cənab Elnur Cəfərovun 30 aprel 2020-ci il tarixli yazılı təqdimatında qeyd edilən xüsusatları araşdırmadan arxa tarixlə 25 may 2020-ci il tarixli əsassız qərarının ləğv edilməsinə, işin araşdırılmasını Yasamal Rayon prokurorluğuna həvalə edilməsinə və müstəntiq F.Nəsirovun törətdiyi qanunazidd əməllərin araşdırılaraq hüquqi qiymət verilməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Bakı şəhər Prokuroru cənab İlqar Abbasov, Sizdən xahiş edirik ki, bizim şikayətimiz əsasında 10 yanvar 2020-ci il tarixli Bakı şəhər Prokurrunun müavini cənab M.Qocayevin və 30 aprel 2020-ci il tarixli Bakı şəhər Prokurorluğunun İdarə rəisi cənab Elnur Cəfərovun Yasamal Prokurorluğuna ünvanladığı yazılı təqdimatda göstərilən xüsusatları araşdırılmasını Bakı Baş Polis İdarəsindəki daha savadlı, nəfsitəmiz və vicdanlı müstəntiqlərdən birinə həvalə edilməsini və 11 ay davam edən məhkum dələduz Elvin Əliyevin törətdiyi qanunazidd əməllərə nəhayət hüquqi qiymət verilməsi barədə göstəriş verəsiniz.
Yasamal Rayon Prokuroru cənab Elman Süleymanov!
Sizdən xahiş edirik ki, Yasamal RPİ-də istintaq edilən cinayət işi üzrə Baş Prokurorun 10/100 nömrəli, 30 iyun 2020-ci il tarixli, əmrini və Bakı şəhər Prokurorunun idarə rəisi cənab Elnur Cəfərovun 30 aprel 2020-ci il tarixli yazılı təqdimatında qeyd edilən xüsusatları araşdırmadan arxa tarixlə 25 may 2020-ci il tarixli əsassız qərarını ləğv edib işin yenidən araşdırılmasını prokurorluğa həvalə edəsiniz.
Qoşma: sənədlər 20 vərəqdə
Zərərçəkmişlər: Xocalı İsmayılov,Təhmasib Həmidzadə, Anar Abdurahmanov
P.S. Bu şikayətdən də göründüyü kimi, bəzi Azərbaycan hüquq-mühafizə orqanlarında baş verən belə rüsvayçı hallara bir ad vermək olar- DÖVLƏTƏ VƏ MİLLƏTƏ XƏYANƏT.