- Xatırladaq ki, “Aqrarkredit” QSC-nin 2015-ci ildə ABB-dən aldığı və borcların əvəzində əldə etdiyi əmlak 2017-ci ilin dekabrında, prezident fərmanı ilə (https://president.az/articles/26158) ASK-nın mülkiyyətinə ötürülüb. “Aqrarkredit”ə verilən tapşırığa görə, fərman imzalandıqdan sonra ABB-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə olunacaq, Azərbaycan ərazisində yerləşən və “Aqrarkredit”in balansına veriləcək əmlaklar da ASK ASC-nin mülkiyyətinə keçməli idi. Fərmanın əlavəsində hüquqi şəxslərin ASK-nın mülkiyyətinə verilən əmlaklarından da bəhs edilirdi. Lakin söhbətin hansı əmlaklardan getdiyi açıqlanmadı. ASK-nın nəzarətinə keçən şirkətlərin adı nə fərmanda, nə də ki başqa rəsmi dövlət informasiya resursunda göstərildi.
- 2017-ci ildə yaradılmış Azərbaycan Sənayə Korporasiyası -ASK özünün korporativ internet səhifəsində mülkiyyətindəki 51 şirkətdən cəmi 13-ü barədə məlumat verir (http://ask.gov.az/internal). Yerdə qalan şirkətlərin fəaliyyəti, yaxud idarəçiliyi haqda məlumat naməlum səbəblərdən gizli saxlanılır.
Yəni, vaxtilə Azərbaycan Beynəlxalq Bankından (ABB) xarici və daxili şirkətlərin yaradılması və fəaliyyəti üçün götürülümüş 3,8 milyard manat kreditin arxasındakı 673 milyon manat dəyəri qiymətləndirilən əmlaklardan bəhs edilir.
Siyahıdan göründüyü kimi, burda “dişə dəyən yağlı” müəssisələr Gəncədəki alüminium zavodu( teni adı “Azəralminium”MMC), Şəki ipək kombinatı ( “Azəripəı”MMC), “CTS-Aqro”( “Azərpambıq” ASK) pambıqçılıq kompleksi, “İnter Tobakko” (“Azərtütütn” ASK ) tütünçülük şirkəti, “İnter Glass” şüşə zavodu ( “ASK Şüşə” MMC) , Mingəçivirdəki “İzolit” zavodu (“ASK İzolit”), “Şəki kərpic” ( “ASK Şəki kərpic” zavodu) “Şəki heyvandarlıq” ( “ASK Aqro”) BOKT ( “ASK Ayaqqabı fabriki”) və Sumqayıtdakı “İntertextile” fabrikidir( “ASK tekstil” MMC). Mənzil-tikinti kooperativləri (“Abidə” https://goo.gl/6Rmg3N, “Ümid”, “Ocaq”, “Oğuz” və s.) və inşaat şirkətləri (“General Construction”, “Aygün İnşaat” https://goo.gl/XD4JF6, “Qrin Hill” https://goo.gl/896gfe, “Mekon” https://goo.gl/nNDiH3, “Alfa Layn” https://goo.gl/d5qQUy, “Alfa Construction” MMC-lər) ABB-nin keçmiş rəhbərliyi tərəfindən yaradılıb. Onlara ayrılan kreditlər (milyonlarla manat) Azərbaycandan müxtəlif yollarla çıxarılmış, ya da israf edilibmiş kimi “sənədləşdilimişdir”.
ASK-ləğv olunan 9 şirkətlər barəsində rəsmi məlumatında qeyd edilir:
1. “AZƏRALMİNİUM” MMC
“Azəralüminium” MMC
“Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. “Azəralüminium” MMC-nin “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir. Kompleksin ümumi işçi sayı 1081 nəfərdən ibarətdir.
Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 52 000 ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir.
Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir.
“Azəralüminium” MMC tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal olunan məhsullar Avropa Birliyi standartlarının bütün tələblərinə cavab verir.
2. “ASK İzolit” MMC
Azərbaycan Respublikası Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılmışdır. Elektroizolyasiya materiallarının istehsalçısı olan bu müəssisənin məhsullarından iqtisadiyyatın bir çox sahələrində geniş istifadə olunur.
Hazırda müəssisədə diametri 16 mm-dən 630 mm-dək olan polimer borular, 700 mm-dən 2000 mm-dək diametrli şüşə-plastik borular, 4mm - 32mm diametrdə və istənilən uzunluqda kompozit polimer armaturlar buraxılır. Zavodun istehsal xətlərində ayda 2,5-2,7 milyon manatlıq məhsul istehsal oluna bilər.
3. “ASK Şəki Kərpic” zavodu
“ASK Şəki Kərpic” zavodunun istehsal gücü ildə 30 milyon ədəd kərpic təşkil edir. Hazırda zavodda 10 növ kərpic istehsal olunur. Zavodun xammal təminatı “Şəki Kərpic” zavodu və Şəki rayonu Daşüz Bələdiyyəsi arasında bağlanılmış icarə müqaviləsinə əsasən icarəyə götürülmüş 10 ha torpaq sahəsində yerləşən gil yatağından təmin olunur. Zavodda 76 nəfər işçi çalışır. İstehsal olunan məhsullar üçün Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Uyğunluq Sertifikatı alınmışdır.
4. “ASK Aqro” MMC
“ASK Aqro” MMC Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərir. Südçülük-maldarlıq üzrə damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutur. Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır. Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6000 ton tutumu olan anbar mövcuddur.
5.“Azərpambıq ASK” MMC
“Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.
Bərdə rayonunda da 2 min hektar ərazidə yeni təcrübə-sınaq təsərrüfatının yaradılması nəzərdə tutulub. Cəmiyyət 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparmış və bu günə qədər 49,3 min ton xam pambıq tədarük etmişdir. 2019-cu il üçün 29 min ha sahədə pambıq əkini nəzərdə tutulmuşdur. Tədarük olunacaq xam pambığın həcmi 72 min 500 ton nəzərdə tutulmuşdur. Məhsuldarlığın isə hektardan 25 sentner olacağı gözlənilir. Emala 72 min 500 ton xam pambıq veriləcək və ondan 27 min 550 ton mahlıc, 35 min 525 ton çiyid, 1449 ton köməkçi məhsullar, 490 ton pambıq yağı, 5 min 390 ton çiyid cecəsi istehsal olunacaqdır.
6.“Azərtütün ASK” MMC
“Azərtütün ASK” MMC Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülmüş və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.
“Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd Tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir Tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilkdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri vardır, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir.
7. “Azəripək” MMC
“Azəripək” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipəyi açan istehsalatın 1 növbəli iş rejimində illik istehsal gücü 500 ton olan yaş barama emalı, toxucu istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü 50 min p/m olan ipək parça, 40 min p/m olan pambıq parça istehsalı, boyaq-bəzək istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü əl üsulu ilə 10 min ədəd olan kəlağayı və 5 min ədəd olan şərf təşkil edir.
Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya Federasiyası, Türkiyə və İran İslam Respublikasına ixrac olunur.
2019-cu ilin iyun ayından başlayaraq müəssisədə 800 ton yaş barama qəbulu nəzərdə tutulub. Həmin baramadan 80-82 ton xam ipəyin istehsalı planlaşdırılır.
8.“ASK Şüşə” MMC
“ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilib. Müəssisə 22 ha ərazidə yerləşir və İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunub. Müəssisənin illik istehsal potensialı 70-75 milyon ədəd şüşə qab təşkil etməkdədir.
Ümumilikdə “ASK Şüşə” MMC-də istehsal prosesinə 320 nəfərdən çox yerli və xarici mütəxəssis cəlb edilib. Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya və anbardan ibarətdir. İstehsalat prosesinə aid bütün mərhələlər nəzarət altındadır, xammal və hazır məhsulun keyfiyyəti fasiləsiz olaraq yoxlanılır.
Müəssisə regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir.
9.“ASK Ayaqqabı Fabriki” MMC
“ASK Ayaqqabı Fabriki” MMC -nin ümumi sahəsi - 27079 m2, istehsal sahəsi - 7914.9 m2, anbar sahəsi - 3000 m2 və ofis sahəsi - 609.5 m2 təşkil edir. Cəmiyyətin 4 istehsal sexi, elektro-mexaniki sexi və labaratoriyası var. 1 №-li sex - ayaqqabıların üzlük hissələrinin yığılması, pəstahların formalaşdırılması, 2 №-li sex - ayaqqabı altlıqlarının injeksiya üsulu ilə tökülməsi, 3 №-li sex - ayaqqabıların üzlük, içlik hissələrinin kəsilməsi və altlıq hissələrinin hazırlanması, 4 №-li sex - zabit heyəti üçün yay və qış çəkmələri, kişi və qadın üçün gündəlik ayaqqabılar, o cümlədən idman ayaqqabılarının istehsalı ilə məşğuldur.
Laboratoriyada isə daxil olan materialların və istehsal edilən ayaqqabıların test və sınaqları aparılır, onların keyfiyyət və davamlılıq göstəriciləri yoxlanılır.
“ASK Ayaqqabı Fabriki” MMC Azərbaycan Respublikasının Güc Nazirlikləri üçün ( AR Müdafiə Nazirliyi, AR DİN-nin Daxili Qoşunları, AR DİN-in Təchizat İdarəsi, AR Dövlət Sərhəd Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti - Milli Qvardiya) təbii dəridən uzunboğaz əsgər və dənizçi botları, zabit heyəti və qadın hərbi qulluqçuları üçün yay və qış çəkmələri, kazarma və hospital başmaqları, o cümlədən istehsalatda, tikintidə, limanda, dəmir yollarında çalışan fəhlələr üçün xüsusi ayaqqabılar, həmçinin kişi və qadınlar üçün müxtəlif çeşiddə ayaqqabılar, idman ayaqqabıları istehsal etmişdir
Müəssisədə bir növbəli iş rejimi şəraitində gündəlik ayaqqabı istehsalı 520-550 cüt təşkil edir.
ASK-nın rəsmi təqdimatından da göründüyü kimi, dünya standartlarına cavab verən bu müəssisələrin istehsal etdikləri məhsulların konkret bazarları olduğu halda niyə “Aqrqrkredit” QSC bunların ləğv olunması barədə əsassız qərar qəbul etməli, ilin-günün bu vaxtında minlərlə insan iş yerindən məhrum edilməli, dövlətin iqtisdi dayaqları çökməli, bu müəssisələrin yaranması üçün ABB-dən götürülmüş kreditlər hisə hissə qaytarılmamamlıdır? Biz hər bir ləğv olunmuş yuxarıda adları qeyd edilmiş şirkətlərin real fəaliyyətləri barəsində yetərincə məlumatlıyıq. Amma inandırıcı deyil ki, ölkənin ən nüfuzlu şirkətləri heç bir açıqlama verilmədən fəaliyyətlərini dayandırsınlar. Bu şirkətlərdən yalnız biri özünü uzun müddətdir ki, doğrultmur, ziyanla işlyirdi ki, bu da “Azəripək” MMC-dir. Məlumat üçün bildirək ki, 2020-ci ilin iyun-iyul aylarında “Azəripək” MMC-nin sexlərindəki bütün əlvan metaldan ibarət iritutumlu çənləri,digər nerj avadanlıqların hamısı sökülüb naməlum istiqamətə aparılmışdır və çox güman ki. bu əlvan materialdan hazırlanmış tonlarla kütləsi olan avadanlıqlar qara bazarda yüksək qiymətə satılmışdır. Bir sözlə, nəticəyə gəlmək olar ki, “Azəripək” MMC-nin inkişaf etdirilməsi deyil, gələcəkdə məhz ləğv edilməsi planının olmasına rəğmən rəhbərlik tərəfindən talana start verilmişdir. Çox təəssüflər olsun ki, 100 ildən artıq yaşı olan bu müəssisə artıq tarixin arxivinə gömülməkdədir.
Həmin ləğv edilən şirkətlər görəsən son 5 ildə necə işləyib, kimə işləyib – bilən yoxdur. Onların dövlətin büdcəsinə pul qoyduqlarını düşünmək sadəlövhlük olar. 2018-I ildə də guya ki, qanuni yolla dövlətsizləşdirdlər. Amma proseslər qeyri-şəffaf aparıldı, alanların kimliyi, satış qiyməti açıqlanmadı. Əslində, açıqlanması mümkün də deyil, çünki nizamnamə kapitalı milyonlar təşkil edən bu müəssisələri bizdə leqal şəkildə alacaq, bəzi iri şirkətlər istisna olmaqla, rəsmi milyonçu yoxdur. “Su qiymətinə” bu müəssisələri ələ keçirən fiziki şəxslərin hamısı demək olar ki, yüksək ranqlı dövlət məmurunu olması isə heç kimə sirr deyil. Çünki, Azərbaycanda hazırda ən bərk gedən obyektlərinin altında məhz belə dövlət məmurları çıxır ki, onların da aylıq maaşları 1500 manatdan yuxarı deyil. Bu səbəbdən də alqı-satqılar gizli aparılır. Qazanan isə “Arqrakredit”QSC və ASK rəhbərləri və alıcı fiziki şəxs olur. Uduzan isə təbii ki, problemli aktivin sahibi olan dövlət olur. Sanki, Kərbalayi İsmayıl demişkən ortalıqda “kolxoz kolxoz” oyunu gedir. (Ona görə də kənardan birini gətirib alıcı sifətində şirkətlərin başında oturtmaq daha məqsədəuyğundu )
2017-ci ilin oktyabrında “Vergilər” qəzetinin xüsusi buraxılışında gedən elana görə, bir ünvanda 7 şirkət qeydiyyata alınıb. “Şəki Ət və Süd Məhsulları” MMC (nizamnamə kapitalı 9,028 mln. manat, qanuni təmsilçisi Asif Məhəmmədov, Müşahidə Şurasının (MŞ) üzvləri Orxan Mədətli, Sənan Piriyev, Vüqar Yaqubov), “Şəki Kərpic İstehsalı” MMC (nizamnamə kapitalı 21 mln. 577,5 min manat, qanuni təmsilçisi Tahir Alıyev, MŞ üzvləri Vüqar İbrahimli, Fəxrəddin Gəncəmalıyev, Ağamir Babayev), “Şəki Heyvandarlıq” MMC (nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi Elşən Ağalarov, MŞ üzvləri Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanov), “Mingəçevir İzolit” MMC (nizamnamə kapitalı 14,855 mln. manat, qanuni təmsilçisi İsmayıl Məmmədov, MŞ üzvləri Hidayət Sultanov, Rəşid Məmmədov, Ağababa Muradov), “Azərtütün” MMC (nizamnamə kapitalı 30 mln. 111,978 min manat, qanuni təmsilçisi Fazil Rüstəmov, MŞ üzvləri Nəcbəddin Sofiyev, Hidayət Sultanov, Məhəmmədəli Əfəndiyev), “Şəki İpək İstehsalı” MMC (nizamnamə kapitalı 37,550 mln. manat, qanuni təmsilçisi Nizami Qəribov, MŞ üzvləri Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov), “Azərpambıq” MMC (nizamnamə kapitalı 82 mln. 343,854 min manat, qanuni təmsilçisi Tural Eyvazov, MŞ üzvləri Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev, Zakir Əzimov) eyni gündə – iyulun 17-də dövlət qeydiyyatından keçib. Hüquqi ünvanları da birdir: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033.Yəni, əvvəlki “Qlobus Plaza” və yaxud indiki “ASK Plaza”nın yerləşdiyi 2 korpuslu inzibati bina.
Göstərilən ünvan əvvəl“Qlobus Plaza” biznes-mərkəzinin idi və burada qeydiyyata düşən müəssisələrin nizamnamə kapitalı üst-üstə 200 milyon manatdır.
Bu biznes mərkəzin satışa çıxarıldığı və türkiyəli iş adamına satıldığı barədə məlumatlar dərc edilib. Arayış üçün qeyd edək ki, 2015-2016-ci illər ərzində yaradılmış daxili komissiya tərəfindən “Qlobus Plaza” nın ilkin qiymətləndirilməsi zamanı 65 milyon manat məsrəf olunduğu bildirilsə də “Aqrarkredit” QSC rəhbərliyi bu məbləğlə razılaşmamış və yenidən qiymətləndirlmənin aparılmasına göstəriş verilmişdir.Və təbii ki, guya bu biznes mərkəzin tikintisində istifadə olunmuş tikinti materiallarının qiymətinin aşağı olması nəzrə alınmaqla obyektin ümumi dəyəri qiyməti xeyli aşağı salınmış və ASK-nın təkidilə 35 milyon manat qiymətləndirilmişdir. Doğrudur, “Aqrarkredit” QSC rəhbərliyinin obyektin ASK” ilə ortaq qiymətləndilməsi zamanı son söz sahibi ASK” ASC olmuşdur. Məlumata görə ASK” ASC president tərəfindən yaradıldığın görə rəhbərlik özünü daha üstün statusa malik kimi göstərirlər. Ona görə də əllərində olan 51 problemli aktivlər üzərində daha çox öz maraqlarını təmin etmək üstündə bir birilərilə gizli və açıq mübarizə aparırlar. Digər məlumata əsasən ASK Plazanın hər iki korpusu real bzar dəyərindən 4 dəfə ucuz olmaqla 18 milyon manata Türk iş adamına satıldığı bildilir. Bu yerdə müqayisə üçün qeyd edək ki, elə ASK Plazanın hər iki korpusunun yerləşdiyi torpaq sahəsinin 2 ha-a yaxın ərazidə yerləşdiyini nəzərə alsaq və paytaxtın mərkəzində hər sot torpaq sahəsinin bazar dəyərinin ən azı 100000 manat olduğunu nəzərə alsaq yəqin ki, obyekt onun altındakı torpağın bazar qiymətinə satıldığı ortalığa çıxır. Müqayisə üçün qeyd edək ki, son illərdə 1 ha ərazisi olmayan Axundov adına Mərkəzi kitabxananın cari təmiri üçün dövlət büdcəsindən 11 milyon manat pul ayrılmışdır. Və yaxud 1 orta məktəbin tikilib istifadə olunması üçün smeta dəyəri 10 milyon manat hesablanır. O zaman 2 mərtəbə şaxtadan, 6 əsas mərtəbəli iki korpusdan ibarət nəhəng biznes mərkəzinin “Su qiymətinə” dəyərləndilməsi və dolayısı ilə öz adamlarına satılması kimi maliyyə maxenasiyaları nəticəsində milyonlar əldə edilmişdir.
Bu misalın timsalında qeyd etmək olar ki, “ASK” ASC və “Aqrarkredit” QSC ABB-dən ona ötürülümüş yerdə qalan 51 müəssiənin də qiymətləndilməsində rəqəmlərin “şişirdilməsindən” deyil, “kiçildilməsi” əməliyyatlarını yerinə yetirmişdir. Və nəticədə bütün obyektlərin nizamnamə kapitallarının miqdarını qəsdən az göstərmişlər. Məsələn, Zaqtala rayonunda fəaliyyət göstərən “İntertobako” MMC-nin yaradılması və zavodun işə başlaması üçün ABB-dən 100 milyona yaxın kredit götürülərək istifadə edilsə də, bu gün bu müəsssənin yenidən “Azərtütün” MMC- kimi fəaliyyət göstərməsi zamanı, onun Nizamnamə kapitalının cəmi 30 milyon manat göstərilməsi, əslində həmin müəssisəsnin real bazar dəyərinin 3 dəfə azaldılması anlamına gəlir. Eləcə də 37 milyon manat Nizamnamə kapitalına malik “Azəripək” MMC, 87 milyon manat dəyərləndilən “Azərpambıq” MMC, Qısası bu müəssisələrin ləğv olunmasının əsas səbəbi kimi vaxtilə həmin müəssislərin qurulması və ya yenidən təşkil edilməsi üçün ABB-dən götürülümüş milyonlarla manat kredit borclarının müəssisələri fəaliyyəti zamanı ödəyə bilməməsi göstərilir. Digər missal, Sərxan Rəsulovun direktoru olduğu və Zaqatala şəhərində yerləşən “Olimpik” MMC balıqçılıq təsərrüfatı bir hüquqi şəxs olaraq dəyərindən dəflərlə aşağı qiymətə fiziki şəxsə satılmışdır. Lakin bum mc-nin təşkili üçün ABB-dən götürlümüş kreditin əvəzinə notarial qaydada təşkil olunan alqı-satqı zamanı əldə edilən vəsaitdən 1 manat da olsa kreditin ödənilməsinə yönəldilməmişdir. Yəni açıq-aşkar maliyyə maxenasiyası vasitəsilə sənəddə az miqdarda göstərilən və əldə edilən pullar mənimsənilmişdir. Hazırda həmin müəssisə son iki ildir ki, gəlirlə işləməyə başlamışdır. Eləcə də digər kreditorların adına sənədləşdirilmiş müəssisələr hüquqi şəxs olaraq fiziki şəxslərə “Aqrarkrdit” QSC tərəfindən sənədləşmə zaçamanı dəyəri aşağı göstərilməklə alqı-satqısı həyata keçirilir, lakin bu müəssisəyə görə vaxtıilə götürülümüş kreditlərin heç olmasa bir hissəsinin ödənilməsinə yönəldilmir. Digər tərəfdən istər Zaqatala , istərsə də Şəki şəhərində MTKlar tərəindən ABB-dən götürülümüş kreditlər hesabına inşa edilmiş 9 və 7 mərtəbəli yaşayış binalarının real dəyəri və tikinti zamanı görülən işlər ASK tərəfindən qat qat az dəyərləndirilməklə sənədləşdilir. Sonradan isə bütün belə əmlaklar “AqrarkreditQCS və ASK ASC rəhbərlərinə yaxın olan şəxslər tərəfindən fiziki şəxs olaraq çox ucuz qiymətə əldə edilir. Bir sözlə, vaxtilə dövlətin büdcəsi hesabına yaradılmış aktivlər maraqlı şəxslər tərəfindən ələ keçirilir. Nəticədə ABB-yə ödənilməli olan kredit borcları demək olar ki, dəyişməz qalır. Yəni, yerində sayır.
Bir daha xatırladak ki, “QLOBUS Plaza” Biznes-mərkəzi satıldığına görə, o ünvanda yaradılan müəssisələrin sahibi də həmin mərkəzi alan biri olmalıdır. Yəni, adıçəkilən müəssisələr dövlətin balansından çoxdan çıxarılıb. C.Hacıyevin qurduğu müəssisələrin adları dəyişdirilərək qeydiyyatdan keçirilib və ya həmin şirkətlərin əmlakları bir şəkildə onların balansına ötürülüb.Tender barədə söylənənlər isə proseslərin qanun çərçivəsində getdiyinə xalqı inandırmaq məqsədi güdmüşdür.
Ardı var.
P.S. Araşdırma yazısında adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq
İfadetv.com-un araşdırma qrupu