"Bakı-2019": Azərbaycan daha iki qızıl medal qazandı
Tarix: Bölmə: ---Baxılıb: 511
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə Ukrayna təmsilçisi Sanya Yakovlevlə üz-üzə gəlib. Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb.
Digər yunan-Roma güləşçimiz Xasay Həsənli də final görüşünü keçirib. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Almaniya güləşçisi Deni Nakayevlə qarşılaşıb. Rəqibini məğlub edən Həsənli (3:2) qızıl medal əldə edib.
Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.