Rusiyadan Ermənistana hərbi reyslərin daşınması son günlər intensivləşib.
Ifadetv.com xəbər verir ki, son 2 gündə Rusiyaya məxsus 6 hərbi təyyarə Yerevanın Erebuni aerodromuna eniş edib.
Modern.az-ın yazdığına görə, Rostov-na-Donu-Yerevan reysini icra edən təyyarələrdən 5-i İl-76, 1-i Isə An-124 təyyarəsidir.
Xəritədən də göründüyü kimi, Rusiya hərbi təyyarləri silahla dolu yükləri Azərbaycan üzərindən keçməklə Ermənistana dşıyırlar. Yaxşı ki, gürcüstan dövləti Rusiya hərbi təyyaralərinin ölkəsi üzərindən uçuşlarına son illər icazə verməyib.
Xatırladaq ki, bir İl 76 təyyarəsi 5 ədəd T -72 tankını 1 reysdə daşıya bilir.
