Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov Bakıdan köçüb. Bununla bağlı Modern.az-a H.Abutalıbovun yaxınları məlumat verib.
Bildirilib ki, Hacıbala Abutalıbov xeyli müddətdir Bakıdan köçüb. Onun hazırda Qax rayonunun İlisu kəndində yaşadığı bildirilir.
Məlumata görə, Abutalıbov hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və indi orada yaşayır.
xatırladaq ki, H.Abutalıbov korrupsiya ilə məşğul olduğu zaman 2010-cu ildən etibarən Sabunçu rayonun Qaraçuxur adlanan ərazisində də özünə, baçısına və qardaşına dəyəri 1 milyon manata olan, eyni dizayn və stildə sıra ilə inşa etdirdiyi villada yaşamışdır. Çox maraqlıdır ki, Qaxdakı villası qaısın bir kənara bu adamın 1500 manat aldığı məvaciblə təkcə Bakıda tikdirdiyi 3 milyonluq villaları necə tikdirə bilib. niyə bir adam balası hörmətli Hacıbala müəllimdən bunun sirrini soruşmur?
