General Rövşən Əkbərovun həbsi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov üçün ciddi başağrısına çevrilə bilər.
“Yeni Sabah” xəbər verir ki, generalın ittiham olunduğu qətl hadisəsində Nazim İbrahimovun ad adı keçir.
Rəsmən təsdiqlənməsə də, Rövşən Əkbərovun iş adamı Elçin Əliyevin qətlində ittiham edildiyi bildirilir. Elçin Əliyev 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilib. Mərhumun anası Səmayə Əliyeva oğlunu Rövşən Əkbərovun qətlə yetirdiyini deyir. O, hadisədə, həmçinin, Nazim İbrahimovu ittiham edir.