DİN-nin Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Bölməsinin N saylı h/hissəsinin MAXEsi olmuş və hazırda şabran rayonun Şahnəzərli kəndində yaşayan Nəcəfov Fizuli Nizami oğlu xidmət etdiyi hərbi hissədə bölük komandiri tərəfindən on qarşı edilən təzyiqlərlə bağlı yuxarı direktiv orqanlara mətbuat vasitəsilə etdiyi müraciət aktual olduğuna görə olduğu kimi oxuculara təqdim edirik:
" Mən, cənab daxili işlər nazirinin seçimi əsasında 2016-cı ildə polisə dəstək işində Qaradağ rayonu üzrə işləmişvə 2018-ci ildə iyulun 5-dən Daxili Qoşunlarda xidmətə seçilmişəm. Və təyinat üzrə Quba rayonunda 10 fevral 2021-ci il tarixinədək xidmət etmişəm. Xidmət zamanı inspeksiya yoxlamalarında bütün normativləri yerinə yetirmişəm. nümunəvi xidmətim olub. Lakin Bölük komandiri , baş leytenant Nəbiyev Sadiq nizami oğlu məndən əvvəlcə şəxsi avtomobilimi sənədsiz öz işi üçün idarə etməyə istədi, Mən maşınımı ona vermədim. Sonra rayondan məndən süd, qatıq, kərə yağ, pendir, yumurta gətirilməsini istədi. Bir dəfə gətirdim sonra gətirmədim. Aylıq pul istəyirdi. Mən onu da vermədim. Sonra başladı sıranın qabağında məni təhqir etməyə. Və dedi ki, səni bu hərbi hissədən rədd edəcəm. Sonra 2-ci qrup əlil atam bu münasibətlərə görə gəlib hərbi hissə komandirinin qəbuluna düşümək istədi. Lakin qəbul olunmağa imkan verilmədi. Bunu görüb tez məni şərəf məhkəməsinə çıxardılar. Məni məcburi qaydada guya üzümün tüklü olması və s. bəhanələrlə tərxis etdilər. Və mənə bildirdilər ki sən işdən azad olunmusan.Bu mənim üçün gözlənilməz idi. Çünki xidmətdə həmişə nümunəvi olmuşam. Mən heçbir sənədə imza atmamaışam. Hamısını xəbərdarlıq etmədən düzüb qoşublar.
Hərbi hissədə təmir gedəndə tikinti materiallarını öz cibimin pulu ilə alıb verməyə məcbur olurdum ki, təki işdən çıxarmasınlar.Bu da axırı. Mən əsassız olara işdən çıxarılmışam. Atam və anam hər ikisi 2-ci qrup əlildirlərdir. Ailəmi indi çox çətinliklə dolandırıram. Ona görə cənab Ali Baş Komandan Sizdən şəxsən xahiş edirəm ki, mənim timsalımda DQ-ın digər mənim kimi sadə hərbçiləri də baş leytenanat Nəbiyev kimilərin təzyiqləri altında xidmətə məcbur olurlar. Nəbiyev kimilər hərbçilərimizdə öz əməllərilə dövlətə qarşı nifrət yaradırlar. Öz şəxsi mənafelərinə görə. Hətta Nəbiyev 27 sentyabrda müharibə başlayanda şəxsən mənə imkan vermədi ki, müharibədə iştirak edim. O qorxdu ki, döyüş zamanı mən onu güllələyərəm. Ona görə də imkan vermədi.
Hərbi hissədə saxlanılmaması səbəbi kimi Nəbiyev onu da mənə bildirdi ki, cənab nazirin əmri varki, kimin 2-3 töhməti varsa onu hərbi hissədən çıxarmaq lazımdır.Və ona görə də 1 il 2 ay əvvəl aldığım töhməti üstümdən götürmədi ki, məni də qisas alaraq hərbi hissədən çıxara bilsin. Mən Nəbiyevin özbaşnalığından, dilənçiliyindən Hərbi hissə komandirinə şikayət etmək istəsəm də imkan vermədilər.
Sərt karantin dövründə Nəbiyev xidmətdə olan günü Quba rayonun Qəçreş istirahət zonasına özbaşına gedərkən qəza törətmiş və avtomobilinin arxa hissəsini möhkəm əzmişdir. Və gecə ustalara gizli təmir etdirmişdir.
Cənab Prezident xahiş edirəm məni Nəbiyev olmayan hərbi hissədə xidmətimi davam etdirməyimə köməklik edəsiniz.
Hörmətlə, F.N.Nəcəfov
