ABŞ Rus diplomatlarını ölkədən çıxara və Federasiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. İfadetv.com bildirir ki, bu barədə "Bloomberg" xəbər yayıb.
Bayden administrasiyası haker hücumlarına və Rusiyanın ABŞ-dakı seçkilərə iddia edilən müdaxiləsinə cavab olaraq belə bir addım ata bilər.
"Bloomberg" yazır ki, rus diplomatlar ABŞ-dan qovulsa, yəqin ki, Rusiya da qarşılıq olaraq amerikalı diplomatları ölkəsindən qovacaq. Bu zaman iki ölkə arasında münasibətlər daha da gərginləşəcək.
