Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.
unikal.org xəbər verir ki, hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub.
Qeyd edək ki, Y.Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur.
Deməli, nəticə çıxarmalıyıq ki, Azərbaycan xəstəxanalarında baş verənlər şəxsi deyil şəbəkə cinayəti olduğundan kələ belə təyinatların çox şahidi olacağıq. Səhiyyə naziri Oktay şirəliyevin də həbsi bu şəbəkənin işindən xəbər versə də, 1 nazirin cəzalanmasıilə bu cinayətlərin qarşısının alınması mümkün olmayacaq.