Ən əvvəl qeyd etməliyəm ki, tezliklə bu məqalənin üzərində “feykdir” sözünü oxusanız, heç də təəcüblənməyin. Çünki, vaksinlər və kovid-19 pandemiyası haqqında yazılan və deyilən bütün obyektiv və doğru fikirlər yalan kimi, əksinə, qlobal oyunçulara satılmış, onlardan buna görə pul vəsaiti alan yerli həkimlərin qondarma, elmi həqiqətdən uzaq olan fikirləri həqiqət kimi qələmə verilir.Əgər bu satılmış həkimlərin bu məqalənin ünvanına və müəllifin ünvanına pis sözlər yazdıqlarını və danışdıqlarını bilsəniz, buna da təəcüblənməyin: onların hər yalanının üstü açıldıqca, bu qondarma professorlar, tibb ekspertləri möhkəm yanğına düşürlər, özlərinə yer tapa bilmirlər, çünki ifşa olunduqca bu qatillər külli miqdarda pullar itirirlər.Bu həkimlərin kimlərinsə tapşırığı ilə, tutuquşu kimi təkrarladıqları sözlər bunlardır:”Vaksinləşin, əvvəlki həyatınıza qayıdın”,” Maska taxın, əlcək taxın, açıq havada da maska taxın”, “Test verin”, “Sosial məsafə saxlayın”, “Metronu açmaq tezdir, təcili bağlayın, yoxsa xəstəlik yayılacaq”, “Hər yeri bağlayın, karantinə başlayın, MƏCBURİ VAKSİNASİYA tətbiq edin”, “Hamını evdə otuzdurun, hər gün test edin”.Televizorda bu sözləri deyən tibb işçisi gördükdə, çox ehtiyatlı olmaq, belə tibb işçisindən qorxmaq lazımdır.
Məhz belə həkimlərin təbliğatı nəticəsində yüzlərlə insan “Vaksin” vurdurmuşdur. Bəs bu vaksinlərin tərkibi nədən ibarətdir? Ümumiyyətlə bunlar vaksindirmi? Dərhal ikinci sualın cavabına keçək: xeyr, bunlar vaksin deyil. Təhlükəsiz və effektiv insan vaksini hazırlamaq üçün 20-25 il vaxt tələb olunur. Bunun təkcə 15 ili kliniki sınaqlara gedir. Məşhur mikrobioloq və immunoloq Akademik Serqeev :”Dünyada heç 2 ilə də vaksin hazırlamaq təcrübəsi yoxdur” Bəs bu insanlara vurulan “Vaksinlər” haradan peyda oldu? Biologiya elmlər namizədi, Ukraina Zabolotnıy adina Elmi-Tədqiqat mikrobioilogiya və virusologiya institutunun baş elmi işçisi Nadejda Jelobok deyir:”Hal-hazırda insanlara vaksin kimi təqdim olunan maddənin vaksinlərə heç bir aidiyyatı yoxdur.Bunlar vaksin deyil” Sonra Nadejda Jelobok bu “Vaksinin” tərkibi haqqında danışır. Hal-hazırda müxtəlif vaksin istehsalçıları tərəfindən hazırlanıb insanlara vurulan “vaksinlərin” əslində tərkibcə eyni olmaları və bunların vaksin olmadıqları haqda təkcə Nadejda Jelobok deyil, dünyanın başqa ən nüfuzlu alimləri açıq bəyənatlar verirlər.
Kovid-19 əleyhinə olan “Vaksinlərin” tərkibi 3 komponentdən ibarətdir:
1.Şimpanze GENİ, və ya donuz GENİ və ya siçan GENİ.
2.Hər-hansı infeksion xəstəliyin torədicisi.
3.Maye şəklində olan ÇİP.
1.İnsan orqanizmi 3 trillyon hüceyrədən təşkil olunmuşdur.Hər hansı heyvanın (şimpanze, donuz, siçan) geni hüceyrəyə daxil olan kimi m-RNT(matrisa ribonuklein turşusu) hüceyrə nüvəsində olan DNT(Dezoksiribonuklein turşusu)-ni qıcıqlandıraraq onu öz proqramına uyğun şəkildə artıb çoxalmağa yönləndirir.Burada iki fatal variant mümkündür:a) İmmun sistem güclü müqavimət göstərir, insanın öz DNT-sinin heyvan DNT-nə cevrilməsinin qarşısını alır, lakin bu halda katastrofik çoxluğa malik olan, yeridilmiş heyvan DNT-nə qarşı aqressiv antitellər əmələ gəlir, bu aqressiv və sayca həddən artıq çox olan antitellər orqanizmin özünü dağıdıb məhv edir, nəticədə insan müəyyən autoimmun xəstəlikdən dünyasını dəyişir.Nobel mükafatı laureatı, fransız virusoloqu LYUK MONTANYE bu günlərdə verdiyi açıqlamasında vaksinin birinci komponenti haqqında geniş danışmışdır:”m-RNT tərkibli vaksinlərdən ölənlərin ölüm səbəbi autoimmun aqessiyalar olacaqdır, onlar antitellərdən öləcəklər, buna heç nə ilə çarə etmək mümkün olmayacaq, çoxlu insan qırılacaq, biz kremasiyaya hazır olmalıyıq.”-sitatın sonu-LYUK MONTENYENİN şəxsən verdiyi bəyənat. b) bu variant immun sisteminin həssaslığı çox aşağı olan insanlarda işə düşür:DNT m-RNT-dən aldığı əmr üzrə(bu proses informasiya RNT-nin iştirakı ilə reallaşır) yeni proqramla çoxalmağa başlayır, lakin bu yeni proqram artıq insanın öz genlərini deyil, onun bədəninə yeridilmiş heyvan genlərini çoxaldıb artırır(şimpanze, donuz, siçan), nəticədə bir neçə aydan sonra insanın öz insani genləri heyvan genləri ilə əvəz olunmağa başlayır, və bu ömürlük qalır. Son nəticədə insan yad genlərin təzyiqi altında həyatla uyuşmayan gen xəstəliklərinə tutulur və ölür. Bu prosesə GEN MODİFİKASİYASI deyilir.Məşhur Rusiya alimi, genetik xəstəliklər üzrə beynəlxalq ekspert Pavel Vorobyov bir neçə ay əvvəl Moskva şəhərində Rusiyanın görkəmli tibb alimlərinin iştirakı ilə keçirilmiş Dəyirmi Stolda bu haqda ətraflı məlumat vermişdir.Pavel Vorobyov GEN MODİFİKASİYA KODLAŞDIRILMASI əməliyyatının Beynəlxalq hüquq normaları ilə qadağan olunduğunu qeyd etmiş, “vaksinasiya “ adı altında faktiki olaraq insanlar üzərində tibbi eksperiment aparıldığını vurğulamışdır.
2.”Vaksinin” bu komponenti daimi infeksion xəstəliklərin dövriyyəsini təmin etmək üçündür.İnfeksion xəstəliklər olduqca, insanlara yeni vaksinlər və yeni testlər təklif olunacaqdır, yeni test və yeni vaksin isə Beynəlxalq Farmasevtik kompaniyalar və zirək iş adamları üçün ən gəlirli biznesdir.YENi karantinlər də uzaqda deyildir, və nəhayət bəzi avam adamların “Konspiroloji nəzəriyyə” adlandırdıqları Dünya əhalisinin sayının azaldılması prosesi də artıq müvəffəqiyyətlə infernal qüvvələr tərəfindən həyata keçirilir.
3.”Vaksinlərin” üçüncü komponenti haqqında danışdıqda, bəzi kütbeyin və əvlək insanlar özlərini çox ağıllı hesab edərək, bu haqda danışan alimləri, həkimləri məsxərəyə qoyurlar, onları “Özlərini piar edənlər” adlandırırlar.Təəssüf ki, vaksinlərin bütün komponentləri haqqında olan məlumatlar tam həqiqətdir və dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmişdir.Lakin yalançı pandemiyanı idarə edən qlobal siyasi qüvvələr namuslu və obyektiv həkimlərlə deyil ,onlara pulla işləyən həkimlərlə hesablaşırlar , onları idarə edirlər. Yuxarıda haqqında söhbət açılan Moskva şəhərindəki dəyirmi stolda “vaksinin” üçüncü komponenti haqda da geniş müzakirələr olmuşdur.Yuxarıda adı çəkilən professor Pavel Vorobyov, Epidemiologiya üzrə alim, Tibb Professoru İqor Qundarov üçüncü komponentin məhz Maye Çip olduğunu vurğulamışlar. Bədənə yeridilən “Vaksinin” tərkibində olan Maye şəklində Çip hemato-ensefalik baryeri(Beyin-Damar səddi) keçərək beyinin mezensefal nahiyəsində bərkiyir, dördkünc, kvadrat şəkilli bərk konsistensiyalı çipə çevrilir.Müəyyən müddətdən sonra çipin impulslarının təsirindən onurğa beyni və baş beyin strukturları öz funksiyasını itirməyə başlayır, insanda koordinasiya, görmə, eşıtmə pozğunluqları meydana gəlir, nəhayət beyinin həyat əhəmiyyətli mərkəzləri-beyin sütunu-öz fəaliyyətini dayandırır və ölüm baş verir. Bəzi vaksin vurdurmuş insanlar belə bir çox əçayib fikir söyləyirlər:”Mən vaksin vurdurdum, heç nə olmadı, vaksinlər doğrudan da yaxşıdır”
Belə insanlar bilməlidirlər ki, hal-hazırda dünyanın bütün nöqtələrində tətbiq olunan “Vaksinlərin” orqanizmi məhvetmə effekti 6 aydan 2 ilə qədər vaxt ərzində meydana çıxır.Bu fikri mikrobiologiya üzrə alim akademik Zverev “Tsarqrad” informasiya agentliyinə verdiyi müsahibədə səsləndirmişdir.Eyni fikir –“vaksinlərin” öldürücü təsirinin 6 aydan 2 ilə qədər olan müddətdə meydana çıxacağı-Amerika alimi, səhiyyə üzrə beynəlxalq ekspert Edvin Djordon, Minnesotta Universitetinin əməkdaşı, tibb elmləri doktoru Djon Ayler tərəfindən səsləndirilmişdir.Ayler Publik Health Reports jurnalında ətraflı məqalə yazmışdır. Amerika professoru, ictimai səhiyyə üzrə mütəxəssis Gerş Vanden Bosşe deyir:”Kovid əleyhinə olan “vaksin” ictimai sağlamlıq üçün təhlükədir”.
Vaksinasiya rəsmi könüllü olsa da, bir çox ölkələrdə faktiki olaraq məcburi halda aparılır.İşdən azad edilməklə, fəaliyyətlərinin məhdudlaşacağı ilə hədələnən insanlar məcburi vaksinasiyaya cəlb edilir, immun pasportu olmayan insanları kəskin xəstəliklərlə xəstəxanalara yerləşdirməkdən imtina edirlər.Nəticədə insan təxirəsalınmaz tibbi yardım almaq hüququndan məhrum olur. Hətta bəzi ölkələrin müəyyən əyalətlərində rəsmi olaraq məcburi vaksinasiya artıq tətbiq olunmuşdur.Formal və faktiki məcburi vaksinasiyanın bəzi ölkələrdə tətbiqi haqqında 05.06.2021 tarixində Rusiyanın “Stalinqrad” telekanalı məlumat yayımlamışdır.Rusiyanın hüquq müdafiəçiləri dünyada aparılan vaksinasiya prosesinin bütövlükdə “Nürenberq kodeksinə” zidd olduğunu bildirirlər.Həmin kodeksə görə istənilən tibbi manipulyasiya vətəndaşın könüllü yazılı razılığına əsasən aparılır, əgər vətəndaş tibbi manipulyasiyadan imtina edirsə, bu onun ümumi vətəndaşlıq hüquqlarına heç bir neqativ təsir etməməlidir.
Koronavirus yalnız bir dəfə -1950-ci ildə təsadüfən alimlər tərəfindən eksperimental laboratoriyada görünmüşdür-və virusoloqlar onu “İmpotent virus” adlandırmışlar.
Dünyada koronavirus pandemiyası yoxdur və heç vaxt da olmamışdır.Məşhur alman mikrobioloqu Professor Yaroslav Belskiy 2020-ci ilin aprelində verdiyi açıqlamasında belə deyir:”İnsanlara kovid adı ilə təqdim olunan ağciyərlərin ikitərəfli pnevmoniyası həqiqətdə kimyəvi silahın tətbiqi nəticəsində ağciyərlərdə inkişaf edən pnevmonitdir, bu interstisial proses konkret olaraq yüksək konsentrasiyalı kimyəvi silahın tətbiqi nəticəsində baş verir, bu proses asan idarə olunur.” Yaroslav Belskinin bu fikri hərbi toksikologiya dərsliklərində öz əksini tapır. Testlər heç bir xəstəliyi göstərmir.Bu haqda koronavirus testini kəşf etmiş Amerikan alimi Morris özü etiraf etmişdir.”Mənim kəşf etdiyim test diaqnoz qoymaq üçün deyildir, mən onu eksperiment üçün təklif etmişəm” Vaksinasiya olunmuş şəxslərdə artıq ləng inkişaf edən orqanizmin ümumi sönməsi prosesi başlamışdır, bəzi insanlar bunu hiss etmirlər, bəziləri artıq mütəxəssislərə müraciət etməyə məcburdurlar:heç vaxt ürəyi ağrımayan insan artıq müalicəsiz keçinə bilmir, bəzi insanlar nəfəslərindən pis qoxunun gəlməsini bildirirlər, bəzilərinin görməsi zəifləyir.Əvvəllər sağlam olan insan artıq tibbi yardımsız bir gün də keçinə bilmir.Bəzi insanların səbəbsiz bədən hərarətləri qalxır, normaya düşmür, subfebril rəqəmlər hüdudunda dayanır. 25.04.2021-də İsrail həkimi Pinti Faynşteyn bütün şüurlu insanlara müraciət edərək, İsraildə əhalinin vaksindən sürətlə ölüb aradan çıxdığını bildirmiş, butun dünyadan vaksinasiyanı dayandırmaq üçün kömək istəmişdir.Qeyd etmək vacibdir ki, İsrail vaksinasiyanın tempinə görə ön cərgədə olan ölkələrdəndir, əhalinin demək olar ki, yarısından çoxu vaksinləşmişdir, və bu aktiv vaksinasiyanın faciəvi nəticələri göz qabağındadır.
Diqqət!: Təhlükəsiz və effektiv insan vaksininin hazırlanması üçün 25 il vaxt tələb olunur.
Məqalənin hazırlanmasında aşağıdakı mənbələrdən istifadə edilmişdir:”Kimyəvi silah və mülki əhali” Frits Qaber, “Mülki əhali arasında kimyəvi zəhərlənmələrin profilaktikası, diaqnostikası və müalicəsi”Alekseev, Moşkin, MEDUNİVER.COM saytının məlumatları.Kristian Drosten “Görünməyən virusa qarşı saxta vaksinlər”, Borisov L.B “Tibbi mikrobiologiya, virusologiya və immunologiya”, Qusev, Mineeva “Mikrobiologiya”, Professor İqor Qundarovun Koronavirus pandemiyası haqqında çıxışları, “Ağciyərləri zədələyən zəhərləyici maddələr” Ceyms Madsen, monoqrafiya. “Eftanaziyaya bənzəyən vaksinasiya və ya məcburi səhiyyə xidməti” Plamen Paskov, publisist.
Abdulla Şıxlinski, həkim-psixiatr, sərbəst tibbi-bioloji ekspert.(aztoday)