Düz 10 il Azərbaycanda olmayan, üstəlik 1-cə gün idarəetmə təcrübəsi olmayan Etibar Pirverdiyev birdən birə 2001-ci ildə “Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.
27 noyabr 2001-ci il tarixdə isə “Azərenerji” ASC-nin prezidenti təyin edilib.
Ölkənin 2 strateji qurumuna rəhbər təyin olunan Etibar Pirverdiyev hansı qabiliyyətinə, hansı təcrübəsinə görə, bu mühüm vəzifələrə təyin olunmuşdu.
Axı, Etibar Pirverdiyevin qazandığı təcrübə, ancaq və ancaq Belorusiyada kartof, soğan məhsullarının satışı ilə məşğul olması ola bilərdi. Kartof-soğan alverçisi nə bilir strateji qurum nədir. Bunun nəticəsidir ki, bir neçə il sonra Etibar Pirverdiyevin sayəsində Azərbaycan zülmətə qərq oldu, Mindəçevir İES-də qəza baş verdi.
Azərbaycan iqtisadiyyatına 500 milyon, yəni yarım MİLYARD ziyan dəydi.
Bəs vətəndaşlara dəyən milyonlarla ziyan, mənəvi zərbə harada qaldı ?
Yaxşı, dövlətə dəyən ziyan 500 milyondur. Bəs sahibkarlara, iş adamlarına dəyən zərəri niyə hesablayan olmadı ?
Bəs, Mingəçevir İES-dəki qəzanın aradan qaldırılmasına neçə milyon xərcləndi ?
Yəni Etibar Pirverdiyevin Azərbaycana vurduğu ziyan ölçüyə gəlməzdir.
Bu ziyanı kim ödədi ? Əlbəttə, sən, mən, bizlər.
Dövlət ödədi yayqın anlayışdır. Dövlətin büdcəsini vətəndaşların ödədiyi vergilər yaradır.
Bəs bunların qarşılığında cənab Pirverdiyev niyə cəza almadı?
Bəs, enerji sektoruna ayrılmış milyarddan artıq vəsait hara getdi ?
Əlbəttə, Etibarın şəxsi biznesinin böyüməsinə.
Bəs, Etibar Pirverdiyevin xanımı xaricdəki biznesini hansı pulla idarə edir ?
Bəs, Etibar Pirverdiyev, qudası, sabiq rabitə naziri Əli Abbasovla Londondakı şərikli biznesinə xərclədiyi milyonları haradan qazanmışdı ?
Bəlkə Belorusiyada kartof, soğan satmaqdan qazanmışdı?
Etibar Pirverdiyevə məxsus olduğu deyilən “Ekspresbank”ın pulunu kim vermişdi ?
Hansı pulla bu bank açılmışdı ?
Etibar Pirverdiyev bir neçə gün öncə 1, 6 milyona satdığı Xaçmazdakı torpaq sahəsini hansı pulla almışdı ?
Pirverdiyevin qızı Dünya xanımın Londondakı özəl biznesinə qoyulan milyonların mənbəyi nədir ?
Pirverdiyevin bu gün satdığı 400 hektar torpaq sahəsi onun dədəsinin deyil e, 30 il əvvəl bu torpaqlar kənd sakinlərinə məxsus idi.
Etibar Pirverdiyevin dəvə ferması, 100 hektarlarla fındıq bağları, Xudatda, Şabranda bazarları və daha nələri.
Bütün normal ölkələrdə qiymətli nəsə alan kimi deklarasiya təqdim olunur, pulun mənbəyi göstərilir. Görəsən, cənab Pirverdiyev ortaya hansısa bir sənəd qoya bilərmi ?
Əlbəttə, yox.
Yəni digər məmurlar kimi Etibar Pirverdiyev də böyük cinayətlərin içərisindədir.
Son vaxtlar həbslərdən təşvişə düşən məmurlar mülklərini, bahalı obyektlərini satmağa başlayıblar. Deyəsən nəsə hiss ediblər. Hətta mülklərini satıb ölkədən qaçmaq istəyənlər də var.
Məlumata görə, Etibar Pirverdiyev təkcə bağını 1, 6 milyona satmayıb. O, Ekspress bankını da satmağa hazırlaşır.
Məntiq deyir ki, Etibar Pirverdiyev həbs olunmaqdan qorxur və yəqin ki, ölkədən qaçmağa hazırlaşır.
Deyəsən, Etibar Pirverdiyevi də o zamankı “Barmek”in rəhbəri Hüseyn Arabulun aqibəti gözləyir. //gundelik-baku.com//
P.S. Xatırlatmaq yerinə düşərdi ki, 2001-ci ildən "Azərenerji" ASC-nin sədri təyin olunmuş E.Priveriyev Rusiyadakı enerji maqnatı hesab edilən. RAO ES-in direktoru Anatoli çubaysın xahişilə həyata keçirilmiş və sədaqətlə Kremlə "xidmət etmişdir" Bu adam əslən Qusar rayonundan olsa daçox qəribədir ki, nə bir sinif yoldaşını, nə bir məhlə uşağını, nə bir qonşusunu vəzifədə olduğu müddətdə heç bir cüzi köməklik göstərməmişdir. O yalnız yaxın ətrafına əslən ermənistandan olan şəxslərə "stavka" etmişdir.