Bir neçə gün əvvəl Şəkidə əlamətdar bir tarixi hadisə baş verdi. 1759-1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın qəbri aşkar edildi. Qəbrin aşkar edilməsində az-çox xidməti olan şəxslərdən biri də elə bu sətrlərin müəllifidir. Qəbrin tapılması bizi çox sevindirdi və bu münasibətlə “İpəkçi”də “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində aparılan təmir-bərpa işləri zamanı 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın qəbri aşkar edildi” başlıqlı məqaləmizi dərc etdik. İkinci məqaləmiz “Mədəniyyət” qəzetində “Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib” başlığı ilə çıxdı. Bəs Hafiz Heydərov neynədi? O da bir məqalə yazdı, adı təxminən belə: “Azərbaycanda qəbri tapılan xanın dərisi soyuldu“. Maşallah, əsil peşəkarcasına seçilmiş başlıqdır. Bu kimin gözünə dəysə mütləq çalışacaq məqaləni oxusun. Amma məsələ burasındadır ki, məqalədə oxunacaq bir şey də yox idi; çünki məqalə cəmi 2 cümlədən ibarət idi ki, bunun da 1 cümləsi “İpəkçi” dən kopyalanmışdı. Hafiz Heydərov cümlə qura bilmir axı, bəs nə etməli? Məqaləyə bir-iki əndrabadi şəkil də yerləşdirmək lazım idi, başqa bir yol yox!
Hafiz Heydərov qeyd edildiyi kimi heç bir jurnalistlik səviyyəsi olmamasına baxmayaraq hər tərəfdən və daima dövlət dəstəyindədir, Azərbaycan xalqının çörəyini yeyir, özü də necə lazımdırsa yeyir, 100 adamın payı ilə birlikdə. Amma buna baxmayaraq, hər an dövlətçiliyimizə xəyanət etməyə hazırdır, bizim çörəyimizin duzu yoxdur çünki. Məhəmmədhüseyn xanın qəbri ətrafında aparılmış video çəkilişlər Hafiz Heydərovun “diqqətindən” yayınmamışdı. Dərhal icazəsiz-filansız, mənbəni göstərmədən, həmin video çəkilişlərdən Məhəmmədhüseyn xanın skeletinin şəklini, ovxalnmış sümüklərinin şəklini kəsib özünün çəkdiyi şəkil kimi lent.az-da və öz FB səhifəsində “Bu da Şəki xanının qalıqları” adı ilə paylaşdı. Biz ona nə qədər izah etsək də ki, bu böyük bir şəxsiyyətdir, bu vaxtilə Şamaxıya qədər uzanan ərazinin hakimi olub. Onun skeletinin şəklini paylaşmaq olmaz. Bunu paylaşmaq dövlətçiliyimizə xəyanətdir və s. Amma Hafiz Heydərov heç nəyi dəyişməyəcəyini bildirdi. Hafiz Heydərovun istifadə etdiyi video-çarxı internetə yerləşdirmiş televiziya kanalına cəmi bir dəfə telefonla məlumat verib bildirdik ki, “Hafiz Heydərov” kimilər onların çəkilişindən sui-istifadə edərək – dövlətçiliyimizə, tariximizə qarşı qarşı və azərbaycanlıları təhqir etmək üçün istifadə edir, bir kəlmə məlumat verən kimi həmin video-çarx internetdən götürüldü. Amma bizim sözümüz Hafiz Heydərova çatdı, ya çatmadı bilmədik, çatmayıbsa, Allah ona hidayət eləsin. Bəlkə də pul umub, fikirləşib ki şəkilləri saytdan götürmək üçün ona yaxşı ödəniş edilə bilər? Pul-zad olmayacaq, yalnız lənətimiz ola bilər ona.
Aydın Məmmədov