ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu bildirib.
Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.
"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.
Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.
