Tacikistan Prezidenti Emoməli Rəhmonın üç bacısı oğlu səhiyyə naziri, məmur və həkimləri döyüblər.
Xarici KİV xəbər verir ki, buna səbəb Rəhmanın bacısı Kurbonbi Rəhmanovanın COVİD-19-dan ölməsi olub.
Hadisə nəticəsində səhiyyə naziri Cəmaləddin Abdullazadə və Prezidentin İcra Aparatındakı Tibbi Mərkəzin rəhbəri Xolmahmad Rəhimzadə ciddi travma alıb.
Tacikistan mətbuatında yer alan xəbərlərə görə, Rəhmon bacısının müalicəsi üçün Almaniya, Rusiya və Özbəkistandan mütəxəssislərin dəvət edildiyini bildirib. Bu mütəxəssislər qadının ölümünə 2 saat qalmış tacik həkimlərin apardıqları müalicənin yanlış olduğunu bəyan ediblər.
Bundan sonra yerli həkimlərə hücum edən mərhumun oğlanlarını yalnız Prezidentin böyük oğlu Rüstəm sakitləşdirə bilib.