“Erməni silahlı qüvvələri Qarabağda möhkəmlənir. Son günlərdə Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa 12 Kamaz-5320 hərbi-nəqliyyat avtomobili, 3 Ural-4320 və 6 nəqliyyat avtomobilində hərbçilərin göndərilməsi barədə məlumaylar yayılıb”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edib. Onun sözlərinə görə, bütün bunlar Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin gözü qarşısında, himayəsi altında baş verir.
“Bu 10 noyabr tarixli üçtərəfli razılaşmanın 4-cü bəndinin kobud surətdə pozulması, nizamlanma prosesinin sülh yolu davam etməsinin qarşısını almaq istiqamətində növbəti addımdır.
Azzərbaycan hakimiyyəti və hələlik mövcudluğu bəlli olmayan Rusiya-Türkiyə Müşahidə Missiyası yayılan məlumatlara aydınlıq qətirməli, erməni silahlı birləşmələrinin Qarabağ ərazisində yerləşdirilməsinin qarşısı qətiyyətlə alınmalıdır”.
P.S. A.Hacılının fikrinə onu da əlavə etmək istəyirik ki, hər gün saat 15-23 dəqiqədə Qəbələ şəhəri üzərindən Rusiyanın İL 76 ağır hərbi yük təyyarəsi cənub istiqamətində tam yüklə cənub istiqamətində hərəkət edir. Və bu proses uzun müddətdir ki, davam edir. Siyasi səbatsız ziyalılarımız isə eyforiyaya qapılaraq ağız dolusu danışırlar ki, Ermənisatnın ordusu tam dağılıb. Bəs Şimal qardaşlarının hərgün Ermənistana daşıdıqları ən müasir silah-sursat görəsən hansı "quyuya tökülür"? Rusiya sülhməramlılarının gözləri önündə Qarabağ daşınan ( Rusiyanın Ermənistana son aylar göndərdiyi) silahlar və ağır texnikaların hərəkətinə maneçiliyin törədilməmnəsi təbii hal hesab edilməlidir. Çünki bunlar bizə qarşı həmişə eyni cəbhədə olublart. Xocalıda, Kəlbəcərdə, Şuşada Cəbrayılda 1993-cü ildə olduğu kimi.
