Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi sakini, iş üzrə iddiaçı olmuş Əsədov Abı Əsəd tərəfindən
“Sumqayıt Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi xanım Hökmə Babayevanın iş üzrə şikayətçi Dostəliyev Şahin Vəfalı oğlu, maraqlı şəxs olan Ariz Qaydarovun gizli sövdələşməsinin dərhal qarşısının alınması və işə ədalətli baxılması” barədə respublikanın yuxarı direktiv orqanlarına şikayət ünvanlanmışdır. Şikayətdə göstərilən faktlara nəzər yetirdikdə məlum olur ki, həqiqətən Sumqayıt İnzibati və Apellyasiya məhkəmələrində sözül əsl mənasında sadə insanlara qarşı ədalətsizlik baş alıb gedir. Qısası görünən budur ki, son vaxtlar məhkəmə proseslərində möhtərəm hakimlərin "qatığa qara deməsi" adi hala çevrilib. Və bu hərəkətlərilə vətəndaşı intihar həddinə çatdırıblar. Şikayətin ictimaiyyət üçün əhəmiyyətli olduğunu nəzərə alaraq olduğu kimi oxuculara təqdim edirk.
Xatırladım ki, məni iddiaçı olaraq tərəfimdən cavabdeh Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinə qarşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəmdə olan 0.08 ha torpaq sahəsinin hərrac keçirmədən satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbimə” dair inzibati mübahisəyə üçüncü şəxs Almazov Ariz Qaydar oğlu və Dostəliyev Şahin Vəfalı oğlu tərəfindən verilən ərizə əsasında yenidən baxilması üçün Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər.
Məhkəmə, sədrlik edən hakim Ceyhun Məmmədov Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68,69,81.1 və 85.1-cı maddələrinə əsasən işə baxaraq iş üzrə 07.09. 2020-ci il tarixli, iş N-2-1(118)-1/2020 saylı qanunsuz və əsassız qərar çıxararaq iddianı təmin etməmişdir. Həmin qəraradan verdiyim apellyasiya şikayətinə hazırda Sumqayıt Apellyasiya məhkəmsidə xanım Hökumə Babayevanın icraatında baxılmaqdadır. 31 mart tarixli prosesdə sədrlik edən hakim apellyasiya şikayətimdə qeyd edilən faktların heç birinə əhəmiyyət vermədən yalnız mənim bir iddiaçı kimi 2014-cü ildə məhkəməyə müraciət etməyimin əsaslı olub olmamasını araşdırmaqla məşğuldur. Halbuki, hazırda mübahisələndirlən Sumqayıt İnzibati-İqtsadi məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarı ən azı 4 dəfə müxtəlif instansiya məhkəmələrində müzakirələrə səbəb olsa da, indiki kimi yerirsiz araşdırmalar aparılmamışdır. Hakimin qərəzli münasibətindən görünür ki, o apellyasiya şikayətində göstərdiyim və hakimin qəsdən ört basdır etdiyi əsas faktların araşdırılmasına hakim Ceyhun Məmmədov kimi əhəmiyyət verməsin ki, qarşı tərəfin xeyrinə nəsə formal bir əsas tapa bilsin. Hakimin C.Məmmədovun törətdiyi kobud maddi və prosessual hüququ pozuntusuna əhəmiyyət vermiş olsaydı, təbbi ki, hakimin intizam məsuliyyətinə cəlb edilməsi üçün qərar da qəbul edə bilərdi. Lakin məhkəmə prosesinin gedişi bunun tam əksini deməyə əsas verir. Ona görə bir daha məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki, ədalətli və vicdanlı məhkəmə qararı qəbul etmək üçün nələrə diqqət yetirmək lazımdır:
Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən yalnız iddiaçının təqdim etdiyi sənədlərin az bir qisminə və yerli bələdiyyənin məhkəmə sorğusuna cavabından başqa heç bir maddi sübutu nəzərə almamış, işdə olan 10 may 2019-cu il tarixli mütəxəssis rəyini, və digər mötəbər sübutlara qiymət vermədən, araşdırma aparmadan əvvəlcədən gizli sövdələşdiyi iş üzrə üçüncü şəxslərin sifarişi əsasında iddia tələbim əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhkəmə həm maddi və prosessual hüquq normalarının tələblərini, həm də işin faktiki halları baxımından qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan halları ümumiyyətlə aydılaşdırmamış, birtərəfli qaydada təqdim edilmiş sübutlara bir iki proses ərzində tələskənliklə qiymət verərək işə qərəzli və birtərəfli baxmış, yalnız üçüncü şəxslərin saxta mülahizələrini sübut kimi qiymətləndirməklə səhv nəticəyə gəlmiş, sifariş yerinə yetirmişdir.
Belə ki, Mən, Sumqayıt İnzibati-İqtsadi məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarı əsasında qanunamüvafiq olaraq uzun illər istifadə etdiyim 0.08 ha ərazini yerli bələdiyyə sənədlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsü təsdiqləndiqlənmiş və uyğun olaraq RX seriyalı, 1030244 nömrəli çıxarış almışam. Lakin bütün bunlara baxmayaraq qonşum olan Dostəliyev Şahin Vəfalı oğlu uzun illərdir ki, mənim mülkiyyətimdə olan 0.08 ha torpaq sahəsini qanunsuz yollardan istifadə etməklə, zorakılıqla zəbt etməyə çalışmış və buna qismən də olsa faktiki nail olmuşdur. Yəni, o mənə məxsus mülkiyyətimdə olan ərazinin 0.03 ha hissəsini Ariz Qaydarov adlı birisinə 28 fevral 2014-cü il tarixli etibarnamə əsasında saxta sənədlər təqdim etməklə 6500 manata satmışdır. Və mənə məxsus torpağı öz adından qanunsuz satdığı üçün Sumqayıt İnzibati-İqtsadi məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarından ləğv etdirmək sövdasına düşmüş və 2018-ci ildə qardaşı Şahalının adından müddəti ötdükdən sonra apellyasiya şikyəti vermişdir. Təmin olunmadıqda Ali Məhkəməyə üz tutmuşlar. Və kassasiya şikayətində də yenidən Şahin Dostəliyevin-özünün adından şikayət verilmişdir ( halbuki, qardaşı Şahalının apellyasiya şikayəti təmin olunmamışdırsa yalnız onun səlahiyyəti çatır ki, kassasiya şikayəti versin) Lakin burada da Şahin növbəti saxtakarlığını “texniki səhv”adı altında işə keçirmiş və əsassız olaraq Ali Məhkəmədə hakim Rahib Nəbizadənin sədrliyilə keçirilən prosesdə 2-1(102)-2368/19 saylı, 17 avqust 2019-cu il tarixli qərarı əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin( iddia müddətinin təmin olunması barədə) 21 may 2019-cu il tarixli qəradadı ləğv edilmişdir. şikayətini qismən təmin etdirmişdir ki, o apellyasiya şikayəti verə bilər. Bu epizodla bağlı arayış vermək istərdim ki, hakim Ceyhun Məmmədov əsassız 07 sentyabr 2020-ci il tarixli qərarının 5-ci səhfəsinin 6-cı abzasında qeyd etmişdir “ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarından bir müddət sonra hazırkı iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmuş Ariz Almazov və Şahin Dostəliyev narazı qalaraq apellyasiya və kassiaiya şikayətləri vermişlər və nəticədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarı ləğv edilmişdir.”
Halbuki, Ali Məhkəmənin 2-1(102)-2368/19 saylı, 17 avqust 2019-cu il tarixli qərarı ilə Şahin Dostəliyev tərəfindən verilən apellyasiya şikayətinin mümkünlük məsələsinə aydınlıq gətirilmişdir.Başqa heçnə. (Halbuki apellyaiya şikayəti Şahalının adından və imzasilə daxil olmuşdur)
2. Sumqayıt İnzibati Məhkəməsinin mənim 2015-ci ildə təqdim etdiyim iddiaya 3-cü şəxslərin Ariz və Şahinin cəlb edilməsilə iştirakını təmin etməsi özü ciddi qanunpozuntusudur. Çünki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarı xəbərnamə ilə istər yerli bələdiyyəyə, istərsə də mənə və Şahin Dostəliyevə göndərilməsinə baxmayaraq yalnız 4 aydan sonra cavabdeh olmuş Aşağı Güzdək Bələdiyyəsi müddətin bərpasıilə bağlı apellyasiya şikayəti vermək istəmiş və məhkəmə bu ərizəni təmin etməmişdir. Şahin isə qardaşı Şahalı Dostəliyevin adından çıxış edərək 2015-ci il 09 aprel tarixli qərardan apellyasiya şikayəti vermək istəmişdir. Sonradan isə guya texniki səhv kimi qeyd edərək Şahin Dostəliyevin adından apellyasiya şikayətinin mümkünlüyündən kassasiya şikayəti vermiş və şikayətləri qismən təmin edilmişdir. Məhkəmə isə bu epizodu ümumiyyətlə araşdırmamışdır.
3. Məhkəməyə etibarnamə əsasında mənə məxsus torpağı Ariz Qaydarova satdığına görə onu da 3-cü şəxs kimi Şahin Dostəliyev və Ariz Almazov məhkəməyə cəlb edilmişlər. Onların məhkəmədən əsas tələbi də budur ki. guya mənim mülkiyyətimdə olmuş 0.08 ha torpaq sahəsi Ş.Dostəliyevə məxsus olubmuş. Baxmayaraq ki, iddiaçı subyektiv hüququnun olmasıilə bağlı məhkəməyə heç bir sübutedici fakt təqdim etməmişlər. Lakin buna baxmayaraq məhkəmə yalnız tərəfin uydurduğu mülahizə əsasında qanunsuz və əsassız qarar çıxarmaqda maraqlı olmuşdur. Məlumat üçün bildirim ki, Ş.Dostəliyevin, nə də Ariz Qaydarovun mənim 2000-ci illərin əvvələrindən istifadəmdə olmuş bu yerə aidiyyatı olmamışdır. Və bu yerin əldə edilməsi üçün 11 may 2005-ci ildən Yerli bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmişdim.və 2007-ci ildən bu 0.08 ha ərazi Bələdiyyə tərəfindən bütün sənədlərlə birlikdə mənə rəsmən verilmişdir. Qonşum olan Ş.Dostəliyev də 1 il sonra,2006-cı ildə qonşuluqda yerli Bələdiyyədən 0.08 ha sahə almışdır. Lakin o vaxtdan mənim istifadəmdə olmuş bu əraziyə də iddialı çıxış edərək guya ona məxsus olduğunu və əlində sənəd olduğunu bildirmişdir. Və o zorakılıla heç nəyə əhəmiyyət vermədən özünə qonşulqda ayrılan 0.08 ha bələdiyyə torpağıilə yanaşı mənə verilən 0.08 ha sahənin 0.033 ha-nı zorakılıqla yaxın adamı olan və hazırda 3-cü tərəf kimi çıxış edən Ariz Qaydarova öz mülkiyyəti kimi savadı olmayan şəxsə aldadaraq qanunsuz satmış və bircə 24 fevral 2014-cü il tarixli saxta etibarnamə verməklə 6500 manat pulunu alıb mənimsəmişdir.
Eləcə də Ş.Dostəliyev özünə məxsus olmayan və hazırda mübahisələndirilən yerin yanında qanunsuz zəbt etdiyi 0.02 ha torpaq sahəsini də Gürcüstan vətəndaşı olan Natiq Yaqubov adlı birisinə 20.05.2020-ci il tarixində 20 illiyinə baş etibarnamə əsasında sataraqnövbəti dələduzluq cinayəti törətmişdir. Yəni Şahin Dostəliyev hazırda balansında olan və zəbt etməklə 21 sot torpaq sahəsini müxtəlif adamlara qanunsuz satmaqla məşğul olur.
Hakim isə məhkəmə zamanı bu qanunazidd hərkətlərlə bağlı heç bir araşdırma aparmadı. Və hazırkı apellyasiya məhkəməsində də aparılmır.
4. Və təqdim edilmiş sübutlara və sənədlərə əsasən dəqiqləşdirmədi ki, Şahin Dostəliyev 09.10.2019-cu il tarixli Aşağı Güzdək Bələdiyyə sədri tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi xanım Gülnarə Tağızadəyə ünvanlanmış rəsmi məktubunda qeyd edilir ki, Abı Əsədova və Şahin Dostəliyevə hər birinə 0.08 ha torpaq sahəsi ayrılmışdır.”
Hesab edirik ki, elə bu rəsmi məktuba görə də hakim G.Tağızadə məhkəmə zalında elan etməklə biz tərflərə izah etmişdir ki, nə istəyirsiniz? Hər ikinizə yerli bələdiyyə 0.08 ha torpaq sahəsi veribdir? Veribdir. Gedin hərəniz öz torpağınızla məşğul olun. Lakin Şahin Dostəliyev hakimin bu ədalətli yanaşmasından nəticə çıxarmadı. Elə hakim Ceyhun Məmmədov da əsassız 07 sentyabr 2020-ci il tarixli qərarında da bu sənəd haqqında bir söz belə yazmamışdır. Əksinə, qeyd etmişdir ki. guya mən şahinin yerini zəbt etmişəm.
5. Ariz Qaydarov da 2016-cı ildə bu yerdə özünə heç bir icazəsi olmayan qanunsuz ev tikmişdir. Baxmayaraq ki mən ona mənə məxsus olan ərazidə ev tikməyin mənasız olduğunu bildirsəm də o qoçu dəstəsinin köməkliyilə özü bənna olduğu üçün heç bir çağırışa məhəl qoymadan ev tikintisini davm etdirmiş və yaşamağa başlamışdır. Hazırda məhkəmənin gedişatı zamanı da onlar Ş.Dostəliyev və Ariz hakim Ceyhun Məmmədovun Aşağı Güzdək Bələdiyyəsinə göndərdiyi sorğuya cavabı özlərinə uyğun olan qaydada cavab yazdırmaq üçün yerli Bələdiyyə sədrilə gizli sövdələşmələr etmişlər. Belə ki, hakimin 18 may 2020-ci il tarixli sorğusuna 11 iyun 2020-ci il tarixində yazdığı cavabda bildiri: “ 2012-ci ildə sözügedən torpaq sahəsində Almazov A.Q.evtikmiş və ailəsilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda həmin torpaq sahəsi torpaqların alqı-satqısına uyğun olaraq hərrac yoluilə Əsədovun mülkiyyətinə verilmişdir.” Göründüyü kimi, Bəldiyyə sədri heç bir sübutedici fakta, sənədə, şahid ifadəsinə əsaslanmadan Almazovun guya 2012-ci ildən guya bu torpaqda ev tikib yaşamasını yazır. Halbuki, Ş.Dostəliyev tərəfindən bu yerin ona məxsusluğu bildirlərək 28 fevral 2014-cü ildə etibarnamə əsasında satılmış, lakin o bu torpağı sənədləşdirə bilmədikdə 2016-cı ildə zorakılıqla ev tikib yaşamağa başlamışdır. Bu barədə qonşuların tərtib etdikləri 20 iyun 2020-ci il tarixli AKT təqdim edilmiş və məhkəməyə təqdim edilsə də hakim bu sənədlə bağlı heç bir münasibət bildirməmiş, Aktı tərtib etmiş şəxslərin məhkəməyə dəvət edilməsilə bağlı verdiyim şifahi vəsatətə də münasibət bildirməmişdir. Hakim yalnız yerli bələdiyyənin və A.Almazovun söylədiyi mülahizəyə əsasən onun guya 2012-ci ildən ev tikib yaşadığını qərardadda qeyd etmişdir.
6. Digər tərəfdən Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 2014-cü ilin 14 iyul tarixli məktubndan göründüyü kimi, qeyd edilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazi Abı Əsədovun istifadəsində olmuşdur, Başqa heç bir tikili müəyyən edilməmişdir. Deməli hər üç rəsmi sənəd təsdiq edir ki, 2015-ci ilədək mübahisələndirilən ərazidə heç bir yaşayış evi mövcud olmamışdır. Və nəticəyə gəlirik ki, qarşı tərəf hakimin sorğusuna bu formada cavab almaqla həmin mübahisələndirilən yerdə tikilmiş evin altındakı torpaq sahəsinin bələdiyyə tərəfindən onlra satılmasına hakimin verəcəyi əsassız qərarı vasitəsilə nail olsunlar. Digər tərəfdən, 09 aprel 2015-ci il tarixli məhkəməyə təqdim etdiyim “İddia tələbinin dəqiqləşməsilə” bağlı Ərizədə göstərmişdim ki, 0.08 ha torpaq sahəsinin satılması öhdəliyi cavabdeh Aşağı Güzdək Bələdiyyəsinin üzərinə qoyulması barədə qəra qəbul edilsin. Bələdiyyə sədri isə yenə də əsassız olaraq qeyd edir ki, guya bu torpaq mənə hərrac yoluilə satılmışdır.
Ona görə də hesab edirəm ki, ya Ş.Dostəliyevin, ya da Ariz Almazovun mənim mülkiyyətimə 2015-ci ildə məhkəmə qaydasında verilmiş qərarından sonra onların burada zorakılıqla ev tikməsi qanunsuz olmuş və heç bir mülki və ya hüquqi əhəmiyyətə malik deyildir. Onlar yaxşı bilirdilər ki, bu yer mənim mülkiyyətimə verilib. Və onlara dəfələrlə xəbərdarlıq etməyimə - əlimdə olan 2015-ci il tarixli, 09 aprel tarixli məhkəmə qərarını göstərməyimə baxmayaraq yenə də qanunsuz olaraq 2016-ci ildə ev tikib indi də yaşayırlar.
Yəni hakim bu şəxslərin 4 ildən sonra 3-cü şəxs kimi, heç bir subyektiv hüqulara malik olmayan bu şəxslərin ərizələrini nəzərə almaya da bilərdi. A.Almazov bu mübahisəyə görə Şahin Dostəliyevdən verdiyi 6500 manat pulu geri istədikdə o narahat olmamağı demiş və sifariş əsasında məhkəmədə işi “yoluna qoymağı” öz öhdəliyinə götürmüşdür. Və göründüyü kimi o buna hələlik qismən də nail olmuşdur.
8. Aşağı Güzdək Bələdiyyə sədrinin 09.10.2019-cu il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdiyi məktubda bildirilir: “Bildirirk ki, mübahisələndilrilən torpaq sahəsi Əsədov Abı Əsəd oğlunun mülkiyyətindədir. Həmin mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda olan 0.08 ha torpaq sahəsi isə hazırda da vətəndaş Şahin Dostəliyevin istifadəsindədir və fərdi mənzil tikərək ailəsilə birlikdə yaşayır. Yəni yerli Bələdiyyə olaraq vətəndaş Ş.dostəliyevə 2 pay deyil, yalnız 1 pay olaraq 0.08 ha torpaq sahəsi ayrılmışdır.” Hakim bu sübutu gizlətmişdir.Yəni nə 1-ci instansiya məhkəməsi, nə də hazırda Apellyasiya instansiyasında hakim H.Babayeva Şahin Dostəliyə sual vermir ki, sizin 0.08 ha yerli bələdiyyə tərəfindən torpaq payı ayrıldığı halda niyə görə iddiaçıya ayrılan 0.08 ha bələdiyyə torpağına hazırda məhkəmədə mübahisələndirirsən?
9. Mənim DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim etdiyim 03.07.2019-cu il tarixli ərizə ilə müraciət edərək, mənə məxsus və çıxarışı olan indiki mübahisələndirilən torpaq sahəmin başqa şəxsin torpaq sahəsilə üst üstə düşüb düşməməsi barədə məlumatın verilməsi xahişinə İdarə rəisi F.İsayevin imzaladığı 15 07 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, mülkiyyətimdə olan 01.04.2017-ci il tarixli, 30801306301 ryestr nömrəli, 0.08 ha torpaq sahəsinin plan ölçüdəki koordinatları belədir:
X-386784.76 Y-4481721.28
X- 386790.7 Y – 4481699.57
X- 386755.95 Y – 4481690.15
X- 386750.21 Y – 4481711.39.
Bu rəsmi sənəd bir daha təsdiq edir ki, mübahisələndirilən sahə Ş.Dostəliyevə deyil, mənə məxsusdur. Və Ş.Dostəliyevin mənə məxsus 0.08 ha torpaq sahəsini mübahisələndirmək üçün əlində heç bir maddi sübutu yoxdur. Lakin nə hakim C.Məmmədov, nə də hazırda Apellyasiya məhkəmə hakimi H.Babayeva bu rəsmi sənədi də nəzərə almaq istəmirlər.
Sonuncu sənəd 2019-cu ildə sədrlik edən hakim H.Babayevanın bu iş üzrə qərarı əsasında müəxəssi rəyialınması üçün verilmişdir. Mütəxəssi rəyi barədə Qərara cavab olaraq 10 may 2019-cu il tarixli Əmlak Məslələri DK yanında daşınmaz əmlakın kadastr və Ünvan Reyesrtiri Xidmətinin təqdim etdiyi mütəxəssis rəyində bildirilir: “Abı Əsədovun mülkiyyət hüququ əsasında adına qeydə alınmış 0.08 ha torpaq sahəsindən əlavə torpaq sahəsi zəbt etməmişdir. Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Dostəliyev Şahin Vəfalı oğluna ayrılmış torpaq sahəainin koordinatlarıilə üst üstə düşmür.” Lakin çox təəssüflər olsun ki, bu mötəbər sübutla bağlı hakim qararın 6-cı səhifəsinin birinci abzasında informasiya xarakterli bir cümlə yazsa da onu qəsdən açıqlalmamış və nəzərə almamışdır.Hazırda da bu mütəxəssis rəyi hakim H.Babayeva nədənsə vaxtilə öz qararı əsasında aldığı mütəxəssis rəyi olan bu cavabı bu gün nəzərə almaq istəmir. Və bu rəyin Şahin Dostəliyevin verdiyi apellyasiya mümkünlük məsləsinə baxılarkən verildiyini qeyd edir. Burada təbii sual yaranır ki, birbaşa mübahisləndirilən torpaq sahəsilə bağlı verilmiş mütəxəsiss rəyi niyə nəzrə alınmamamlıdır? Axı bu rəy tərəflər arasındakı mübahisəyə konkret nöqtə qoyr ki, Ş.Dostəliyevə ayrılan torpaq sahəsi A.Əsədova ayrılan torpaq sahəsilə üst üstə düşmürsə, onda A.Əsədov Ş.Dostəliyevin torpağını necə zəbt edib digər üşüncü şəxs olan Ariz Almazova sata bilər.Qərarın 6-cı səhifəsinin 4-cü abzasında isə qeyd edilir: “ Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi H.babayevanın 09 yanvar 2019-cu il tarixli qərardaına əsasən təyin edilmiş və DƏDRX-nin mütəxəssisi tərəfindən verilmiş 10.05.2019-cu il tarixli rəy inzibati mübahisəyə mahiyyəti üzrə baxılmasıilə əlaqdədar deyil.” Nə dəxli var ay ədalətsiz hakim!
11. Qərarın 6-cı səhifəsinin sonuncu abzasında qeyd edilir: İşin araşdırılan hallarından məlum olmuşdur ki, Abı Əsədov tərəfindən ayrılması tələb olunun torpaq sahəsinə Şahin Dostəliyev iddialı olduğuna görə həmin torpaq sahəsinin hərrac keçirilmədən satılması məqsədə uyğun deyil.”
Lakin hakim tərəfimizdən təqdim edilmiş əsas sübutlara diqqət yetirmək və görmək istəsəydi ona aydın olardı ki, Şahin Dostəliyevə yerli bələdiyyə tərəfindən 1 pay olmaqla 0.08 ha torpa sahəsi verildiyi kimi mənə verilən digər 0.08 ha torpağa iddialı olmağa əsası yoxdur. Lakin mən son 21 ildə həmin qəsəbədə yaşamağımı və həyat yoldaşım və iki oğlumun qaçqın statuslu xüsusi kateqoriyalı olduğumu sənədlərlə məhkəməyə təqdim etsəm də hakim torpağı hərrac keçirilmədən mənə satılmasını formal əsaslandırmışdır.
Bax elə əsas məsələ də budur ki, istər 1-ci instansiya, istərsə də hazırda apellyasiya məhkəmə kollegiyası 3-cü şəxslərə birbaşa vəkillik etməklə iddiaçının iddiasının əsassız olduğunu göstərmək istəməmiş və əsassız qərar qəbul etmişdir. Baxmayaraq ki, 21 fevral və 17 mart 2020-ci il tarixlərində Sumqayıt İnzibati Məhkəməsi hakimi Ceyhun Məmmədovla iş üzrə şikayətçi Dostəliyev Şahin Vəfalı oğlu, maraqlı şəxs olan Ariz Qaydarovun gizli sövdələşməsinin dərhal qarşısının alınması ” barədə respublikanın dirktiv orqanlarına etdiyim şikayətlərə belə baxmadan əsassız qərar qəbul etmişdir.İndi də həmin proses apellyasiya məhkəməsində davam etməkdədir.
Onu da xatırlatmaq yerinə düşərdi ki, mübahisəli ərazidə 2016-cı ildən ev tikib yaşayan və 3-cü şəxs olan Ariz Almazov Qobustan rayonunda pasport qeydiyytındadır. Və bu şəxsin Aşağı Güzdək Bələdiyyəsindən torpaq almaq imkanı qanunvericiliklə tənzim olunmur.
12. Məhkəmənin nəzərinə çtdırmışdım ki, mənim hazırda 3 övladım var. Həyat yldaşım Laçın rayonundan olan məcburi köçkündür. Uşaqlar da məcburi kökçün statusu var. Mən isə 20 ildir ki, bu qəsəbədə yaşayıram. Ona görə də ailə vəziyyətimi və xsusi kateqoriyalı olduğunu nəzərə alaraq subay oğullarımın mənzil şəraitinin yaxşılaşdırılması üçün bu torpağın “Bələdiyyə Torpaqlarının İdarə edilməsi” haqqında Qanunun 16-cı maddəsinə əsasən hərrac keçirilmədən. Ölçülərinin yenidən dəqiqləşdirilməsilə mənə verilməsini Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edə bilərdi. Lakin çox təəssüflər olsun ki, Sumqayır İnzibati Məhkəməsi və hazırda Sumqayıt Apellyasiya Məhkəməsində sifariş əsasında hazırda mübahisələndirilən iddiaçı olduğum Sumqayıt İnzibati-İqtsadi məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarını məhkəməyə heç bir sübut təqdim etməyən və heç bir subyektiv hüquqları olmayan, lakin maraqlı tərəflər kimi saxtakarlıqla işə cəlb edilmiş Şahin Dostəliyev və Ariz Qaydarovun xeyirnə əsassız qərar verməyə hazırlaşır. Mən tərəf olaraq ədalətsiz mövqedən çıxış edən Sumqayıt Apellyasiya Məhkəməsinin sədrlik edən hakim H.Babayevaya və məhkəmə kollegiyasına etiraz edir, onların qarşı tərəflə olan gizli sövdələşmələrinin dərhal qarşısının alınmasını və işə başqa tərkibdə hakimlər tərəfindən baxılmasını xahiş edirəm. Müraciətimə baxılmadığı və ədalətsiz qərar elan olunduğu gün özümü Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında benzin töküb yandıracağam. Və bütün məsuliyyətin Sumqayıt Apellyasiya Məhkəməsinin ədalətsiz hakimlərinin üzərinə düşəcəyini bəyan edirəm.
QEYD: Növbəti məhkəmə prosesi 05 mart, saat 10-20-yə təyin edilmişdir.
Hörmətlə, iddiaçı: A.Ə.Əsədov
